Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə41/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

 

145 


Azərbaycanın  Xarici  İşlər  naziri  Elmar  Məmmədyarov  və 

Serbiyanın  Gənclər  və  İdman  naziri  xanım  Snejana  Samarjiç-

Markoviç imzaladılar. 

«Azərbaycan  Respublikası  Hökuməti  və  Serbiya  Respub-

likası  Hökuməti  arasında  ətraf  mühitin  mühafizəsi  sahəsində 

əməkdaşlığa  dair  Saziş»i  Azərbaycanın  Ekologiya  və  Təbii 

Sərvətlər naziri Hüseynqulu Bağırov və Serbiyanın Ətraf Mühit

Mədən  Sənayesi  və  Ərazi  Planlaşdırması  naziri  Oliver  Duliç 

imzaladılar. 

«Azərbaycan  Respublikası  Hökuməti  və  Serbiya  Respub-

likası  Hökuməti  arasında  mədəniyyət  sahəsində  əməkdaşlıq 

haqqında  Saziş»i  Azərbaycanın  Xarici  İşlər  naziri  Elmar 

Məmmədyarov  və  Serbiyanın  Mədəniyyət,  Mətbuat  və  İnfor-

masiya Cəmiyyəti naziri Predraq Markoviç imzaladılar. 

«Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  və 

Serbiya Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və 

Su  Təsərrüfatı  Nazirliyi  arasında  əməkdaşlıq  haqqında 

Anlaşma  Memorandumu»nu  Azərbaycanın  Xarici  İşlər  naziri 

Elmar  Məmmədyarov  və  Serbiyanın  Kənd  Təsərrüfatı,  Ticarət, 

Meşəçilik və Su Təsərrüfatı naziri Duşan Petroviç imzaladılar. 

«Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazir-

liyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf 

Nazirliyi  arasında  turizm  sahəsində  əməkdaşlıq  haqqında 

Anlaşma  Memorandumu»nu  Azərbaycanın  Xarici  İşlər  naziri 

Elmar Məmmədyarov və Serbiyanın İqtisadiyyat və Regionların 

İnkişafı naziri Neboyşa Çiriç imzaladılar. 

«Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Serbiya 

Respublikasının  İnfrastruktur  və  Energetika  Nazirliyi  arasında 

nəqliyyat  sahəsində  əməkdaşlıq  haqqında  Anlaşma  Memo-

randumu»nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmməd-

yarov  və  Serbiyanın İnfrastruktur  və  Energetika naziri Milutin 

Mrkoniç imzaladılar. 

«Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi 

və  Serbiya  Respublikasının  İnfrastruktur  və  Energetika 

Nazirliyi  arasında  energetika  sahəsində  əməkdaşlıq  haqqında 


 

146 


Anlaşma Memorandumu»nu Azərbaycanın Sənaye və Energetika 

naziri  Natiq  Əliyev  və  Serbiyanın  İnfrastruktur  və  Energetika 

naziri Milutin Mrkoniç imzaladılar. 

«Azərbaycan  Respublikasının  Mülki  Aviasiya  Administra-

siyası və Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu 

arasında  Anlaşma  Memorandumu»nu  «Azərbaycan  Hava 

Yolları»  QSC-nin  prezidenti  Cahangir  Əsgərov  və  Serbiyanın 

Mülki Aviasiya direktoru Neboyşa Starçeviç imzaladılar. 

 

 

 



 

147 


 

 

 

SERBİYA PREZİDENTİ BORİS TADİÇ İLƏ 

BİRGƏ BƏYANATLARLA ÇIXIŞLAR  

 

Sənədlərin  imzalanması  mərasimi  başa  çatdıqdan  sonra 



Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Boris 

Tadiç mətbuat üçün bəyanatlarla çıxış etmişlər. 

 

Serbiya prezidenti Boris Tadiçin bəyanatı 

 

  Böyük məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan 



Respublikasının Prezidenti hörmətli dostum cənab İlham Əliyev 

ilə  mənim  görüşüm  baş  tutdu.  Ölkələrimiz  arasında  mövcud 

olan bir çox məsələləri müzakirə etdik və bu gün bir çox sənədi 

imzaladıq.  Bu  əslində  ölkələrimiz  arasında  bir  çox  sahədə 

əlaqələrin təzahürüdür. Biz görürük ki, siyasi münasibətlərimiz 

strateji səviyyəyə qalxır. 

Xanımlar  və  cənablar,  Serbiya  və  Azərbaycan  bu  gün  eyni 

vəzifələr  və  məsələlər  qarşısındadır.  Ölkələrimiz  arasında 

oxşarlıqlar da vardır. Söhbət burada Dağlıq Qarabağ və Kosovo 

məsələlərindən  gedir.  Serbiya  Respublikası  Azərbaycanın  hər 

hansı  bir  hissəyə  bölünməsinin  tərəfdarı  deyil,  qətiyyən  bu 

fikirdə  deyil  və  Azərbaycanı  BMT-nin  üzvü  kimi,  öz  ərazi 

bütövlüyü  çərçivəsində  tanıyır.  Əslində  bu  bizim  mətbuat 

konfransında  bəyanatımızın  əsas  hissəsidir.  Mən  cənab 

Prezidentə  təşəkkürümü  bildirdim.  Cənab  Prezidentin  Kosovo 

məsələsində tutduğu mövqe ilə bağlı təşəkkürümü bildirdim. 

Azərbaycan  Serbiyanın  ərazi  bütövlüyünü  və  Serbiya  da  

Azərbaycanın  ərazi  bütövlüyünü  dəstəkləyir.  Bu  prinsiplər 

beynəlxalq  hüququn  vacib,  təməl  prinsipləridir.  Əslində  bu, 

ölkələrimiz üçün də çox mühüm məsələdir. 

Biz  digər  sahələrdə  də  əməkdaşlığımızı  müzakirə  etdik, 

müxtəlif  sahələrə  aid  sənədləri  imzaladıq.  Hesab  edirik  ki, 




 

148 


iqtisadiyyat,  energetika  sahələrində  əməkdaşlığımızı  daha  da 

dərinləşdirməliyik.  Azərbaycan  bu  gün  böyük  həcmdə  neft  və 

qaz  hasil  edir.  Azərbaycanın  bu  sahədə  mövqeləri  qlobal 

səviyyədə güclənir və Azərbaycan böyük layihələrə imza atır. 

Əslində  Gürcüstan,  Rumıniya  və  Azərbaycan  bir  mühüm 

layihə  üzərində  işləyir.  Çox  ümid  edirik  ki,  Macarıstan  da  bu 

yaxınlarda  həmin  layihəyə  qoşulacaq  və  bu,  böyük  bir  qaz 

layihəsi  olacaqdır.  Serbiyanın  bu  məsələdə  strateji  maraqları 

vardır.  Serbiya  bu  layihəyə  qoşulmaq  istəyir  və  cənab 

Prezidentlə mən bu məsələni müzakirə etdik, bir daha iradəmizi 

bildirdik  ki,  biz  bu  layihəyə  qoşulmaq  istəyirik.  Biz 

əməkdaşlığımızın  digər  sahələrini  müzakirə  etdik.  Energetika, 

tikinti, terminallar, sıxılmış maye qaz sahələrini nəzərdən keçirdik. 

Hesab  edirik  ki,  qazın  saxlanılması  üçün  anbarların  tikintisində 

əməkdaşlıq edə bilərik. Əslində bu, regionumuz üçün çox vacibdir, 

xüsusən  də  qış  mövsümündə.    Azərbaycanla  xüsusi 

əməkdaşlığımız olmalıdır. Görürük ki, dünyada enerji problemləri 

üzə çıxır. Nüvə enerjisi ilə bağlı bəzi qəzalar baş verir. Buna görə 

də Avropa üçün daha çox qaz  vacibdir, nəinki nüvə enerjisi. Biz 

belə hesab edirik. 

Ona görə Azərbaycanın bu sahədəki addımlarının vacibliyi get-

gedə  artır.  Bununla  bağlı  mən  cənab  Prezidentə  təşəkkürümü 

bildirirəm və onu təbrik edirəm ki, əslində Azərbaycan bu sahədə – 

qazın  hasilatı  sahəsində  böyük  addımlar  atmışdır  və  bu,  ölkənin 

iqtisadiyyatının inkişafına kömək etmişdir. 

Azərbaycanın  iqtisadiyyatı  sürətlə  inkişaf  edir,  regionda  öz 

mövqeyini tutur, öz mədəni irsini, özünəməxsusluğunu qoruyur. 

Biz  nəinki  energetika,  bir  çox  digər  iqtisadi  sahələrdə  də 

əməkdaşlıq edirik. 

Əməkdaşlığımızın  sahələrindən  biri  mədəniyyət  sahəsində 

mübadilələrdir. Mən Belqradda mədəniyyət ocaqlarının tikintisi ilə 

bağlı  ayrılan  maliyyə  yardımına  görə  cənab  Prezidentə 

təşəkkürümü bildirirəm. Biz xüsusi bir yanaşmadan istifadə edərək 

ətraf  mühitin  qorunmasına  da  xüsusi  diqqət  yetiririk.  Gələcəkdə 

bununla  bağlı  bir  çox  nəticələr  əldə  edə  bilərik.  İnfrastruktur 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə