Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə20/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   16   17   18   19   20   21   22   23   ...   243

bildirmişlər. Hər sətrində xalq dilinin ruhu duyulan «Şeyx Şəban» 

hekayəsi çap olunandan az sonra Seyid Hüseyn yazırdı: «Haq-

verdiyevin   «Şeyx   Şəban»ında…   boylə   cümlələrə   təsadüf   edil-

məkdədir: «Şeyx Şəban cəld durub, dəstəmaz alıb, iki istəkan 

çay   içib   qalxardı   ayağa.   Övrəti   isə   ondan   tez   durub,   onun 

başmaqlarını   cütləyib,   əbasını,   ya   kürkünü   çiyninə   salıb, 

darvazayadək ötürüb qayıdardı otağa». Boylə bir tərzi-təhrir ola 

bilir ki, on yıl bundan əvvəl caiz görülsün, hazırda bu məqbul 

deyildir. Mürəkkəb cümlələrin iki, nəhayət, üçdən artıq olmasına 

cəvaz verilməyir. Halbuki yuxarıdakı iki cümlənin birincisi dörd, 

ikincisi beş cümlədən mürəkkəbdir. Ədati-vəslə də ətf siqəsindən 

ibarət olub qalmışdır. Hələ «çay içib qalxardı ayağa», «darva-

zayadək ötürüb qayıdardı otağa» kimi cümlələrin türk (Azərbay-

can  –  Q.K.)  dili və  yazısı qaydalarına  uymadığını  iddia  etmək 

olur».

5

Yazıçı   S.Hüseynin   bu   dediklərindən   bir   cümlədə   həqiqət 



vardır:   «Ədati-vəslə   də   ətf   siğəsindən   ibarət   olub   qalmışdır». 

Doğrudur,   Ə.Haqverdiyev   ardıcıl   gələn   iki   cümlədə  

–ıb 

şəkilçisindən   düzgün   istifadə   etməmiş   və   bu   şəkilçini   çox 



təkrarlamışdır, lakin bunu da danışıq dilinin təsiri ilə izah etmək 

olar.  S.Hüseynin  digər   dəlilləri özünü   o  qədər  də doğrultmur. 

Ə.Haqverdiyevdən   gətirilən   misallar   mürəkkəb   deyil,   həmcins 

üzvlü   cümlələrdir   və   ardıcıl   hadisələrin   təsviri   zamanı   belə 

cümlələrin   işlədilməsi   indi   də   məqbuldur;   «çay   içib   qalxardı 

ayağa» tipli cümlələrin ədəbi dil qaydalarına uymadığını söylə-

məkdə ədib   qismən   haqlıdır.  Buradakı  söz  sırasının   pozulması 

canlı   dilin   əsas   xüsusiyyətlərindəndir.   Halbuki   söz   sırası 

pozulmuşsa   da,   hətta   burada   bəzi   şivə   xüsusiyyətləri   özünü 

göstərirsə   də,   belə   cümlələr,   üç-dörd   dilin   qarışığından   ibarət 

olub,   heç   kəsin   başa   düşmədiyi   qəzet   sütunlarını   doldurmuş 

yazılarda işlənən cümlələrdən müqayisəedilməz dərəcədə üstün 

və   əhəmiyyətli   idi.   S.Hüseyn   xatirələrinin   birində 

Ə.Haqverdiyevin bu tənqiddən razı qaldığını bildirir, ancaq fakt 

budur ki, Ə.Haqverdiyev dil ilə daha çox bağlı olan hissəsini ver-

diyimiz bu tənqidi «uşaqcasına yazılmış» bir tənqid hesab etmiş 

5

                  . «



 

». «


 

», 1915,   64.

К а з ы м о ь л у Шейх Шябан Ачыг сюз

59




və   4   yanvar   1916-cı   il   tarixli   məktubunda   öz   bacısı   oğluna 

yazmışdı: «Tənqidin başlanğıcında sərf-nəhvdən bir balaca dərs 

verilir. Qeyd edilir ki, mən mükəmməl dildə yazmamışam, yəni 

heç   kəsin   anlamadığı   dildə   yazmışam.   Halbuki   qəzetlərin 

sütunları tənqidçinin göstərdiyi dildə dolmuşdur ki, heç kəs başa 

düşmür. Mənsə bunu heç vaxt etmərəm».

6

Ə.Haqverdiyev bu  sözlərlə  öz  dili,  öz  üslubu  ilə  mövcud 



mətbuatın dili arasındakı böyük səddi göstərirdi. Bütün bunlar 

təsadüfi deyildi və məsləkdaşı Mirzə Cəlil kimi, onu da həmişə 

məqsəd, məslək və dil məsələləri düşündürürdü. Odur ki bu iki 

sənətkar   1906-cı   ildə   bir   dost   kimi   görüşərkən   söhbətləri   də 

ancaq bu barədə olmuşdur: «Mirzə ilə bahəm əyləşib söhbətə 

məşğul   olduq.   Jurnalın   («Molla   Nəsrəddin»   nəzərdə   tutulur   – 

Q.K.) məqsədi, məsləki, dili haqqında çox danışıqlar oldu».

7

Heç şübhəsiz, Azərbaycanda sovet hakimiyyətinə qədərki 



dövrdə   yazıçının   sağlam   ədəbi   dil   uğrunda   mübarizəsini   əks 

etdirən məqalə və çıxışları olmuşdur. Lakin bunların mətni hələlik 

əldə   edilmədiyi   üçün   onun   bu   dövrə   aid   işini,   əsasən,   bədii 

əsərlərinin dili – əməli fəaliyyəti ilə təyin edə bilirik.

Sovet   hakimiyyətinin   ilk   illərindən   başlayaraq,   bütün 

sahələrdə   olduğu   kimi,   mədəniyyət   məsələlərində   də   böyük 

yeniliklər olur: Azərbaycan ədəbi dili rəsmi dövlət dilinə çevrilir: 

ədəbi   dilin   problem   məsələlərinin   müzakirəsi   üçün   qurultaylar, 

konfranslar,   müşavirələr   çağırılır,   dil   sahəsində   ciddi   yaradıcılıq 

işləri aparılır; ölkənin qabaqcıl ziyalıları maarif və mədəniyyətin 

inkişafı uğrunda mübarizəyə cəlb olunurlar.

Yad dillərin mənfi təsirinə qarşı mübarizə apardığı otuz ilə 

qədər  bir  dövr ərzində o, ədəbi dilin inkişafına və yüksəlişinə 

mane olan əsas nöqsanları görə bilmişdi. İndi sovet dövründə 

ədəbi dil məsələsi əvvəlki illərdən fərqli olaraq, yazıçının özünün 

dediyi kimi, «yomiyyə bir məsələ» şəklində ortaya çıxdıqda o, 

6

 

.:  



.  

 

 



 

,  


.  

  23/4491   (

Бах Азярб ССР ЕА ялйазмалары фонду инв №

Русъа 


   

 

  .



).

йазылмыш бу мяктубун тяръцмяси К Мяммядовундур

7

  .                     . 



 

 

 



,

Я Щ а г в е р д и й е в Молла Нясряддин щаггында хатиратым  

«

» 

Щцъум мяъмуя , 1933,   1-2, 



.31.

си



сящ

60



böyük enerji ilə işə başlayır; bir tərəfdən, yeni əsərlərində ədəbi 

dil normalarına daha çox riayət etməyə çalışır, əvvəlki əsərlərinin 

yeni   nəşrlərinin   dili   üzərində   təzədən   işləyir,   digər   tərəfdən, 

pedaqoji və ictimai fəaliyyəti ilə əlaqədar olaraq, dil haqqında 

nəzəri biliyini daha da dərinləşdirir, ədəbi dilə, onun mübahisə 

və   müzakirəyə   səbəb   olan   məsələlərinə   dair   fikir   söyləyir, 

məqalələr yazır.

DİL TARİXİNDƏN MÜHAZİRƏLƏR…

Keçən   əsrin   20-ci   illərinin   ilk   günlərindən   başlayaraq, 

Ə.Haqverdiyev gənc sovet respublikasına yaxından kömək etmək 

üçün   yeni   həyatı   əks   etdirən   yeni   bədii   əsərlər   yazmaqla 

bərabər,   bir   sıra   ictimai   işlərdə   çalışır,   1921-ci   ildə   yenidən

pedaqoji   işə   keçərək,   V.İ.Lenin   adına   Azərbaycan   Dövlət 



Darülfünununda Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs 

deyir. Qocaman ədib bu işi on ilədək davam etdirmiş, ömrünün 

sonlarında   isə   tibb   institutunda   qeyri-azərbaycanlı   tələbələrə 

Azərbaycan dilindən dərs deməklə məşğul olmuşdur. Arxiv m-

ateriallarından   məlum   olur   ki,   o,   dil   dərslərinə   böyük   səylə, 

maraqla  hazırlaşmış,

9

  pedaqoji işlə əlaqədar fürsətdən istifadə 



8

  .


 

 

 



  (1901-1903)  

Я Щагвердийев ингилабдан яввял дя

мцяллимликля 

 

мяшьул ол



  , 


 

 

 



мушдур Лакин о мяктяблярин дюзцлмяз вязиййяти иля 

 

 



 

 

.   14  



  1916-

 

ялагядар бу пешядян тез узаглашмышдыр



декабр

ъы ил 


 

 

 



тарихли мяктубунда баъысы оьлу

 

на йа



:   «

 

зырды



Сянин шящяр 

 

 



 

 

 



 

мяктябиндя мцяллим олмаг арзун мяни ясла севиндир

 

мир Мян цч 



 

 

     



 

 

 



ил мцяллимлик етмишям вя бу ишин ъящянням язабы олду

 

ьуну би-



» (

.: 


 

 



 

,  .


лирям Бах Азярб ССР ЕА ялйазмалары фонду Я Щагвердийевин 

.  27/4495).



архиви инв №

9

 



 

 

 



 

 

-



Бу барядя вя Азярбайъан дилинин гейри азярбайъанлы 

 

 



тялябяляря практик шякил

 

 



 

дя юйрядилмясиня даир йазычынын 

 

 

 



 

фяалиййяти щаггында нисбятян ятрафлы мялу

 

 «

мат цчцн Мцхтялиф 



 

» 

 



 («

 

гейдляр дяфтяри адлы мягалямизя Азярбайъан мцялли », 1965,



ми

 

40) 



 

.

№ бахмаг олар



61


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə