Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə5/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   2   3   4   5   6   7   8   9   ...   114

 

15 


hətta  Heydər  Əliyevin  burada  olmaması  Azərbaycanın 

inkişafına  mənfi  təsir  göstərmirdi.  Lakin  XX  əsrin  80-ci 

illərinin ortalarından Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə 

uğramağa başlamışdı. 1987-ci ildə isə o, siyasi səhnədən gedən-

dən sonra Azərbaycan üçün böyük problemlər başlanmışdır. 

Biz hamımız o illəri yaxşı xatırlayırıq və bilirik ki, ulu öndər 

siyasi  hakimiyyətdən  gedəndən  sonra  iki  həftə  keçməmiş 

erməni  millətçiləri  Dağlıq  Qarabağı  Azərbaycandan  ayırıb 

Ermənistana  birləşdirmək  üçün  fəal  işlərə  başlamışdılar. 

Əvvəlki  illərdə  onları  bu  əməllərdən  çəkindirən  məhz  Heydər 

Əliyev amili olmuşdur. 

1987-ci  ilin  sonundan  başlayaraq  separatizm  meyilləri 

gücləndi  və  beləliklə,  Dağlıq  Qarabağ  münaqişəsinin  başlan-

ması  üçün  şərait  yaradıldı.  Əgər  o  zaman  Heydər  Əliyev 

Azərbaycanda  olsaydı,  heç  vaxt  bu  münaqişə  baş  verməzdi  və 

Azərbaycanın  tarixi  torpaqları  işğal  altına  düşməzdi.  Ancaq  o 

vaxtkı  sovet  rəhbərliyi  Heydər  Əliyev  amilini  dərk  edərək, 

bütün imkanlardan istifadə edirdi ki, onu Azərbaycandan təcrid 

etsin.  Ona  qarşı  başlanmış  böhtan  kampaniyasının  mənası  və 

səbəbi  məhz  ondan  ibarət  idi  ki,  Heydər  Əliyev  amili 

Azərbaycandan  silinsin.  Ancaq  onun  əməlləri,  Azərbaycana 

verdiyi töhfələr mənsub olduğu xalqın qəlbində daim yaşayırdı.  

Heydər  Əliyevə  qarşı  təzyiqlər  və  təqiblər  güclənəndə  o, 

təbii  ki,  doğma  Vətənə  üz  tutdu.  Əfsuslar  olsun  ki,  o  vaxt 

Azərbaycanın  siyasi  hakimiyyətində  təmsil  olunanlar  imkan 

vermədilər o, Bakıda yaşasın və məcbur qalıb doğulduğu yerə – 

Naxçıvana  üz  tutdu.  Ulu  öndər  orada  yaşadığı  dövrdə 

Naxçıvanın  inkişafına  öz  töhfəsini  verdi,  naxçıvanlılar  da 

Heydər  Əliyevi  qorudular.  Onun  həyatında  çox  çətin  anlar  da 

olmuşdur,  amma  bütün  sınaqlardan  şərəflə  çıxmışdır,  bütün 

dövrlərdə cəsarətli siyasət aparmışdır  və bu siyasət, bu  cəsarət 

özünü müxtəlif mərhələlərdə göstərmişdir. 

Azərbaycan  xalqına  qarşı  törədilən  təcavüz  –  20  Yanvar 

faciəsi nəticəsində həlak olmuş şəhidlərimizin ruhu qarşısında o 

vaxt  söz  vermişdi  ki,  son  damla  qanına  qədər  Azərbaycana 



 

16 


xidmət edəcəkdir. O vaxt Sovet İttifaqının dağılmasına hələ 2 il 

qalmışdı.  Buna  baxmayaraq,  Azərbaycanın  Moskvadakı  daimi 

nümayəndəliyində  mətbuat  konfransında  Sovet  İttifaqı 

Kommunist Partiyasının rəhbərliyini çox kəskin tənqid etmiş və 

günahsız  insanların  həlak  olmasında  onları  günahlandırmış, 

sonra  da  onilliklər  ərzində  xidmət  etdiyi  Kommunist 

Partiyasının sıralarını tərk etmişdir. 

Bütün bu addımlar böyük siyasi iradə və cəsarət tələb edirdi. 

Məhz  o  addımlar  nəticəsində  bu  gün  Azərbaycan  müstəqil 

dövlətdir.  Azərbaycanın  milli  üçrəngli  bayrağı  ilk  dəfə  olaraq 

rəsmi  Dövlət  bayrağı  kimi,  Naxçıvanda  qaldırılmışdır.  O  vaxt 

hələ  Sovet  İttifaqı  mövcud  idi.  Məhz  o  vaxt  Sovet  İttifaqının 

saxlanması  üçün  keçirilən  referendumda  Naxçıvan  iştirak 

etmirdi.  Biz  bu  tarixi  anları  yaxşı  xatırlayırıq  və  Heydər 

Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha görürük. 

Məhz o illərdə Azərbaycanın müasir siyasi sisteminin forma-

laşması üçün tarixi hadisə baş vermişdir. 1992-ci ildə müxalifət 

partiyası  kimi,  Naxçıvanda  Yeni  Azərbaycan  Partiyası 

yaradıldı.  Yarandığı  gündən  indiyə  qədər  Yeni  Azərbaycan 

Partiyası  aparıcı  siyasi  qüvvə  olaraq,  ölkəmizin  inkişafı  üçün 

böyük xidmətlər göstərmişdir. 

Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı 

da zamanın və xalqın tələbi idi. O vaxt Azərbaycanda vətəndaş 

müharibəsi  başlamışdı,  ölkədə  xaos,  anarxiya,  böhran  hökm 

sürürdü.  İqtisadi  və  siyasi  böhran  ölkəmizin  gələcək  müstəqil 

həyatını  sual  altında  qoymuşdu.  Xalqın  tələbi  ilə  Heydər 

Əliyevin  Azərbaycan  rəhbərliyinə  qayıdışından  sonra  bütün 

xoşagəlməz halların qarşısı alındı, qanunsuz silahlı birləşmələr 

tərk-silah edildi, sabitlik yarandı və Azərbaycan inkişaf etməyə 

başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi 

nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi. 

1993–2003-cü  illər  Azərbaycanda  sabitlik  və  inkişaf  illəri 

kimi  tarixdə  qaldı.  Məhz  o  illərdə  dövlətçiliyimizin  əsasları 

qoyuldu.  Biz  deyəndə  ki,  Heydər  Əliyev  müasir  müstəqil 

Azərbaycanın  qurucusudur,  tam  haqlıyıq.  Çünki  dövlət 



 

17 


müstəqilliyi əldə etdikdən sonra 2 il ərzində ölkə idarəolunmaz 

vəziyyətdə  idi.  Dövlətçiliyimizin,  müstəqilliyimizin  əsasları 

məhz  1993-cü  ildə  qoyulmuşdur.  O  vaxtdan  bu  günə  qədər 

Azərbaycan  yalnız  və  yalnız  inkişaf  yolu  ilə  gedir.  İqtisadi 

sahədə  aparılan  islahatlar  öz  nəticəsini  verməyə  başlamışdır. 

Siyasi  sabitlik  təmin  olunandan  sonra  ölkəyə  böyük  həcmdə 

xarici  sərmayələr  gəlməyə  başlamışdır.  O  vaxt  xarici 

sərmayələri Azərbaycana cəlb etmək üçün böyük peşəkarlıq və 

siyasi  səriştə  tələb  olunurdu.  Çünki  Azərbaycan  dünyada  çox 

riskli ölkə kimi tanınırdı, sərmayə qoymaq istəyənlərin sayı çox 

az idi. Xarici investorları inandırmaq, onları Azərbaycana dəvət 

etmək  və  milli  maraqlarına  uyğun  şəkildə  böyük  investisiya 

layihələrini icra etmək siyasi bacarıq və siyasi bilik tələb edirdi. 

Bugünkü  Azərbaycan  Heydər  Əliyevin  əsəridir.  Bu    real-

lıqdır,    həqiqətdir.  1993–2003-cü  illərdə  siyasi  sistemin  möh-

kəmlənməsi,  dövlətçilik  ənənələrinin  yaradılması,  azərbay-

cançılıq  məfkurəsinin  bərqərar  olunması  nəticəsində  bu  gün 

Azərbaycan  uğurla  inkişaf  edən  ölkəyə  çevrilibdir.  O  illərdə 

həm  siyasi  islahatlar,  dünya  birliyinə  inteqrasiya  siyasətimiz, 

həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf 

üçün  möhkəm  zəmin  yaratmışdır.  Azərbaycan  bu  gün  Heydər 

Əliyev  yolu  ilə  gedir.  Ölkəmizin  müstəqil  yaşaması  üçün  neft 

kontraktlarının  müstəsna  rolu  olmuşdur.  Bu  kontraktlar 

nəticəsində  ölkə  iqtisadiyyatına  milyardlarla  dollar  vəsait 

qoyulmuşdur.  Azərbaycan  etibarlı  tərəfdaş  kimi,  özünü  dünya 

birliyinə  təqdim  edə  bilmişdir.  İqtisadi  müstəqillik  isə  dövlət 

müstəqilliyinin əsasıdır.  

İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində 

dünyada  bənzəri  olmayan  sürətlə  inkişaf  etmişdir,  təxminən  3 

dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 

5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. 

İqtisadiyyatımız  artıq  çoxşaxəlidir.  Enerji  siyasətimiz  də 

Heydər Əliyevin qoyduğu neft strategiyası əsasında qurulub. Bu 

strategiya  müasir  tələblərə  uyğunlaşdırılıb  və  zənginləşdirilib. 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə