Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə34/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   30   31   32   33   34   35   36   37   ...   114

 

119 


 

 

ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ  



VƏ ATƏT-in HAZIRKI SƏDRİNİN XÜSUSİ 

NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

6 iyun 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyu-

nun 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni 

(Fransa),  İqor  Popovu  (Rusiya),  Robert  Bradtkeni  (ABŞ)  və 

ATƏT-in  hazırkı  sədrinin  xüsusi  nümayəndəsi  Anji  Kasprşiki 

qəbul etmişdir. 

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi-

şəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti 

və perspektivləri ilə bağlı məsələlər müzakirə olunmuşdur. 


 

120 


 

 

 

AVROPA XARİCİ SİYASƏT XİDMƏTİNİN 

AVROPA VƏ MƏRKƏZİ ASİYA ÜZRƏ 

İDARƏEDİCİ DİREKTORU MİROSLAV 

LAYÇAKIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ 

HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

6 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  6-da  Avropa  Xarici  Siyasət  Xidmətinin  Avropa  və 

Mərkəzi  Asiya  üzrə  İdarəedici  direktoru  Miroslav  Layçakın 

başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin 

daha  da  inkişaf  etdirilməsinin  perspektivləri,  Ermənistan–

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizama  salınması 

ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

 

 




 

121 


 

 

 

BAKIYA GƏTİRİLMİŞ YENİ AVTOMOBİLLƏRƏ 

BAXIŞ  

 

6 iyun 2011-ci il 

 

Bakı  şəhərində  taksi  xidmətinin  keyfiyyətinin  yaxşı-

laşdırılması  məqsədi  ilə  Avropa  standartlarına  cavab  verən 

müasir avtomobillərin növbəti hissəsi paytaxta gətirilmişdir. 

İyunun  6-da  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev yeni avtomobillərə baxış keçirmişdir. 

Dövlətimizin  başçısının  Bakı  şəhərinin  və  respublikamızın 

ayrı-ayrı bölgələrinin yol-nəqliyyat infrastrukturunun təkmilləş-

dirilməsi  ilə  bağlı  göstərişlərinə  uyğun  olaraq  paytaxtda 

yolların  beynəlxalq  standartlara  uyğun  şəkildə  yenidən  qurul-

ması,  yeni  körpülərin  və  yolötürücülərinin  tikilib  istifadəyə 

verilməsi  müasir  ictimai  nəqliyyat  növlərinə  ehtiyacı  daha  da 

artırmışdır.  Avtomobil  nəqliyyatı  kompleksində  aparılan  işlər 

əhalinin  nəqliyyat  xidmətlərindən  yüksək  səviyyədə  istifadə 

etməsi  üçün  şəraitin  yaradılmasına  yönəldilib.  Azərbaycan 

prezidenti  İlham  Əliyevin  tapşırıqlarına  əsasən  Bakı  şəhərinin 

və  bölgələrin  taksi  parkının  müasirləşdirilməsi  istiqamətində 

böyük  işlər  görülür.  Taksi  minik  avtomobilləri  ilə  sərnişin 

daşımalarında qanunvericiliyin tələblərinə ciddi riayət olunma-

sı, bu sahədə pərakəndəliyin aradan qaldırılması və ümumilik-

də,  taksi  xidmətinin  müasir  standartlar  səviyyəsində  təşkilinin 

təmin  olunması  zərurəti  yarandığı  üçün  şəhərin  taksi  parkının 

yeniləşdirilməsinə başlanılmışdır. 

Bildirildi  ki,  bu  modellər  yalnız  taksi  məqsədləri  üçün 

istehsal edilmiş avtomobillərdir. TX4 Avro 4 standartlarına ca-

vab  verir,  2500  sm

3

  həcmində  dizel  mühərriki  ilə,  5  pilləli 

mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunmuşdur. 

Bu  avtomobillərin  manevr  imkanları  yüksəkdir.  Avtomobilin 



 

122 


sürücü  hissəsinin  sərnişin  hissəsindən  şəffaf  şüşə  ilə  ayrılması 

sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edir. Arxa hissədə 

nəzərdə  tutulmuş  üzbəüz  5  oturacaq  sərnişinlərə  gediş  zamanı 

rahat söhbət etməyə şərait yaradır. Avtomobil sərnişinlərə onlara 

aid  olan  hissədən  avtomobildə  quraşdırılmış  hər  iki 

kondisionerlərdən  birini  idarə  etməyə,  sürücü  ilə  danışığı  asan-

laşdıran  sistemdən  istifadə  etməyə  və  salonun  işığını  yandırıb-

söndürməyə imkan verir. Taksilərdə sayğac quraşdırılıb. Sərnişin 

sayğacın  göstəricisinə  görə  sürücü  ilə  hesablaşacaq,  bununla  da 

sərnişinlə sürücü arasında narazılıqlar aradan qalxacaqdır. Qeyd 

edilmişdir ki, Bakı şəhərində istismar olunacaq taksilərin sürücü-

ləri  tibbi  müayinədən  və  xüsusi  psixoloji  testlərdən  keçmişlər. 

Onlarla  xüsusi  proqram  üzrə  təlim  keçirilmişdir.  Gələcəkdə 

dayanacaqların sayının tələbata uyğun olaraq artırılması nəzərdə 

tutulur.  Gətirilmiş  100  taksi  şəhərin  11  dayanacağı  üzrə  bölüş-

dürüləcəkdir.  Qeyd  edək  ki,  hər  bir  taksi  dayanacağının  yara-

dılması Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təs-

diq  olunmuş  «Avtomobil  nəqliyyatı  haqqında»  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  tənzimlənir.  Qanuna  müvafiq  olaraq 

hər  bir  taksi  dayanacağı  Nəqliyyat  Nazirliyi  ilə  yerli  şəhər  və 

rayon  icra  hakimiyyəti  orqanları  və  Bakı  Şəhər  Yol  Polisi  İda-

rəsinin müvafiq şöbələrinin birgə razılığı əsasında yaradılır. 

Prezident  İlham  Əliyev  yeni  gətirilmiş  avtomobillərin  salonu-

nun  rahatlığı  ilə  də  tanış  oldu.  Dövlətimizin  başçısı  avtomo-

billərdən birinin sükanı arxasında əyləşib avtomobili idarə etdi. 

Paytaxta  gətirilmiş  yeni  avtomobillərlə  yaxından  tanış  olan 

prezident İlham Əliyev Bakı şəhərinin və bölgələrin taksi parkının 

müasirləşdirilməsi istiqamətində işlərin daha da sürətlə aparılması 

ilə bağlı müvafiq tapşırıqlarını verdi. 

 

 

 



 

 

 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə