bildirmişlər. Hər sətrində xalq dilinin ruhu duyulan «Şeyx Şəban»
hekayəsi çap olunandan az sonra Seyid Hüseyn yazırdı: «Haq-
verdiyevin «Şeyx Şəban»ında… boylə cümlələrə təsadüf edil-
məkdədir: «Şeyx Şəban cəld durub, dəstəmaz alıb, iki istəkan
çay içib qalxardı ayağa. Övrəti isə ondan tez durub, onun
başmaqlarını cütləyib, əbasını, ya kürkünü çiyninə salıb,
darvazayadək ötürüb qayıdardı otağa». Boylə bir tərzi-təhrir ola
bilir ki, on yıl bundan əvvəl caiz görülsün, hazırda bu məqbul
deyildir. Mürəkkəb cümlələrin iki, nəhayət, üçdən artıq olmasına
cəvaz verilməyir. Halbuki yuxarıdakı iki cümlənin birincisi dörd,
ikincisi beş cümlədən mürəkkəbdir. Ədati-vəslə də ətf siqəsindən
ibarət olub qalmışdır. Hələ «çay içib qalxardı ayağa», «darva-
zayadək ötürüb qayıdardı otağa» kimi cümlələrin türk (Azərbay-
can – Q.K.) dili və yazısı qaydalarına uymadığını iddia etmək
olur».
5
Yazıçı S.Hüseynin bu dediklərindən bir cümlədə həqiqət
vardır: «Ədati-vəslə də ətf siğəsindən ibarət olub qalmışdır».
Doğrudur, Ə.Haqverdiyev ardıcıl gələn iki cümlədə
–ıb
şəkilçisindən düzgün istifadə etməmiş və bu şəkilçini çox
təkrarlamışdır, lakin bunu da danışıq dilinin təsiri ilə izah etmək
olar. S.Hüseynin digər dəlilləri özünü o qədər də doğrultmur.
Ə.Haqverdiyevdən gətirilən misallar mürəkkəb deyil, həmcins
üzvlü cümlələrdir və ardıcıl hadisələrin təsviri zamanı belə
cümlələrin işlədilməsi indi də məqbuldur; «çay içib qalxardı
ayağa» tipli cümlələrin ədəbi dil qaydalarına uymadığını söylə-
məkdə ədib qismən haqlıdır. Buradakı söz sırasının pozulması
canlı dilin əsas xüsusiyyətlərindəndir. Halbuki söz sırası
pozulmuşsa da, hətta burada bəzi şivə xüsusiyyətləri özünü
göstərirsə də, belə cümlələr, üç-dörd dilin qarışığından ibarət
olub, heç kəsin başa düşmədiyi qəzet sütunlarını doldurmuş
yazılarda işlənən cümlələrdən müqayisəedilməz dərəcədə üstün
və əhəmiyyətli idi. S.Hüseyn xatirələrinin birində
Ə.Haqverdiyevin bu tənqiddən razı qaldığını bildirir, ancaq fakt
budur ki, Ə.Haqverdiyev dil ilə daha çox bağlı olan hissəsini ver-
diyimiz bu tənqidi «uşaqcasına yazılmış» bir tənqid hesab etmiş
5
. «
». «
», 1915, 64.
К а з ы м о ь л у Шейх Шябан Ачыг сюз
№
59
və 4 yanvar 1916-cı il tarixli məktubunda öz bacısı oğluna
yazmışdı: «Tənqidin başlanğıcında sərf-nəhvdən bir balaca dərs
verilir. Qeyd edilir ki, mən mükəmməl dildə yazmamışam, yəni
heç kəsin anlamadığı dildə yazmışam. Halbuki qəzetlərin
sütunları tənqidçinin göstərdiyi dildə dolmuşdur ki, heç kəs başa
düşmür. Mənsə bunu heç vaxt etmərəm».
6
Ə.Haqverdiyev bu sözlərlə öz dili, öz üslubu ilə mövcud
mətbuatın dili arasındakı böyük səddi göstərirdi. Bütün bunlar
təsadüfi deyildi və məsləkdaşı Mirzə Cəlil kimi, onu da həmişə
məqsəd, məslək və dil məsələləri düşündürürdü. Odur ki bu iki
sənətkar 1906-cı ildə bir dost kimi görüşərkən söhbətləri də
ancaq bu barədə olmuşdur: «Mirzə ilə bahəm əyləşib söhbətə
məşğul olduq. Jurnalın («Molla Nəsrəddin» nəzərdə tutulur –
Q.K.) məqsədi, məsləki, dili haqqında çox danışıqlar oldu».
7
Heç şübhəsiz, Azərbaycanda sovet hakimiyyətinə qədərki
dövrdə yazıçının sağlam ədəbi dil uğrunda mübarizəsini əks
etdirən məqalə və çıxışları olmuşdur. Lakin bunların mətni hələlik
əldə edilmədiyi üçün onun bu dövrə aid işini, əsasən, bədii
əsərlərinin dili – əməli fəaliyyəti ilə təyin edə bilirik.
Sovet hakimiyyətinin ilk illərindən başlayaraq, bütün
sahələrdə olduğu kimi, mədəniyyət məsələlərində də böyük
yeniliklər olur: Azərbaycan ədəbi dili rəsmi dövlət dilinə çevrilir:
ədəbi dilin problem məsələlərinin müzakirəsi üçün qurultaylar,
konfranslar, müşavirələr çağırılır, dil sahəsində ciddi yaradıcılıq
işləri aparılır; ölkənin qabaqcıl ziyalıları maarif və mədəniyyətin
inkişafı uğrunda mübarizəyə cəlb olunurlar.
Yad dillərin mənfi təsirinə qarşı mübarizə apardığı otuz ilə
qədər bir dövr ərzində o, ədəbi dilin inkişafına və yüksəlişinə
mane olan əsas nöqsanları görə bilmişdi. İndi sovet dövründə
ədəbi dil məsələsi əvvəlki illərdən fərqli olaraq, yazıçının özünün
dediyi kimi, «yomiyyə bir məsələ» şəklində ortaya çıxdıqda o,
6
.:
.
,
.
23/4491 (
Бах Азярб ССР ЕА ялйазмалары фонду инв №
Русъа
.
).
йазылмыш бу мяктубун тяръцмяси К Мяммядовундур
7
. .
,
Я Щ а г в е р д и й е в Молла Нясряддин щаггында хатиратым
«
»
Щцъум мяъмуя , 1933, 1-2,
.31.
си
№
сящ
60
böyük enerji ilə işə başlayır; bir tərəfdən, yeni əsərlərində ədəbi
dil normalarına daha çox riayət etməyə çalışır, əvvəlki əsərlərinin
yeni nəşrlərinin dili üzərində təzədən işləyir, digər tərəfdən,
pedaqoji və ictimai fəaliyyəti ilə əlaqədar olaraq, dil haqqında
nəzəri biliyini daha da dərinləşdirir, ədəbi dilə, onun mübahisə
və müzakirəyə səbəb olan məsələlərinə dair fikir söyləyir,
məqalələr yazır.
DİL TARİXİNDƏN MÜHAZİRƏLƏR…
Keçən əsrin 20-ci illərinin ilk günlərindən başlayaraq,
Ə.Haqverdiyev gənc sovet respublikasına yaxından kömək etmək
üçün yeni həyatı əks etdirən yeni bədii əsərlər yazmaqla
bərabər, bir sıra ictimai işlərdə çalışır, 1921-ci ildə yenidən
8
pedaqoji işə keçərək, V.İ.Lenin adına Azərbaycan Dövlət
Darülfünununda Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs
deyir. Qocaman ədib bu işi on ilədək davam etdirmiş, ömrünün
sonlarında isə tibb institutunda qeyri-azərbaycanlı tələbələrə
Azərbaycan dilindən dərs deməklə məşğul olmuşdur. Arxiv m-
ateriallarından məlum olur ki, o, dil dərslərinə böyük səylə,
maraqla hazırlaşmış,
9
pedaqoji işlə əlaqədar fürsətdən istifadə
8
.
(1901-1903)
Я Щагвердийев ингилабдан яввял дя
мцяллимликля
мяшьул ол
.
,
мушдур Лакин о мяктяблярин дюзцлмяз вязиййяти иля
. 14
1916-
ялагядар бу пешядян тез узаглашмышдыр
декабр
ъы ил
тарихли мяктубунда баъысы оьлу
на йа
: «
зырды
Сянин шящяр
мяктябиндя мцяллим олмаг арзун мяни ясла севиндир
.
мир Мян цч
ил мцяллимлик етмишям вя бу ишин ъящянням язабы олду
ьуну би-
» (
.:
.
, .
лирям Бах Азярб ССР ЕА ялйазмалары фонду Я Щагвердийевин
,
. 27/4495).
архиви инв №
9
-
Бу барядя вя Азярбайъан дилинин гейри азярбайъанлы
тялябяляря практик шякил
дя юйрядилмясиня даир йазычынын
фяалиййяти щаггында нисбятян ятрафлы мялу
«
мат цчцн Мцхтялиф
»
(«
гейдляр дяфтяри адлы мягалямизя Азярбайъан мцялли », 1965,
ми
40)
.
№ бахмаг олар
61
Dostları ilə paylaş: |