Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə38/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   34   35   36   37   38   39   40   41   ...   114

 

134 


edən  ölkə  kimi  tanıda  bilmişdir.  1994-cü  ildən  bu  günə  qədər 

Azərbaycan  ilə  xarici  neft  şirkətləri  arasında  heç  bir  ciddi 

mübahisə,  heç  bir  qarşıdurma,  kontraktlara  yenidən  baxılmaq 

arzuları olmamışdır. Bunu ona görə deyirəm ki, bəzi ölkələrdə 

vaxtilə  imzalanmış  kontraktlara  yenidən  baxılır,  onların 

dəyişdirilməsi üçün addımlar atılır. Biz isə etimadı qazanmışıq 

və bu etimadı qiymətləndiririk. Hesab edirəm, investorlar üçün 

ən  vacib  amil  ondan  ibarətdir  ki,  onlar  tam  əmin  olmalıdırlar, 

onların  investisiyaları  dövlət  tərəfindən  lazımi  səviyyədə 

qorunur və bu siyasət dəyişməz olaraq qalır. 

«Əsrin  müqaviləsi»nin  imzalanması  nəticəsində  investisi-

yaların cəlb edilməsi, əlbəttə ki, işimizə birinci təkan vermişdir. 

Ondan  sonra  nefti  xarici  bazarlara  çıxarmaq  üçün  böyük 

addımlar  atılmağa  başlanmışdır.  Görülən  çox  vacib  işlərin 

arasında  mən  neft  kəmərlərinin  tikintisini  xüsusi  qeyd  etmək 

istəyirəm.  Hazırda  Azərbaycan  nefti  dünya  bazarlarına  üç 

istiqamətlə  nəql  edilir.  Biz  bu  sahədə  şaxələndirmə  məqsəd-

lərimizə  tam  çatmışıq.  Bu  gün  üç  istiqamətdə  nəql  edilən 

neftimiz dünya bazarlarına çox etibarlı yollarla çıxarılır. 

Neft  kəmərinin,  xüsusilə  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri-

nin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə 

olaraq  Xəzər  dənizinin  nefti  Aralıq  dənizinin  bazarlarına 

çıxarılırdı, həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir 

dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət 

mövcud  idi.  Buna  baxmayaraq,  xarici investorlar  böyük  vəsait 

cəlb  etdilər,  beynəlxalq  maliyyə  qurumları  öz  dəstəyini 

göstərdi.  Azərbaycan  tərəfi  də  üzərinə  düşən  bütün  vəzifələri 

ləyaqətlə və uğurla icra etmişdir. 

Bakı–Tbilisi–Ceyhan  neft  kəmərinin  istismara  verilməsi 

nəticəsində biz nəinki yeni bazara çıxa bilmişik və dəhlizi açmışıq, 

eyni zamanda, ölkə iqtisadiyyatına böyük həcmdə vəsait gəlməyə 

başlamışdır.  Biz  bu  vəsaitdən çox səmərəli şəkildə istifadə etdik. 

1999-cu ilin sonunda Azərbaycanda yaradılmış Dövlət Neft Fondu 

bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir. Fondun 

fəaliyyəti  beynəlxalq  təşkilatlar,  Birləşmiş  Millətlər  Təşkilatı  və 



 

135 


digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Neft fondu tam 

şəffaf  bir  qurumdur.  Bu  bizə  imkan  verdi  ki,  əldə  olunmuş 

gəlirlərdən  səmərəli  və  ədalətli  istifadə  edək.  Nəticədə 

Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son 7 ildə 49 

faizdən  9  faizə  düşmüşdür.  Əgər  əlimizdə  Neft  fondu  kimi  çox 

şəffaf  və  müasir  qurum  olmasaydı,  biz  bu  nailiyyətlərə  çata 

bilməzdik.  Azərbaycana  gələn  vəsait  ədalətli  bölünür,  vəsaitin 

toplanması və xərclənməsi çox şəffaf şəkildə həyata keçirilir.  

Müəyyən  mərhələdə,  xüsusilə  Bakı–Tbilisi–Ceyhan  neft 

kəmərinin  istismarından  sonra  belə  bir  fikir  oyana  bilərdi  ki, 

artıq  biz  qarşımızda  duran  bütün  vəzifələri  icra  etdik.  Bundan 

sonra  əldə  edilmiş  gəlirlərin  idarə  edilməsi  ilə  məşğul 

olmalıyıq.  Lakin  bizim  yanaşmamız  tam  fərqlidir,  nəinki  bu 

sahədə,  bütün  başqa  sahələrdə  də.  Əldə  edilmiş  nailiyyətlər 

bizim  üçün  bir  mərhələdir,  addımdır,  bir  pillədir.  Biz  daim 

gələcəyə baxırıq və ölkəmizin uğurlu və dayanıqlı inkişafı üçün 

uzunmüddətli 

proqram 


çərçivəsində 

addımlarımızı 

planlaşdırırıq. 

Qarşımızda  duran  ikinci  vacib  məsələ  Azərbaycanı  dünyada 

nəinki  neft  dövləti  kimi,  qaz  dövləti  kimi  də  tanıtmaqdır.  1996-cı 

ildə  imzalanmış  «Şahdəniz»  qaz  yatağı  üzrə  kontrakt  icra 

edilməyə  başlamışdır  və  Azərbaycanda  çox  böyük  qaz  yataqları 

aşkarlanmışdır. Deyə bilərəm ki, «Şahdəniz» qaz yatağının kəşfi o 

dövrdə  bir  o  qədər  də  böyük  diqqət  cəlb  etməmişdi.  Çünki  dün-

yada,  xüsusilə  Avropada  qaz  amilinə  o  qədər  də  böyük  diqqət 

göstərilmirdi.  Sonrakı  dövrdə  qaz  amilinin  ölkələrin  enerji 

təhlükəsizliyinə  nə  qədər  təsir  edən  məsələ  olduğunu  hamımız 

daha da yaxşı başa düşdük. Azərbaycan öz tərəfindən bütün lazımi 

tədbirləri  görmüşdür  və  «Şahdəniz»  qaz  yatağının  aşkarlanması 

dünya enerji bazarında çox təsirli bir hadisə olmuşdur. Biz hazırda 

enerji siyasətimizi daha çox qaz amili üzərində qururuq. Çünki neft 

sahəsində  bütün  layihələr  icra  edilib.  Bundan  sonra  biz  yalnız 

hasilatı sabit saxlamaqla öz siyasətimizi davam etdirəcəyik. 

Qaz  bazarı  istiqamətində  çalışmalarımız  məqsədyönlü 

xarakter daşıyır. Şaxələndirilmiş ixrac infrastrukturumuz bu gün 




 

136 


həm  Azərbaycanın  maraqlarına  xidmət  edir,  həm  də  qonşu 

bazarlara  dəstəkdir.  Bakı–Tbilisi–Ərzurum  qaz  kəmərinin 

tikintisi  də  tarixi  hadisə  idi.  Əvvəlki  fikrə  qayıtmaq  istəyirəm 

ki,  əgər  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri  tikilməsəydi  və  bu 

dəhliz  açılmasaydı,  sınaqdan  keçməsəydi,  qaz  dəhlizinin 

açılması  da  böyük  problemlərlə  üzləşə  bilərdi.  Yəni  mövcud 

dəhliz  üzərindən  qaz  kəmərini  də  çəkdik  və  Bakı–Tbilisi–

Ərzurum  qaz  kəməri  regional  və  qitə  miqyasında  ciddi  bir 

amildir.  Bu  gün  Azərbaycan  qazı  dörd  istiqamətdə  dünya 

bazarlarına  çıxarılır.  Biz  qonşu  dövlətlərə  qazı  ixrac  edirik  və 

artıq neft-qaz kəmərlərimizin sayı yeddiyə çatmışdır. Zəngin qaz 

yataqlarımızdan səmərəli şəkildə istifadə etmək üçün bizə böyük, 

etibarlı  bazarlar  lazımdır.  O  bazarlar  ki,  qanunlarla  tənzimlənir, 

bizim qazımıza orada ehtiyac vardır. Bir neçə ildir ki, Cənub qaz 

dəhlizi ilə əlaqədar çox fəal siyasət aparırıq, müzakirələr gedir və 

konkret addımlar atılır.   

2006-cı  ildə  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  enerji 

sahəsində  əməkdaşlığa  dair  memorandum  imzalanmışdır.  Bu 

birinci addım idi.  Ondan sonrakı dövrdə müxtəlif beynəlxalq fo-

rumlarda Azərbaycan öz qaz resurslarını təqdim edə bilmişdir. Bu 

gün  bizim  təsdiq  edilmiş  qaz  ehtiyatlarımız  2,2  trilyon  kubmetrə 

bərabərdir. 

Bu  ilin  yanvarında  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında 

yeni  vacib  sənəd  –  «Cənub  qaz  dəhlizi  haqqında  Birgə 

Bəyannamə»  imzalanmışdır.  Bu  bəyannamə  konkret  sənəddir 

və  biz  bu  sənəd  üzərində  işləyirik.  Avropa  İttifaqı  ilə 

Azərbaycan arasında işçi qrupu yaradılmışdır. Bu işçi qrupu çox 

səmərəli  işləyir.  Ümid  edirəm  ki,  bütün  lazımi  sənədlər  yaxın 

zamanlarda  imzalanacaq  və  «Şahdəniz»  layihəsinin  ikinci 

mərhələsinin işlənməsi üçün bizdə əsas olacaqdır. Hesab edirəm 

ki, Cənub qaz dəhlizinin gələcəyi çox gözəl olacaqdır. 

Hazırda  bildiyiniz  kimi,  Türkiyə  ilə  Azərbaycan  arasında 

tranzit məsələlərinin həlli üçün danışıqlar aparılır. Bu danışıqlar 

son  mərhələdədir.  Keçən  ilin  iyun  ayında  Türkiyə  ilə 

Azərbaycan  arasında  qaz  tranziti  haqqında  protokol  imza-



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə