Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə42/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

 

149 


sahəsində  əməkdaşlığımızı  da  müzakirə  etdik.  Azərbaycan 

şirkətləri  olduqca  tanınan  şirkətlərdir.  Onlar  bir  çox  ölkələrdə 

yollar çəkirlər, körpülərin tikintisi ilə məşğuldurlar. 

Azərbaycan infrastrukturunu inkişaf etdirir və bu baxımdan 

gələcəkdə bir çox imkanlar vardır. Bunu nəzərə alaraq belə bir 

fikrə  gəldik  ki,  Azərbaycan  şirkəti  ilə  birgə  bizim  şirkətlər 

Serbiyada  dəmiryol  xəttinin  tikintisi  ilə  məşğul  olsunlar. 

Fikrimiz  var  ki,  Çindən  Xəzər  dənizi  regionu  –    Azərbaycan 

vasitəsilə Avropaya ümumi çıxış, marşrut təmin edilsin. Balkan 

regionu  olduqca  böyük  strateji  əhəmiyyətə  malikdir. 

Azərbaycan isə Qafqaz regionunda strateji əhəmiyyətə malikdir. 

Çin  və  Avropa  ilə  birbaşa  əlaqələr  yaradılsa,  daha  qlobal 

əhəmiyyətə malik olar. 

 Biz  səhiyyə  sahəsinə  də  toxunduq,  müdafiə  sahəsində 

əməkdaşlıq  məsələlərini  də  nəzərdən  keçirdik.  Əslində  elə  bir 

iqtisadi  sahə  qalmadı  ki,  biz  onu  nəzərdən  keçirməyək.  

Hökumətlərimiz  arasında  bu  addımlar  artıq  atıldı.  Atdığımız  bu 

addımlar  hətta  bizi  onilliklərə  doğru  aparan  bir  addımdır. 

Azərbaycan  ilə  Serbiya  arasında  xüsusi  dostluq  və  əməkdaşlıq 

əlaqələri mövcuddur. 

Sonda mən bir daha əlaqələrimizin inkişafına verdiyi töhfəyə 

görə,  xüsusən  də  mədəni  sahədə  verilmiş  yardıma  görə  cənab 

Prezidentə  təşəkkürümü  bildirirəm.  Biz  Bakıda  və  Belqradda 

mədəniyyət  mövzusunda  seminarın  keçirilməsi  məsələsini  də 

müzakirə etdik. 

Cənab Prezident Əliyev, Serbiyaya xoş gəlmisiniz! Özünüzü 

burada  öz  evinizdəki  kimi  hiss  edin.  Necə  ki,  mən  Bakıya 

səfərim zamanı özümü öz evimdə hiss etdim. Bir daha çox sağ 

olun. 

 



 

150 


Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 

 

Hörmətli cənab Prezident, çox sağ olun! 



İlk növbədə, cənab  Prezident, Sizə  məni  gözəl ölkənizə dəvət 

etdiyinizə  görə  minnətdarlığımı  bildirmək  istəyirəm.  Serbiyada 

olmağımdan  çox  məmnunam.  Çox  şadam  ki,  iki  ölkə  arasında 

münasibətlər  sürətlə  inkişaf  edir.  Münasibətlərimiz  bütün 

dövrlərdə yüksək səviyyədə olub. Ancaq qeyd etməliyəm ki, son 

bir  neçə  il  ərzində  bu  münasibətlər  daha  da  dinamik  və  intensiv 

xarakter  daşıyır.  Cənab  Prezident,  Sizin  keçən  il  Azərbaycana 

səfəriniz  və  səfərin  gözəl  nəticələri  bu  münasibətlərin  inkişafına 

güclü  təkan  vermişdir.  Mənim  bugünkü  səfərim  onu  göstərir  ki, 

aramızda  güclənən  siyasi  dialoq  doğrudan  da  strateji  xarakter 

daşıyır  və  biz  ikitərəfli  münasibətlərə  məhz  bu  nöqteyi-nəzərdən 

yanaşırıq. 

Əlaqələrimiz çoxşaxəlidir və cənab Prezident, Siz çıxışınız-

da  bu  gün  apardığımız  danışıqlar  haqqında  məlumat  verdiniz. 

Əlavə  etmək  istəyirəm  ki,  biz  doğrudan  da  bu  münasibətlərə 

çox  böyük  diqqət  göstəririk.  Bu  münasibətlər  bizim  üçün  çox 

önəmlidir.  Biz  istəyirik  ki,  bütün  sahələrdə  ikitərəfli  formatda 

əməkdaşlıq 

daha 

da 


dərinləşsin. 

Eyni 


zamanda, 

münasibətlərimizin 

regional 

əməkdaşlıq 

meyillərinin 

gücləndirilməsinə də çox müsbət təsiri vardır. Balkan regionunu 

Xəzər  və  Qafqaz  regionları  ilə  birləşdirə  biləcək  kifayət  qədər 

layihələr  vardır.  Biz  bu  gün  bu  layihələr  haqqında  geniş  fikir 

mübadiləsi aparmışıq və bizdə heç bir fikir ayrılığı yoxdur. 

Siyasi  əlaqələrimizin  inkişafı  üçün  beynəlxalq  təşkilatlarda 

birgə  fəaliyyətimizi  davam  etdirəcəyik.  Bildiyiniz  kimi,  ölkələ-

rimiz separatizmdən əziyyət çəkən ölkələrdir.  Bizim ərazi bütöv-

lüyümüz  pozulubdur  və  əfsuslar  olsun  ki,  bu  ədalətsizlik  uzun 

illərdir davam edir. Biz Serbiyanın ərazi bütövlüyünü tanıyırıq və 

üzv  olduğumuz  bütün  beynəlxalq  təşkilatlarda  Serbiyanın  ərazi 

bütövlüyünü daim müdafiə edəcəyik. 

Hesab edirik ki, heç bir ölkənin beynəlxalq birlik tərəfindən 

tanınmış  sərhədləri  o  ölkənin  razılığı  olmadan  dəyişdirilə 




 

151 


bilməz.  Beynəlxalq  hüquq  normaları  bütün  hallarda  üstünlük 

təşkil  etməlidir  və  bu  bizim  prinsipial  mövqemizdir,  biz  bu 

mövqedən bir addım da geri atmayacağıq. 

Biz  Serbiya  hökumətinə  və  rəhbərliyinə  minnətdarlığımızı 

bildiririk ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Serbiya daim 

ədalətli  mövqe  nümayiş  etdirib.  Bu  mövqe  beynəlxalq 

təşkilatlarda,  xüsusilə  BMT-nin  Baş  Məclisində  keçirilən 

səsvermə zamanı da özünü göstərmişdir. Bu mövqeyə görə biz 

Sizə minnətdarıq. 

Bizi  birləşdirən  təkcə  ağrılarımız,  dərdlərimiz,  problem-

lərimiz  deyildir.  Bizi  birləşdirən  hər  iki  ölkədə  olan  nikbinlik 

əhval-ruhiyyəsidir.  Biz  tam  əminik  ki,  ölkələrimizin  gələcəyi 

parlaq olacaqdır. Hazırda bizi incidən, narahat edən problemləri 

həll  edəcəyik,  haqq-ədalət  öz  yerini  tutacaq  və  əminəm  ki, 

ölkələrimizin ərazi bütövlüyü bərpa olunacaqdır. 

Bu  gün,  cənab  Prezident,  dediyiniz  kimi,  biz  geniş  fikir 

mübadiləsi  aparmışıq  və  doğrudan  da  ikitərəfli  münasi-

bətlərimizin  gündəliyi  kifayət  qədər  genişdir.  Biz  Serbiyanın 

AGRİ  layihəsinə  qoşulmaq  təşəbbüslərini  böyük  məmnuniy-

yətlə  alqışlayırıq.  Bildiyiniz  kimi,  bu  layihə  bu  yaxınlarda 

müzakirə  mövzusuna  çevrilmişdir  və  birinci  sammit  Bakıda 

keçirilmişdir. Hazırda AGRİ layihəsi üzrə araşdırmalar aparılır, 

texniki-iqtisadi  əsaslandırma  hazırlanır.  Biz  çox  istərdik  ki, 

Serbiya da bu layihəyə qoşulsun. Nəzərə alsaq ki, Azərbaycanın 

zəngin karbohidrogen ehtiyatları hazırda müxtəlif bazarlara nəql 

edilir və bizim üçün yeni bazarlar çox maraqlıdır. Ümid edirik 

ki,  zəngin  qaz  potensialımızı  maksimum  dərəcədə  reallaşdıra 

bilərik. 

Hazırda Azərbaycanın təsdiq  edilmiş  qaz ehtiyatları  2,2 tril-

yon  kubmetrə  bərabərdir.  Ancaq  bu  çox  təvazökar  rəqəmdir. 

Proqnoz isə ondan ən azı iki dəfə çoxdur. Bunu nəzərə alaraq, 

Avropa  və  başqa  bazarlar  üçün  bizim  qazımız  ən  azı  100  il 

xidmət  göstərəcəkdir.  Bizə  yeni  bazarlar,  Avropadakı 

istehlakçılara  isə  yeni  mənbələr  lazımdır.  Şaxələndirmə 

məsələləri  həm  istehsalçılar,  həm  də  istehlakçılar  üçün  eyni 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə