Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə9/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

 

28 


etmişlər. O, zəngin adam idi, öz zəhməti hesabına böyük maliyyə 

imkanlarına  da  nail  olmuşdu.  İmkanlarından  xalqın  güzəranının 

yaxşılaşdırılması  üçün  istifadə  etdi.  O  istəyirdi  ki,  Azərbaycan 

gəncləri  oxusunlar,  ağıllı,  bilikli  olsunlar.  İstəyirdi  ki, 

Azərbaycanda  sosial  məsələlər  öz  həllini  tapsın.  Öz  vəsaiti 

hesabına  böyük  su  kəməri  çəkdirdi,  məktəblər  tikdirdi,  kimsəsiz, 

kasıb  uşaqları  ali  məktəblərə  oxumağa  göndərdi.  Belə  görkəmli 

şəxsiyyətin  bütün  mədəni,  mənəvi  və  maddi  irsinə  biz  gərək 

hörmətlə  yanaşaq.  Məhz  bu  məqsədlə  biz  onun  Bakıdakı  evini 

əsaslı təmir və bərpa etdik. Orada indi Azərbaycan Tarix Muzeyi 

yerləşir.  Onu  Hacı  Zeynalabdinin  evi  kimi  bərpa  etdik.  Onun 

burada  –  Mərdəkan  qəsəbəsində  qəbrini  də  o  vaxt  biz 

abadlaşdırdıq.  «Pir Həsən»  ziyarətgahı hələ neçə il bundan əvvəl 

bizim  təşəbbüsümüzlə  abadlaşdırıldı.  Tağıyevin  xeyriyyəçilik 

missiyası Azərbaycan xalqının inkişafına xidmət edib. Mən müasir 

dövrün  sahibkarları  ilə  dəfələrlə  görüşürəm  və  onlara  da  dövlət 

tərəfindən dəstək verilir.  

Bu  məktəb  mütləq  təmir  olunacaq,  müvafiq  sərəncam 

imzalanacaq və biz onun xatirəsinə gözəl abidə yaradacağıq. Bu 

məktəbin tikintisi  ilə  əlaqədar  yaranmış  problemləri  indi  mənə 

dedilər.  Əgər  burada  qüsurlar  varsa,  onlar  da  aradan 

qaldırılacaqdır. 



* * * 

 

Sonra  prezident  İlham  Əliyev  Hacı  Zeynalabdin  Tağıyev 



adına 123 nömrəli orta məktəbin binası ilə tanış oldu. 


 

29 


 

 

 

ATƏT-in  PARLAMENT ASSAMBLEYASININ 

SƏDRİ PETROS EFTİMİUNUN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ  

 

Prezident sarayı  



 

12 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın 12-də ATƏT-in Parlament Assambleyasının sədri Petros 

Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  ATƏT-in  Parlament  Assambleyası 

arasında  uğurlu  əməkdaşlığın  həyata  keçirildiyi  vurğulandı, 

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli-

nə  dair  məsələlər  müzakirə  edildi,  əməkdaşlığımızın  hazırkı 

vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. 

 

 



 


 

30 


 

 

 

«BAKI ÜRƏK GÜNLƏRİ» BEYNƏLXALQ 

KONQRESİNİN İŞTİRAKÇILARINA 

 

Hörmətli Konqres iştirakçıları! 



Sizi – Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən 

Bakıya  gəlmiş  alimləri  səmimi-qəlbdən  salamlayır,  Kon-

qresinizin  işinə  uğurlar,  hər  birinizə  cansağlığı,  uzun  ömür  və 

müvəffəqiyyətlər arzulayıram. 

Bu  il  öz  dövlət  müstəqilliyinin  bərpasının  20  illiyini  qeyd 

edən  ölkəmizdə  səhiyyə  sisteminin  inkişafı,  o  cümlədən 

kardiologiyanın beynəlxalq standartlar səviyyəsinə qaldırılması 

istiqamətində  çox  işlər  görülmüşdür.  Paytaxtda  və  regionlarda 

müasir  tipli  tibb  müəssisələrinin  qurulması  və  onların  zəruri 

avadanlıqlarla  təchiz  olunması  əhalinin  sağlamlığının 

qorunması  üçün  lazımi  şərait  yaratmışdır.  Əminəm  ki, 

kardiologiyanın  və  ürək-damar  cərrahiyyəsinin  aktual 

problemlərinin  müzakirəsi  həm  bizim  həkimlərə  beynəlxalq 

təcrübədən  faydalanmaq  imkanı  verəcək,  həm  də  respub-

likamızda təbabətin inkişafı üçün yeni perspektivlər açacaqdır. 

Ümidvaram  ki,  böyük  elmi  və  elmi-praktiki  əhəmiyyətə 

malik  olan  bu  Konqres  Azərbaycan  kardioloqlarının  xarici 

həmkarları  ilə  əlaqələrini  daha  da  möhkəmləndirəcək  və 

ümumilikdə tibb elminə öz layiqli töhfələrini verəcəkdir. 

Ən xoş arzularla

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 13 may 2011-ci il 



 

 

 



 


 

31 


 

 

ABŞ SİLAHLI QÜVVƏLƏRİNİN NƏQLİYYAT 

KOMANDANI GENERAL DUNKAN MAK NABBIN 

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞ 

 

Prezident sarayı  



 

13 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  13-də  ABŞ  Silahlı  Qüvvələrinin  Nəqliyyat  Komandanı 

general  Dunkan  Mak  Nabbın  başçılıq  etdiyi  nümayəndə 

heyətini qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  ABŞ  arasında  ikitərəfli  münasi-

bətlərin  müxtəlif  sahələrdə  uğurla  inkişaf  etdiyi  vurğulandı, 

beynəlxalq  terrorizmlə  mübarizə  sahəsində  əməkdaşlıqla  bağlı 

məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

 

 

 




 

32 


 

 

 

«EUROVİSİON–2011» MAHNI MÜSABİQƏSİNDƏ 

QƏLƏBƏ QAZANMIŞ AZƏRBAYCAN 

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı   



 

16 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 



xanımı Mehriban Əliyeva mayın 16-da Almaniyanın Düsseldorf 

şəhərində  keçirilmiş  «Eurovision–2011»  mahnı  müsabiqəsində 

qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul etmişlər. 

Dövlətimizin başçısı nümayəndələri təbrik etdi. 

İ l h a m   Ə l i y e v: Mən sizi ürəkdən təbrik edirəm. Siz 

«Eurovision»  mahnı  müsabiqəsində  ölkəmizi  çox  ləyaqətlə 

təmsil  etmisiniz,  böyük  qələbə  qazanmısınız.  Bu  qələbə  ölkə-

mizin  qələbəsidir,  sizin  qələbənizdir.  Bu  qələbə  ilə  siz  bütün 

Azərbaycan  xalqını  sevindirmisiniz.  Qələbədən  sonra  dərhal 

minlərlə  insan  küçələrə  çıxıb  sizin  qələbənizi  qeyd  etdi. 

Azərbaycan  bayrağı  dalğalanırdı.  Biz  çox  gözəl  anlar  yaşadıq. 

Siz doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz. 

Biz «Eurovision» müsabiqəsində dördüncü dəfədir ki, iştirak 

edirik.  Bütün  bu  illərdə  yaxşı  nəticələr  göstərmişik.  Ancaq  bu 

nəticə, əlbəttə ki, ən gözəl nəticədir və zirvədir. 

Onu da deyə bilərəm ki, «Eurovision»da iştirakımızın təşəb-

büskarı  Heydər  Əliyev  Fondu, Mehriban  xanım  olmuşdur.  Biz 

bu  yarışa  onun  təşəbbüsü  ilə  qoşulduq  və  bütün  bu  illərdə 

Heydər  Əliyev  Fondu,  Gənclər  və  İdman  Nazirliyi,  İctimai 

Televiziya  və  digər  qurumlar  çox  fəal  işlədilər.  Hər  il  biz 

qələbəyə daha da yaxınlaşırdıq. 

Bu,  dünyanın  ən  mötəbər  mahnı  müsabiqəsidir.  Hesab 

edirəm  ki,  dünya  miqyasında  buna  oxşar  ikinci  müsabiqə 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə