Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə10/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

 

33 


yoxdur.  Tamaşaçı  auditoriyası  haradasa  100  milyondan  artıq 

idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. 

Mən  sizi  bir  daha  təbrik  edirəm.  Bu,  Azərbaycan  gəncliyinin, 

xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə 

qalacaqdır. Siz də artıq tarixdə varsınız. «Eurovision» tarixində 

Azərbaycan öz sözünü demişdir. 

 Mən  sizi  bir  daha  təbrik  edirəm!  Sizə  uğurlar  arzulayıram! 

Əminəm  ki,  bundan  sonra  da  siz  ölkəmizi  ləyaqətlə  təmsil 

edəcəksiniz.  Beləliklə,  Azərbaycan  bu  sahədə  də  dünyada  öz 

sözünü 


dedi. 

Biz 


idmanda 

qələbələrə 

öyrəşmişik. 

İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə bizi sevindirirlər. 

Bu sahədə isə birinci qələbədir. 

Bir daha sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram! 



Sonra  Heydər  Əliyev  Fondunun  prezidenti,  Azərbaycanın 

birinci  xanımı  Mehriban  Əliyeva  «Eurovision–2011»  mahnı 

müsabiqəsinin  qaliblərini  təbrik  etdi,  onlara  gələcək  fəaliy-

yətlərində uğurlar arzuladı. 


 

34 


 

 

 

GÜRCÜSTAN RESPUBLİKASININ  

MÜDAFİƏ NAZİRİ  

BAÇANA AXALAYA İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

16 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  16-da  Gürcüstanın  Müdafiə  naziri  Baçana  Axalayanı 

qəbul etmişdir. 

Nazir  Baçana  Axalaya  Gürcüstan  prezidenti  Mixeil  Saaka-

şvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. 

Görüşdə  Azərbaycan  ilə  Gürcüstan  arasında  ikitərəfli  mü-

nasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, 

müdafiə  sahəsində  əməkdaşlığın  perspektivləri  ilə  bağlı 

məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

Dövlətimizin  başçısı  Gürcüstan  prezidenti  Mixeil  Saaka-

şvilinin  salamlarına  görə  minnətdarlığını  bildirdi,  onun  da 

salamlarını  Gürcüstan  dövlətinin  başçısına  çatdırmağı  xahiş 

etdi. 

 

 

 




 

35 


 

 

 

GÜRCÜSTANIN REGİONAL İNKİŞAF VƏ 

İNFRASTRUKTUR NAZİRİ RAMAZ 

NİKOLAŞVİLİ İLƏ GÖRÜŞ 

 

     Prezident sarayı  



 

16 may 2011-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ma-



yın 16-da Gürcüstanın Regional  İnkişaf və  İnfrastruktur naziri 

Ramaz Nikolaşvilini qəbul etmişdir. 

Görüşdə ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən regio-

nal  inkişaf  və  infrastruktur  sahəsində  uğurlu  əməkdaşlığından 

məmnunluq  ifadə  olundu.  Azərbaycan  ilə  Gürcüstan  arasında 

həyata  keçirilən  müxtəlif  layihələr,  o  cümlədən  Bakı–Tbilisi–

Qars dəmiryol layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. 

 

 

 

 



 

 


 

36 


 

 

 

BAKIDA KEÇİRİLMİŞ QAFQAZ XALQLARI  

ALİ DİNİ ŞURASININ HESABAT KONFRANSININ 

İŞTİRAKÇILARI  

İLƏ GÖRÜŞ



 



 

Prezident sarayı  

 

16 may 2011-ci il 

 

Mayın  16-da  Azərbaycan  Respublikasının  Prezidenti 



İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şura-

sının hesabat konfransının iştirakçılarını qəbul etmişdir. 

İ l h a m   Ə l i y e v: Mən sizi salamlamağa, yeni görüşü-

müzə şadam. Bu çox əhəmiyyətlidir ki, biz tez-tez görüşürük və 

siz  ölkəmizdə  tez-tez  olursunuz.  Biz  bunu  çox  yüksək 

qiymətləndiririk,  bu  cür  əlaqələr  hamımız  üçün  çox  vacibdir. 

Qafqazın  dini  liderlərinin  bu  səviyyədə  münasibətləri,  Qafqaz 

xalqları arasında ənənəvi qardaşlığa əsaslanan qarşılıqlı anlaşma 

bizi  çox  sevindirir.  Bu  münasibətləri  çox  yüksək 

qiymətləndiririk.  Əsrlər  boyu  xalqlarımız  arasında  dostluq, 

qardaşlıq,  qarşılıqlı  dəstək,  qarşılıqlı  kömək  münasibətləri 

olmuşdur. Mən şadam ki, bu gün bu münasibətlər davam edir, 

inkişaf edir və sizin ölkəmizə tez-tez səfərləriniz, eləcə də bizim 

                                            

     



 Бакыда кечирилмиш Гафгаз Халглары Али Дини Шурасынын 



щесабат  конфрансынын  иштиракчылары  иля  эюрцшдя  Гарачай–

Чяркяз  Мцсялманлары  Рущани  Идарясинин  вя  Шимали  Гафгаз 

Мцфтиляри Ялагяляндирмя Мяркязинин сядри Исмайыл Бердийев, 

Чеченистан  Мцсялманлары  Рущани  Идарясинин  сядри  Султан 

Мирзяйев,  Шимали  Осетийа–Аланийа  Рущани  Идарясинин  сядри 

Щаъымурад  Гатсалов,  МДБ  Динлярарасы  Шурасы  Гяййумлар 

Комитясинин щямсядри Аббас Аббасов вя Адыэей Мцсялманлары 

Рущани Идарясинин сядри Нурбaй Йемис чыхыш етдиляр. 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə