Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə39/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   35   36   37   38   39   40   41   42   ...   114

 

137 


lanmışdır.  O  protokolda  bütün  lazımi  məsələlər  öz  əksini 

tapmışdır.  Ümid  edirik  ki,  yaxın  zamanlarda  o  protokolda 

göstərilən  və  sadalanan  maddələr  son  sənədə  çevriləcəkdir. 

Beləliklə,  tranzit  sazişinin  imzalanmasından  sonra  artıq  Azər-

baycan qazı üçün bütün maneələr aradan qaldırılacaqdır. 

Keçən sərgidən bu günə qədər Azərbaycanın enerji siyasətində 

bir neçə vacib hadisə baş vermişdir. Mən onlardan ikisini xüsusilə 

vurğulamaq  istəyirəm.  Birincisi,  dediyim  kimi,  yanvar  ayında 

Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  Cənub  qaz  dəhlizi 

haqqında  imzalanmış  bəyannamə,  ikincisi  isə  Azərbaycan 

neftçiləri tərəfindən kəşf edilmiş böyük «Ümid» qaz yatağıdır. Bu 

onu  göstərir  ki,  bizim  «Şahdəniz»dən  başqa  da  böyük 

ehtiyatlarımız vardır. Neftçilərimiz və geoloqlarımız həmişə bunu 

vurğulayırlar. İkinci tərəfdən, «Ümid» yatağının önəmi ondadır ki, 

bu  yataq  Azərbaycan  neftçiləri,  Azərbaycan  Dövlət  Neft  Şirkəti 

tərəfindən  aşkarlanmışdır.  Neftçilərimizin  müasir  təcrübəsi  və 

xarici şirkətlərlə əməkdaşlığı nəticəsində əldə edilmiş təcrübə artıq 

konkret  nəticələr  vermişdir.  Azərbaycan  Dövlət  Neft  Şirkəti 

«Ümid» yatağında həm investordur, həm də operatordur. «Ümid» 

yatağının  aşkarlanması  göstərir  ki,  onun  yanında  yerləşən 

perspektiv  strukturlarda  da  kifayət  qədər  qaz  vardır.  Biz  buna 

əminik. Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz 

yataqlarının kəşfiyyatı davam edəcəkdir. 

Enerji  təhlükəsizliyi  məsələləri  bu  gün  dünya  gündəliyində 

dayanan vacib məsələlərdən biridir. Azərbaycan tərəfdaşlarımızın 

enerji  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  öz  üzərinə  düşən 

vəzifələri  ardıcıllıqla  və  böyük  iradə  ilə  icra  edir.  Mən  hesab 

edirəm  ki,  hazırda  istehlakçılar,  tranzit  ölkələr  və  istehsalçılar 

arasında yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır. 

Çünki məhz bu üç tərəfin birgə fəaliyyəti nəticəsində biz uğura nail 

ola biləcəyik. 

Bu il müstəqilliyimizin 20-ci ildönümünü qeyd edərkən tam 

əminliklə  deyə  bilərik  ki,  neft-qaz  sektorunda  enerji 

təhlükəsizliyi  sahəsində  əldə  edilmiş  nailiyyətlər  ölkəmizi 

möhkəmləndirə bilmişdir. Azərbaycan özünü tam şəkildə təmin 



 

138 


edən  ölkədir.  Valyuta  ehtiyatlarımız  artır  və  hazırda  onun 

səviyyəsi  təqribən  35  milyard  dollara  çatmışdır.  İqti-

sadiyyatımız  artır  və  son  7  ildə  ümumi  daxili  məhsul  3  dəfə 

artmışdır.  Büdcə  xərcləri  2003-cü  ildə  1,2  milyard  dollar  idi, 

2011-ci ildə bu rəqəm 20 milyard dollara çatmışdır. 

Ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə 

güclənir,  yoxsulluq  azalır.  Sənaye  potensialımız  və  qeyri-neft 

sektoru inkişaf edir. Bütün bu uğurların təməlində, birmənalı deyə 

bilərəm  ki,  1994-cü  ildə  imzalanmış  «Əsrin  müqaviləsi»  dayanır. 

Ona görə bu gün bu sərgi və konfransın açılışında 1994-cü ildə bizə 

inanan,  Azərbaycanın  gələcəyinə  inanan  xarici  neft  şirkətlərinə  bir 

daha  minnətdarlığımı  bildirmək  istəyirəm.  Son  illər  ARDNŞ  ilə 

xarici tərəfdaşlar arasında çox işgüzar münasibətlər qurulmuşdur. Bu 

münasibətlərin çox  gözəl  gələcəyi  vardır.  Çünki  bizim planlarımız 

çoxdur,  gələcəyə  ümidlərlə  baxırıq  və  əldə  edilmiş  uğurlar  bu 

ümidləri daha da gücləndirir. 

Bir daha, əziz dostlar, sizi sərginin və konfransın açılışı mü-

nasibətilə  təbrik  edirəm.  Sərgiyə  və  konfransa  uğurlar 

arzulayıram. Sağ olun. 

 

 



 

 

 

 

 

 

 

 

ABŞ-ın AVRASİYA ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ 

XÜSUSİ NÜMAYƏNDƏSİ RİÇARD 

MORNİNQSTARIN BAŞÇILIQ  

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  


 

139 


 

7 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun  7-də  ABŞ-ın  Avrasiya  enerji  məsələləri  üzrə  xüsusi 

nümayəndəsi  Riçard  Morninqstarın  başçılıq  etdiyi  nümayəndə 

heyətini qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  ABŞ  arasında  münasibətlərin 

müxtəlif  sahələrdə,  o  cümlədən  energetika  sahəsində  uğurla 

inkişaf  etdiyi  vurğulandı,  əlaqələrimizin  bundan  sonra  da 

genişlənəcəyinə əminlik ifadə olundu. 

XVIII  Beynəlxalq  «Xəzər  neft,  qaz,  neft  emalı  və  neft  kim-

yası»  sərgi  və  konfransının  əhəmiyyətinə  toxunularaq,  hər  il 

Bakıda ənənəvi olaraq yüksək səviyyədə təşkil edilən bu tədbirin 

energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi 

baxımından önəmi qeyd edildi. 

 

 

 



 


 

140 


 

 

 

SERBİYA RESPUBLİKASINA  

RƏSMİ SƏFƏR 

 

8 iyun 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



iyunun 8-də Serbiyaya rəsmi səfərə yola düşmüşdür. 

Dövlətimizin  başçısını  Heydər  Əliyev  Beynəlxalq  Aero-

portunda  Baş  nazir  Artur  Rasizadə,  Prezident  Administrasiya-

sının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin 

başçısı Hacıbala Abutalıbov yola saldılar.   

 

                               * * *  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 

8-də Serbiya Respublikasına rəsmi səfərə gəlmişdir. 

Belqradın «Nikola Tesla» aeroportunda dövlətimizin başçı-

sının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və 

hökumət nümayəndələri qarşıladılar. 

 

 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə