Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə6/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   2   3   4   5   6   7   8   9   ...   114

 

18 


Bu  gün  Azərbaycan  enerji  təhlükəsizliyi  məsələlərində  nəinki 

bölgədə, qitədə çox mühüm rola malikdir.  

Bakı–Tbilisi–Ceyhan  neft  kəmərinin  tikintisi  tarixi  nailiy-

yətdir.  Bakı–Tbilisi–Ceyhan  neft  kəmərinin  təməlini  Heydər 

Əliyev  qoymuşdur.  Biz  o  layihəni  başa  çatdırdıq  və  kəmər 

2006-cı ildən işləyir. Azərbaycanın iqtisadi müstəqilliyinin güc-

lənməsində bu layihənin müstəsna rolu vardır. 

1996-cı  ildə  Heydər  Əliyevin  təşəbbüsü  ilə  imzalanmış 

böyük «Şahdəniz» qaz yatağı üzrə kontrakt bu gün Azərbaycanı 

enerji  təhlükəsizliyi  baxımından  əvəzolunmaz  tərəfdaşa 

çevirmişdir. Əgər 1996-cı ildə – o çətin illərdə, çətin anlarda bu 

düzgün  addım  atılmasaydı,  bu  gün  enerji  təhlükəsizliyimiz 

bizim  üçün  böyük  problem  ola  bilərdi.  Biz  o  layihəni  başa 

çatdırdıq. 2007-ci ildə Azərbaycan qazını xarici bazarlara  ixrac 

etmək  üçün Bakı–Ərzurum  kəməri  tikildi,   o dəhliz artıq açıldı, 

işlədi. Biz o dəhlizi dəmiryol layihəsi ilə zənginləşdiririk. Dəmir 

yolu nəinki Azərbaycanı qonşu dövlətlərlə, Asiyanı Avropa ilə 

birləşdirəcəkdir. Ümid edirəm ki, biz gələn il bu tarixi layihənin 

işə  düşməsini  qeyd  edəcəyik.  Müstəqilliyimiz  möhkəmlənir, 

iqtisadi  imkanlarımız,  regiondakı  rolumuz  artır,  beynəlxalq 

mövqelərimiz möhkəmlənir. Ölkədə iqtisadi və sosial məsələlər 

öz  həllini  tapmaqdadır.  Son  7  ildə  büdcə  xərclərimiz  12  dəfə 

artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır.  

Bu  gün  Azərbaycan  dinamik  inkişaf  edən,  öz  ehtiyaclarını 

özü  ödəyən  müasir  ölkədir.  Bizim  siyasətimiz  çox  açıqdır, 

aydındır.  Güclü  iqtisadi  təməl  üzərində  müasir  siyasi  sistemin 

formalaşdırılması, 

dövlətçiliyin 

əsaslarının 

möhkəm-


ləndirilməsi,  azərbaycançılıq  ideologiyasının  gücləndirilməsi 

məsələləri bizim üçün prioritet məsələlərdir.  

Bu  gün  Azərbaycan  eyni  zamanda,  regionda  sabitləşdirici 

amildir.  Bizim  təşəbbüslər  bir  çox  hallarda  regionda  həlledici 

rol oynayır. Bu regional əməkdaşlığın hüdudları da genişləndi-

rilir. Bizim irəli sürdüyümüz və icra etdiyimiz layihələr tərəfdaş 

dövlətləri  cəlb edir.  



 

19 


Ölkəmizdə  iqtisadi  və  sosial  məsələlərin  həlli  müsbət  isti-

qamətdə  inkişaf  edir,  ictimai-siyasi  vəziyyət  çox  müsbətdir. 

Bizim  ölkə  çoxmillətlidir.  Azərbaycan  dünya  miqyasında  mə-

dəniyyətlərarası  dialoqun  aparılması  üçün  çox  gözəl  məkana 

çevrilmişdir.  Son  vaxtlar  keçirilən  müxtəlif  tədbirlər  bir  daha 

Azərbaycanı çox  müasir  və  tolerant ölkə  kimi,  dünya  birliyinə 

təqdim edir. 

Ölkəmizdə  elə  bir  sahə  yoxdur  ki,  o  sahə  üzrə  konkret 

proqram  olmasın  və  həmin  proqram  icra  edilməsin.  Bugünkü 

Azərbaycan  güclü,  müasir,  öz  gücünə  arxalanan  dövlətdir.  Biz 

elə etməliyik ki, ölkəmizi bundan sonra da gücləndirək, inkişaf 

etdirək,  qarşıda  duran  bütün  vəzifələri  icra  edək,  xalqın  rifah 

halını  yaxşılaşdırmaq  üçün  əlavə  tədbirlər  görək,  sosial 

məsələlərin həllinə nail olaq. 

Biz bütün bu uğurları məhz ona görə əldə etmişik ki, 1993-

cü  ildə  Azərbaycan  xalqı  müdriklik  göstərib  Heydər  Əliyevi 

siyasi hakimiyyətə dəvət etmişdir. Uğurlarımızın təməli məhz o 

vaxt, 1993-cü ildə qoyulmuşdur. Ona görə Heydər Əliyevin əziz 

xatirəsi  Azərbaycan  xalqının  qəlbində  yaşayır  və  daim 

yaşayacaqdır.  Müstəqillik  bizim  üçün  ən  böyük  sərvətdir,  ən 

böyük  dəyərdir.  Bu  gün  inkişaf  edən,  güclənən  Azərbaycan 

Heydər  Əliyevin  xatirəsinə  olan  hörmətimizin  nümunəsidir. 

Heydər  Əliyev  siyasəti  Azərbaycanda  yaşayacaqdır.  Biz  bu 

yoldan  dönməyəcəyik.  Heydər  Əliyev  siyasətinə  daim  sadiq 

qalacağıq. Sağ olun. 

 

 

 

 

 

İSESKO-nun BAŞ DİREKTORU ƏBDÜLƏZİZ  

BİN OSMAN ƏL-TÜVEYCRİ İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  



 


 

20 


10 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın 10-da İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman 

əl-Tüveycrini qəbul etmişdir. 

İSESKO-nun  Baş  direktoru  xalqımızın  ümummilli  lideri 

Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu 

və bu günün ən xoş hisslərlə qeyd edildiyini xüsusi vurğuladı. 

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  İSESKO  arasında 

əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq Baş di-

rektor  Əbdüləziz  bin  Osman  əl-Tüveycrinin  ölkəmizə  səfərinin 

bu  əməkdaşlığın  daha  da  genişləndirilməsi  işinə  xidmət  edə-

cəyinə  ümidvar  olduğunu  bildirdi.  Prezident  İlham  Əliyev  bu 

yaxınlarda  Bakıda  keçirilmiş  Ümumdünya  Mədəniyyətlərarası 

Dialoq  Forumuna  toxunaraq  Əbdüləziz  bin  Osman  əl-Tü-

veycrinin  bu  beynəlxalq  tədbirdə  iştirakının  əhəmiyyətini  vur-

ğuladı. 

İSESKO-nun  Baş  direktoru  Əbdüləziz  bin  Osman  əl-Tü-

veycri  Bakının  artıq  mötəbər  beynəlxalq  tədbirlərin  keçirildiyi 

bir məkana çevrilməsinin önəmini qeyd etdi. 

Görüşdə Azərbaycan–İSESKO əməkdaşlığının bundan sonra 

da genişlənəcəyinə əminlik ifadə olundu. 

 

 

 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə