Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə8/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

 

25 


S a k i n: Cənab Prezident, rayonumuz, qəsəbəmiz gündən-

günə  çiçəklənir,  gözəlləşir.  Rayonda,  qəsəbədə  bir  çox  işlər 

görülür.  

İndi bir çox təkliflər vardır. Siz özünüz də dediniz, xəstəxana 

təmir  olunmalıdır.  Rayonumuzda  26  nömrəli  ən  böyük 

xəstəxana  vardır.  Qədim  xəstəxanadır,  təxminən  1982-ci  ildə 

yenidən bərpa olunub. Ancaq uzun illər keçəndən sonra günün 

tələblərinə  cavab  vermir.  Biz  arzu  edərdik  ki,  26  nömrəli 

xəstəxana  plana  düşsün,  yaxşı  təmir  olunsun  və  sakinlərimiz, 

veteranlarımız  orada  müalicə  alıb  özlərinin  sağlamlığını  bərpa 

edə bilsinlər. 

İ l h a m   Ə l i y e v: Sağ olun. Dediyiniz məsələ öz həllini 

tapacaqdır.  Proqramda  26  saylı  xəstəxananın  əsaslı  təmiri  və 

müasir  avadanlıqla  təchiz  edilməsi  məsələləri  nəzərdə  tu-

tulubdur. Əminəm ki, yaxın zamanlarda işlər başlanacaqdır. Bu 

xəstəxananın çox böyük tarixi vardır. Bu bölgənin, bu zonanın 

mərkəzi xəstəxanası olmuşdur, təmirə ehtiyacı vardır və yüksək 

səviyyədə bərpa olunacaqdır. Təmirdən sonra açılışda bir yerdə 

iştirak  edəcəyik.  Xəzər  rayonu  böyük,  qədim  rayondur. 

Mərdəkan  qəsəbəsinin  böyük  və  zəngin  tarixi,  mədəniyyəti 

vardır.  Çox  istəyirəm  ki,  burada  bütün  işlər  yüksək  səviyyədə 

görülsün. 

İndi  Mərdəkana  çox  möhtəşəm  giriş  də  yaradırıq,  gözəl 

körpü  tikilir.  Mərdəkan  dairəsində  maşınlar  bir  neçə  dəqiqə, 

bəlkə  də  yarım  saat  tıxacda  dayanırdı.  Mərdəkana  məsafə 

azalmasa  da,  indi  zaman  baxımından  daha  sürətlə  gəlmək 

mümkündür.  Bu  yoldaki  dairənin  yerində  gözəl  körpülər,  yol- 

ötürücüləri tikilib, yol genişləndirilib.  

Mərdəkanın daxili yolları da təmir olunacaqdır. Bu yollar o 

qədər  də  enli  deyildir.  Amma  əsas  küçənin  yenidən  qurulması 

layihəsi  işlənilir,  təqdim  olunacaq  və  bərabər  baxacağıq  ki,  o 

küçəni  nəqliyyat  və  piyadalar  üçün  daha  da  yüksək  səviyyədə 

quraq. Bu məsələlər öz həllini tapacaqdır.  

Qəbul  edilmiş  proqram  çox  böyükdür.  Həm  texniki  cə-

hətdən, həm maliyyə baxımından böyük iş tələb edən layihədir. 




 

26 


Proqramın icrası üçün çox böyük vəsait tələb olunacaqdır. Biz bu il 

dövlət büdcəsinə əlavələr də edəcəyik ki, bu işləri təxirə salmadan 

həll edək. Proqramın icra müddəti cəmi iki il yarımdır. Nə üçün?! 

İstəyirəm  ki,  bu  məsələlər  tezliklə  həll  olunsun.  Burada  ictimai 

nəzarət  də  çox  güclü  olmalıdır.  İndi  işlər  başlanacaq,  yollar,  su 

xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcəkdir. Elə etməliyik ki, 

keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi 

hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?! Çünki ictimai 

nəzarət  zəif  olubdur.  İş  icraçıları  vəzifə  borclarına  məsuliyyətsiz 

yanaşmışlar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır. Sizdən 

və  bütün  qəsəbələrdə  yaşayan  sakinlərdən  xahiş  edirəm  ki,  əgər 

hansısa  bir  məsələ  düzgün  həll  olunmursa,  yaxud  da  ki,  hansısa 

qüsur  varsa,  mütləq  mənə  məlumat  göndərin.  İndi  həm  məktub 

göndərmək olar, həm də elektron poçt vardır,  yəni  müxtəlif yol-

larla məlumat çatdırmaq mümkündür.  

S  a  k  i  n:  Hörmətli  Prezident,  bizim  rayonda  Sizin  sə-

rəncamlarınız  əsasında  böyük  işlər  görülür.  Bu  işlər  göz  qa-

bağındadır. Sizə təşəkkür edirik. Bu gün kanalizasiya problemi 

ən vacib məsələlərdən biridir. Sizin gördüyünüz işlər, verdiyiniz 

sərəncamlar,  gəlib  tapşırıqların  icrasını  yerində  yoxlamaq  

insanlara göstərdiyiniz qayğının təzahürüdür. 



İ l h a m   Ə l i y e v: Sağ olun. Qaldırdığınız məsələlər çox 

vacibdir. Kanalizasiya nəinki Mərdəkan qəsəbəsinə, bütün qəsə-

bələrə  aid  problemdir.  Təəssüflər  olsun  ki,  əvvəlki  dövrlərdə 

kanalizasiya  xətləri  çəkilməmişdir.  Bu,  böyük  zəhmət  və 

maliyyə  mənbələri  tələb  edən  məsələdir.  Ancaq  bu  proqram 

artıq icra olunmağa başlamışdır. «Azərsu» Səhmdar Cəmiyyəti 

bu  işlərlə  məşğuldur.  Çalışacağıq  ki,  2-3  il  ərzində  ölkəmizin 

bütün  məntəqələrində  kanalizasiya  və  su  xətlərinin  çəkilişinə 

nail  olaq.  Bu  çox  böyük  və  mürəkkəb  bir  işdir.  Bu  xətlər 

yenidən  çəkilməlidir,  borular  quraşdırılmalıdır,  müasir 

təmizləyici qurğular tikilməlidir. Bütün bu işlər nəzərdə tutulur 

və  əlbəttə,  Bakıətrafı  qəsəbələrdə  də  ilk  növbədə  bu  məsələyə 

diqqətimizi yönəldirik. Bilirəm ki, insanları ən çox narahat edən 

məsələ  məhz  budur  –  içməli  su,  kanalizasiya.  Vaxtilə  biz 




 

27 


elektrik  enerjisindən  korluq  çəkirdik.  Bu  məsələ  həll  olundu. 

İndi bu problem yoxdur. 

Qazlaşdırma prosesi sürətlə gedir, müəyyən işlər görülüb və 

ölkəmizdə  nəzərdə  tutulan  bütün  qazlaşdırma  layihələri  gələn 

ilin sonuna qədər icra ediləcəkdir. Bütün qəsəbələr qazla təmin 

ediləcəkdir. 

İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu həm 

biz bilirik, həm də Bakıya gələn qonaqlar qeyd edirlər. Bakıda 

gözəl parklar salınır, binalar tikilir, bərpa olunur, yollar çəkilir, 

infrastruktur yaradılır. Bakı doğrudan da dünya səviyyəli gözəl 

şəhərə  çevrilib.  Elə  etməliyik  ki,  Bakıətrafı  qəsəbələr  də  öz 

müasirliyi, gözəlliyi, təmizliyi ilə seçilsin.  



S  a  k  i  n:  Cənab  Prezident,  Siz  səkkizinci  ildir  ki,  Azər-

baycana  rəhbərlik  edirsiniz.  Bu  dövrdə  Siz  respublika  üçün, 

Azərbaycan  xalqı  üçün  çox  böyük  işlər  görmüsünüz.  Hamısı 

göz  qabağındadır.  Bu  gün  Azərbaycan  xalqının  rahat,  asudə, 

firavan  yaşayışı,  öz  işi  ilə  məşğul  olması  Sizin  siyasətinizin 

nəticəsidir.  

Bizim  bu  gün  qarşısında  durduğumuz  bu  məktəb  vaxtilə 

rəhmətlik  Hacı  Zeynalabdin  Tağıyev  tərəfindən  tikilib.  Biz 

burada  –  bu  məktəbin  köhnə  binasında  təhsil  almışıq.  Bu  bina 

sonradan  tikilib.  O  köhnə  binanın  yenidən  bərpasına  böyük 

ehtiyac  vardır.  Qoy  onu  biz  itirməyək.  Mərdəkan  əhalisi  bu 

məktəbi  Hacı  Zeynalabdin  Tağıyevin  məktəbi  kimi  tanıyır.  O, 

bugünkü tələblərə cavab vermir. Düzdür, istifadə olunur, amma 

bu gün üçün deyil, əsrin əvvəlində tikilmiş binadır. 



İ l h a m   Ə l i y e v: Çox sağ olun. Dediyiniz sözlərə görə 

sizə  çox  minnətdaram.  Mən  bundan  sonra  da  çalışacağam  ki, 

doğma  xalqıma  xidmət  edim.  Biz  ölkə  qarşısında  duran  bütün 

vəzifələri  həll  etməliyik.  O  ki  qaldı  bu  məktəb  məsələsinə, 

əlbəttə, bu məktəb təmir olunacaqdır. 

Hacı  Zeynalabdin  Tağıyev  Azərbaycan  xalqı  üçün  böyük 

işlər  görmüşdür.  Onun  xatirəsi  bizim  üçün  çox  əzizdir.  Mən 

şəxsən onun gördüyü işlərə çox yüksək qiymət verirəm. Onun kimi 

şəxsiyyətlər Azərbaycan xalqını o dövrdə lazımi səviyyədə təmsil 



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə