Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə7/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   2   3   4   5   6   7   8   9   10   ...   114

 

21 


 

 

 

FRANSA MİLLİ ASSAMBLEYASI MÜDAFİƏ 

KOMİSSİYASININ SƏDR MÜAVİNİ  

MİŞEL VUAZENİN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

10 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

mayın 10-da Fransa Milli Assambleyası müdafiə komissiyasının 

sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini 

qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  ilə  Fransa  arasında  ikitərəfli  münasi-

bətlərin  sürətlə  inkişaf  etdiyi,  müxtəlif  sahələrdə  uğurlu  əmək-

daşlığın  həyata  keçirildiyi  bildirildi,  parlamentlərarası  əlaqə-

lərin  əhəmiyyəti  vurğulandı,  münasibətlərimizin  daha  da  möh-

kəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olundu. 

Görüşdə Fransa Milli Assambleyası müdafiə komissiyasının 

sədr  müavini  Mişel  Vuazen  ölkəsinin  Azərbaycan  ilə  Fransa 

arasında  münasibətlərin  təkcə  siyasi,  iqtisadi  sahələrdə  deyil, 

humanitar  və  digər  sahələrdə  də  inkişaf  etdirilməsinə  maraqlı 

olduğunu bildirdi. 

 

 

 




 

22 


 

 

 

ATƏT-in KİV AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ 

XANIM DUNYA MİYATOVİÇİN BAŞÇILIQ 

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

11 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



mayın  11-də  ATƏT-in  KİV  azadlığı  üzrə  nümayəndəsi  xanım 

Dunya  Miyatoviçin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir. 

Görüşdə  Azərbaycanda  kütləvi  informasiya  vasitələrinin 

fəaliyyəti,  media  sahəsində  Azərbaycan  ilə  ATƏT  arasında 

əməkdaşlığın  hazırkı  vəziyyəti  və  perspektivləri  ətrafında  fikir 

mübadiləsi aparılmışdır. 


 

23 


 

 

 

BAKIƏTRAFI QƏSƏBƏLƏRİN SOSİAL-İQTİSADİ 

İNKİŞAFI İLƏ BAĞLI MƏRDƏKANDA 

GÖRÜLMÜŞ  İŞLƏRLƏ TANIŞLIQ  

 

Xəzər rayonu 



 

12 may 2011-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Bakı 



Şəhər  İcra  Hakimiyyətində  şəhərətrafı  qəsəbələrin  sosial-iqtisadi 

inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq 

və  quruculuq  işləri  ilə  bağlı  verdiyi  tapşırıqların  icrası  ilə  tanış 

olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur. 

Mayın  12-də  prezident  İlham  Əliyev  Bakının  Xəzər  rayo-

nunun  Mərdəkan  qəsəbəsində  görülmüş  işlərlə  yaxından  tanış 

olmuşdur.  

 Bakı  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  Hacıbala  Abutalıbov 

qəsəbənin  sxemi  əsasında  həyata  keçirilmiş  quruculuq  işləri 

barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakının 

digər  kənd  və  qəsəbələrində  olduğu  kimi,  Mərdəkanda  da 

qəsəbədaxili  yolların  əsaslı  yenidən  qurulması  işlərinə  başlan-

ılmışdır. Buradakı yolların 16 min 500 kvadratmetr sahəsinə artıq 

yeni asfalt döşənmiş, əlavə olaraq 19 min kvadratmetr əraziyə isə 

asfalt salınması nəzərdə tutulur. Mərdəkan qəsəbəsində su və qaz 

xətlərinin yeniləri ilə əvəzlənəcəyi, Bakının digər kənd və qəsəbə-

lərində  olduğu  kimi,  bu  qəsəbədə  də  kanalizasiya  sisteminin 

qurulacağının Dövlət Proqramına salındığı qeyd edilmişdir.  

Görülən  işlərlə  yaxından  tanış  olan  dövlətimizin  başçısı 

qəsəbə sakinləri ilə görüşdü.  

İ  l  h  a m    Ə l  i  y  e  v:  Bilirsiniz  ki,  Bakıətrafı  qəsəbələrin 

inkişafı  üçün  xüsusi  proqram  hazırlanıbdır,  kompleks  tədbirlər 

nəzərdə  tutulur.  Bu  ayın  əvvəlində  proqram  təsdiq  olunub  və 



 

24 


yaxın zamanlarda işlər sürətlə aparılacaqdır. Artıq işlərin müəyyən 

hissəsi,  o  cümlədən  Mərdəkan  qəsəbəsində  yolların  çəkilişi 

başlanmışdır.  Bu  işlər  geniş  vüsət  alacaqdır.  Bütün  qəsəbələrdə 

infrastruktur  layihələrinin  həyata  keçirilməsi  nəzərdə  tutulur. 

Proqram  mətbuatda  dərc  edilib.  Hər  bir  qəsəbə  üzrə  konkret 

tapşırıqlar  verilmişdir.  O  ki  qaldı  Mərdəkan  qəsəbəsinə,  burada 

məktəbin,  uşaq  bağçalarının  təmiri  nəzərdə  tutulub.  Xəstəxana 

əsaslı təmir olunacaqdır. Yollar çəkiləcəkdir. Qazlaşdırma layihəsi 

nəzərdə  tutulur.  Əlbəttə  ki,  su  və  kanalizasiya  layihələri  də  öz 

həllini gözləyir. 

Beləliklə, proqramın icrası nəticəsində 2013-cü ilə qədər hər 

bir  qəsəbədə  bütün  sosial  və  iqtisadi  məsələlər  öz  həllini 

tapmalıdır.  Mən  bu  ərəfədə  bir  neçə  qəsəbədə  vəziyyətlə  tanış 

olmuşam,  sakinlərin  arzularını  dinləmişəm.  Artıq  proqram 

qəbul edilib. Gərək həm mən, həm də siz bu proqramın icrasını 

yoxlayaq, ona nəzarət edək. 

Mən  istəyirəm  ki,  bütün  qəsəbələrdə  işlər  qısa  müddətdə 

sürətlə  aparılsın  ki,  insanları  narahat  edən  məsələlər  həll 

olunsun.  Biz  bu  məsələləri,  bu  problemləri  bilirik.  Ona  görə 

hesab  etdim  ki,  Bakı  və  Bakıətrafı  qəsəbələrin  inkişafı  üçün 

xüsusi  Dövlət  Proqramı  qəbul  edilməlidir  və  biz  bunu  etdik. 

Bütün  dövlət  qurumlarına  tapşırıqlar  verilmişdir  ki,  fəal 

işləsinlər və yerli sakinlərin xahişləri, arzuları da mütləq nəzərə 

alınmalıdır. Biz çalışmışıq ki, proqramda bütün məsələləri əhatə 

edək.  Ancaq  təcrübə  göstərir  ki,  bəzi  hallarda  bu,  mümkün 

olmur.  2004-cü  ildə  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramı  qəbul  olunanda  orada  bəzi  məsələlər  nəzərdə 

tutulmamışdı.  Ona  görə  də  biz  vaxtaşırı  o  proqrama  əlavələr  

etmişik. 

Bu proqramla da bağlı oxşar vəziyyət yarana bilər. Ona görə 

əlavə təkliflər olan zaman onlara da baxılacaqdır. Çalışmışıq ki, 

insanları  narahat  edən  əsas  infrastruktur  məsələləri  orada  öz 

həllini  tapsın.  Artıq  işlər  başlanmışdır.  Əminəm  ki,  bütün 

tapşırıqlar vaxtında yerinə yetiriləcəkdir. 




Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə