Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə15/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

 

51 


deməliyəm  ki,  ölkələrimiz  arasında  siyasi  münasibətlər  yüksək 

səviyyədədir. Bizim ölkələr arasında heç bir problem yoxdur. Lakin 

həm  ikitərəfli  formatda,  həm  də  Azərbaycan  ilə  Avropa  təsisatları 

arasında  əməkdaşlıq  çərçivəsində  münasibətləri  və  əməkdaşlığı 

möhkəmlətmək üçün qarşılıqlı istək vardır. Fikrimcə, bu cür sanballı 

siyasi bazaya malik olan biznes öz sözünü deməlidir. Artıq müəyyən 

uğurlar  vardır  və  cənab  Prezidenti  biznesmenlərdən  ibarət  nüma-

yəndə  heyətinin  müşayiət  etməsi  bizim  biznes  qrupları  arasında 

qarşılıqlı  marağın  göstəricisidir.  Zənnimcə,  bu  gün  forumun  işi 

zamanı  Azərbaycanın  iqtisadi  nailiyyətləri,  habelə  imkanları  artıq 

təqdim edilmişdir  ki,  ölkəmizdə baş  verən hadisələr, iqtisadiyyatın 

necə  transformasiya  etməsi,  bizim  hansı  islahatları  həyata 

keçirməyimiz barədə daha dolğun təsəvvür yaransın. 

Bizim  üçün  iqtisadi  müstəqillik  müstəqilliyimizin  əsası 

olmuşdur.  Bizim  müstəqillik  əldə  etməyimizdən  20  ildən  az 

vaxt  keçir.  Bu  il  biz  ölkəmizin  müstəqilliyinin  bərpa  edil-

məsinin  20  illiyini  təntənəli  şəkildə  qeyd  edəcəyik.  Bu  illər 

ərzində  Azərbaycanın  dünya  xəritəsində  dinamik  inkişaf  edən, 

açıq iqtisadiyyata və inkişaf etmiş infrastruktura malik bir ölkə 

kimi öz  yerini tapması üçün çox iş görülmüşdür. Biz hamımız 

vaxtilə  müəyyən  siyasi  sistemdə,  planlı  təsərrüfat,  sosializm 

sistemində  yaşamışıq.  Ölkəmizdə  iqtisadiyyatda  özəl  sektorun 

nisbi payı sıfıra bərabər idi. Bu gün isə özəl sektor Azərbaycan 

iqtisadiyyatının  50  faizdən  çoxunu  təşkil  edir,  əsaslı  iqtisadi 

islahatlar aparılmışdır. Biznes üçün yaxşı şərait yaradılmışdır və 

biz hər il əlavə addımlar atmağa çalışırıq ki, bürokratik əngəllər 

və maneələr azaldılsın, biznes şəraiti daha yaxşı olsun. 

Biz  əlverişli  investisiya  mühiti  yarada  bilmişik.  Bütün 

dünyadan  iri  investisiyalar  cəlb  etmişik.  Bunlar  əsasən  inkişaf 

etmiş  ölkələrin  investisiyalarıdır.  Bu  sərmayələr  ilk  illərdə 

əsasən  neft-qaz  sektoruna  yatırılmışdır.  Bu  da  təbii  idi,  çünki 

XX  əsrin  90-cı  illərinin  əvvəllərində  Azərbaycan  iqtisadi 

baxımdan  yalnız  enerji  ehtiyatlarına  malik  olan  bir  ölkə  kimi 

maraq  doğururdu.  Bizim  vəzifəmiz  ondan  ibarət  idi  ki,  bu 

marağı  iqtisadiyyatın  qeyri-neft  sektorunun  investisiyalarına 



 

52 


transformasiya edək. Bunun üçün biz özümüzü etibarlı tərəfdaş 

kimi  təqdim  etməli  idik  ki,  əcnəbi investorlar  bilsinlər,  burada 

investisiyalar  qorunur  və  dövlət  öz  üzərinə  götürdüyü  bütün 

öhdəlikləri  yerinə  yetirir.  Bunun  üçün  bizim  əsas  kommersiya 

kontraktlarımız həm də parlamentdə müzakirə edilmiş və qanun 

qismində qəbul edilmişdir. Mənim fikrimcə bu, dünya tarixində 

nadir  hallardan  biridir  ki,  kommersiya  sazişi,  iri  investisiya 

layihəsi  qanun  forması  kəsb  edir.  Bu  bizim  öz  öhdəliklərimizi 

heç  vaxt  pozmayacağımız  barədə  investorlara  tam  zəmanət 

vermək üçün edilmişdir. Biz etimad qazana, məbləği on milyard 

dollarla  ölçülən  iri  investisiyaları  cəlb  edə  bildik.  Beləliklə, 

əlverişli investisiya şəraiti yaratmışıq. Azərbaycan uzun illərdir 

ki,  adambaşına  birbaşa  xarici  investisiyalar  göstəricisi  üzrə 

postsovet məkanında liderlik edir. 

Energetikaya  iri  yatırımlar  bizə  maliyyə  ehtiyatları  topla-

mağa  imkan  verdi.  Ölkəmiz    dünya  iqtisadi  dairələrində  yaxşı 

ad  qazandı.  Üçüncüsü  isə  iqtisadiyyatın  bizim  üçün  əsas  olan 

sahələrinə  –  daha  doğrusu,  qeyri-neft  sektoruna,  kənd 

təsərrüfatına, infrastruktura, nəqliyyata, turizmə sərmayələr cəlb 

edə  bildik.  Bir  neçə  il  əvvəl  müşahidə  etdiyimiz  neftin 

qiymətinin  kəskin  aşağı  düşməsi,  məhz  şaxələndirmə  siyasəti-

miz  sayəsində  ölkəmizdə,  demək  olar  ki,  hiss  olunmadı. 

Halbuki  əsas  gəlirləri  neft  satışından  gələn  ölkə  üçün  qiy-

mətlərin  4-5  dəfə  aşağı  düşməsi  böyük  sınaq  idi.  Hətta  2008–

2009-cu  və  2010-cu  illərdə,  dünya  iqtisadi  böhranı  illərində 

iqtisadiyyatımız artırdı. 

Bu  gün  Azərbaycanın  şaxələnmiş  iqtisadiyyatının  möhkəm 

təməli  artıq  qoyulmuşdur  və  hazırda  biz  diqqətimizi  məhz 

buraya  cəlb  edirik.  Biz  müasir  texnologiyaların  inkişafına 

böyük  diqqət  yetiririk.  Bizim  üçün  çox  vacibdir  ki,  ölkəmizdə 

istehsal olunan məhsul beynəlxalq standartlara uyğun gəlsin və 

ixrac meyilli olsun. Biz maksimum, o cümlədən kənd təsərrüfatı 

məhsulları  ilə  özünütəmin  siyasətini  həyata  keçiririk.  Çünki 

ərzaq  təhlükəsizliyi  məsələləri  hazırda  çox  böyük  əhəmiyyət 

kəsb edir. 



 

53 


Gələn  il  ilk  Azərbaycan  telekommunikasiya  peyki  orbitə 

çıxarılacaqdır  və  Azərbaycan  kosmik  sənayeyə  malik  ölkəyə 

çevrilir.  Müasir  informasiya  texnologiyalarına  çoxlu  sərmayə 

qoyulur,  internet  istifadəçiləri  şəbəkəsi  inkişaf  edir,  bu  gös-

təriciyə görə biz regionda birinci yerdəyik. 

Turizm sektoruna çoxlu sərmayə qoyulur. Biz turistlərin cəlb 

edilməsi  üçün  coğrafiyamızdan  və  təbii  şəraitimizdən  istifadə 

etmək  niyyətindəyik  və  artıq  istifadə  edirik.  Bu  il  təkcə  Bakı 

şəhərində dünya səviyyəsində 6 yeni beşulduzlu otel açılacaqdır 

və  bu  göstərir  ki,  dünya  brendləri  Azərbaycana  sərmayə 

qoyulması  mümkün  və  sərmayə  qoyulmalı  bir  ölkə  kimi 

yanaşırlar,  ən  əsası  isə  ölkəmizin  gələcəyinə  inanırlar.  Biz 

uzunmüddətli  sərmayələrin,  uzunmüddətli  tərəfdaşlıq  münasi-

bətlərinin  yaradılmasının  tərəfdarıyıq  və  bu  məqsədlə  radikal, 

çox mühüm iqtisadi islahatlar həyata keçiririk. 

Əlbəttə,  siyasi  islahatlar  olmadan  iqtisadi  islahatlar  yalnız 

qısamüddətli perspektivdə səmərə verə bilər. Buna görə də biz 

siyasi  islahatlar  sahəsində  çox  ardıcıl  siyasət  aparırıq.  Avropa 

strukturları ilə çox konstruktiv münasibətlər qurmuşuq. 10 ildir 

Avropa  Şurasının  üzvüyük,  Avropa  İttifaqı  ilə  «Şərq 

Tərəfdaşlığı» 

Proqramı 

üzrə 

işləyirik. 



Ölkəmizi 

modernləşdirmək və Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək 

niyyətindəyik.  Hesab  edirəm  ki,  bunun  üçün  bütün 

imkanlarımız  vardır  –  dövlət  siyasəti,  proqramı,  özəl  biznesə, 

sahibkarlığa  dövlət  dəstəyi,  savadlı  gənclər  və  formalaşmaqda 

olan  güclü  orta  sinif,  habelə  az  əhəmiyyət  kəsb  etməyən  təbii 

ehtiyatlar və maliyyə müstəqilliyi. 

Xatirimdədir,  neft  layihələrimizin  inkişafının  birinci  mər-

hələsində  xarici  mətbuatda  Azərbaycan  iqtisadiyyatının 

birtərəfli  inkişaf  edəcəyi,  bizdə  «Dutch  disease»  (Holland 

xəstəliyi)  inkişaf  edəcəyi  və  neft  gəlirlərinin  lazımi  nəticələr 

verməyəcəyi barədə çoxlu diskussiyalar aparılırdı. Lakin bizim 

siyasətimiz  və  enerji  ehtiyatlarından  düzgün  istifadə  olunması 

ona  gətirib  çıxardı  ki,  bu  gün  artıq  heç  kim  Hollandiya 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə