Qirx altinci kitab ————— may 2011 İyul 2011



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə3/114
tarix21.06.2018
ölçüsü2,6 Mb.
#50223
1   2   3   4   5   6   7   8   9   ...   114

 



 



 

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 

ANADAN OLMASININ 88-ci İLDÖNÜMÜ 

MÜNASİBƏTİLƏ BAKIDA MÖHTƏŞƏM  

GÜL BAYRAMINDA İŞTİRAK  

 

10 may 2011-ci il 

 

Mayın  10-da  Azərbaycan  xalqının  ümummilli  lideri, 

dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 

88-ci ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan 

sarayın  qarşısındakı  parkda  möhtəşəm  Gül  bayramı  təşkil 

edilmişdir. 

Azərbaycan  prezidenti  İlham  Əliyev,  xanımı  Mehriban  Əli-

yeva və ailə üzvləri Gül bayramında olmuşlar. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

dövlətimizin  başçısına  məlumat  verdi  ki,  səhər  tezdən  baş-

layaraq paytaxt sakinləri dünyanın 50-dək ölkəsindən gətirilmiş 

gül-çiçəklə bəzədilmiş parka gəlirlər. 

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi 

oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq 

olmuş, postament ağ güllərlə hörülmüşdür. 

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini 

ziyarət  etdilər,  başdan-başa  bahar  ətirli  güllərə  qərq  olmuş 

parkın gözəlliyini seyr etdilər. 

Müxtəlif güllərdən yığılmış «xalça»lar və ulu öndər Heydər 

Əliyevin tər çiçəklərdən «toxunmuş» portret xalçası orijinallığı 

ilə göz oxşayırdı. Çiçəklərdən yığılmış «88» rəqəminin kompo-

zisiyası  da diqqəti cəlb edirdi. 

Mehriban  xanım  Əliyevaya  və  ailə  üzvlərinə  xüsusi  növdən 

olan  ağ  zanbaqlardan  buketlər  təqdim  edildi.  Məlumat  verildi 

ki, bu ağ zanbaqlar Holland–Azərbaycan Dostluq Cəmiyyəti ilə 

Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası 



 

10 


tərəfindən  dünyada  ilk  dəfə  olaraq  Mehriban  xanımın  adına 

yetişdirilmişdır və bundan sonra onun ismini daşıyacaqdır. 

Dövlətimizin başçısı, Mehriban xanım Əliyeva və ailə üzvləri 

Holland–Azərbaycan  Dostluq  Cəmiyyətinin  direktoru  Marion 

van der Vegtlə xatirə şəkli çəkdirdilər. 

Marion van der Vegt Hollandiya Zanbaqlarının Kultivasiya-

sı üzrə Kral Assosiasiyasının yeni zanbaq növünə verdiyi sertifi-

katı imzalamaq üçün Mehriban xanım Əliyevaya təqdim etdi. 

Azərbaycanın  birinci  xanımı  yeni  zanbaq  növünün  yetiş-

dirilməsi  münasibətilə  cəmiyyətin  direktorunu  təbrik  etdi, 

onlara müvəffəqiyyətlər arzuladı. 

Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına 

maraqla  tamaşa  etdilər.  Güllərdən  hazırlanmış  müxtəlif 

mənzərələr,  orijinal  lövhələrdə  ümummilli  lider  Heydər 

Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər 

böyük maraq doğurdu. 

Üzərində ulu öndərin portreti, müxtəlif çiçəklər əks olunmuş 

30  metr  hündürlüyündə  iki  hava  şarı  da  maraqla  qarşılandı. 

Bildirildi ki, onlar bu gün axşam havaya buraxılacaqdır. 

Gül  bayramı  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 

Əliyevin  anadan  olmasının  88-ci  ildönümünə  həsr  olunduğu 

üçün  nümayiş  etdirilən  hər  bir  gül  çələngində,  əl  işlərinin 

mövzu  və  kompozisiyasında  sevimli  rəhbərə  məhəbbət  hissi 

diqqəti cəlb edir. 

Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı 

daha  da  gözəlləşdirən  uşaqlar  prezident  İlham  Əliyevi  və  ailə 

üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar. 

Dövlətimizin başçısı və ailə üzvləri uşaqlarla söhbət etdilər, 

ulu  öndər  Heydər  Əliyevin  gül-çiçəyə  qərq  olmuş  abidəsi 

önündə fidan balalarla xatirə şəkli çəkdirdilər. 

 

 


 

11 


 

 

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN 

OLMASININ 88-ci İLDÖNÜMÜ VƏ HEYDƏR 

ƏLİYEV FONDUNUN FƏALİYYƏTƏ 

BAŞLAMASININ 7 İLLİYİ MÜNASİBƏTİLƏ 

TƏNTƏNƏLİ MƏRASİMDƏ İŞTİRAK  

 

«Buta» sarayı  

 

10 may  2011-ci il 

 

Mayın  10-da  «Buta»  sarayında  Azərbaycan  xalqının 



ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildö-

nümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 il-

liyi münasibətilə təntənəli mərasim keçirilmişdir. 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  mə-

rasimdə iştirak etmişlər. 

Dövlət  və  hökumət  nümayəndələrinin,  xarici  ölkələrdən 

dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümum-

milli  lider  Heydər  Əliyevin  şərəfli  ömür  yolunun  müxtəlif 

anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başladı. 

Mərasimdə  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev 

Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO-nun  Xoşməramlı 

səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  çıxış 

etdi. 

 

Heydər Əliyev Fondunun prezidenti 



Mehriban xanım Əliyevanın çıxışı 

 

Möhtərəm cənab Prezident! 



Hörmətli qonaqlar, xanımlar və cənablar! 

Hər  il  mayın  10-da  olduğu  kimi,  bu  il  də  Heydər  Əliyev 

Fondu  tərəfindən  hazırlanmış  ənənəvi  mərasimdə  sizi  səmimi-



Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə