Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə21/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   17   18   19   20   21   22   23   24   ...   243

edərək,   türkoloji   ədəbiyyatı   diqqətlə   nəzərdən   keçirməyə, 

öyrənməyə çalışmışdır.

Ə.Haqverdiyev   rus   dilindən   əlavə,   fransız,   erməni,   ərəb, 

fars, tacik, özbək, türkmən və tatar dillərini də bilirdi.

10

 Lakin o 



bu dilləri yalnız praktik şəkildə bilməklə kifayətlənməmiş, sovet 

dövründə yaranmış əlverişli  imkanlardan istifadə edərək, həmin 

dillərin,   xüsusilə   Azərbaycan   dilinə   qohum   türk   dillərinin 

formalaşma və inkişaf tarixi kimi sırf nəzəri məsələlərlə yaxından 

maraqlanmışdır.   Ədibin   arxivində   saxlanan   müxtəlif   qeydlər 

dəftərində rast gəldiyimiz bir sıra yazılar da fikrimizi təsdiq edir. 

Bu   cəhətdən   aşağıdakı   qeydlər   daha  maraqlıdır:  

Əlifba, 


heroqliflər. Ərəb əlifbası, Mirzə Mülküm xan, Mirzə Fətəli Axundov, 

Məhəmməd ağa Şahtaxtinski. Latın əlifbası. Orxon xətləri (türki) 

(uyğur). Uyğur yazıları, əsrin ortalarınadək Mavəraünnəhrdə qalıb, 

Stralenberq   1730.   Yadrinsev   1889,   Tomsen   1892;   Bilgəxan, 

Gültikin, Ərəb əlifbası, ərəbi və türki sövtlər. Dilin xüsusiyyəti…

11

Onun bu qeydləri müəyyən bir yığıncaqda çıxış etmək, mü-



hazirə və ya məruzə oxumaq, yaxud əsər yazmaq üçün tərtib 

edilmiş plan tipli qeydlərdən başqa bir şey ola bilməzdi. Qeydlər 

dəftərindəki   bir   sıra   əlavə   yazılar,   tələbə   siyahısı,   nəhayət, 

yazıçının   dil   dərsi   deməsinin   bir   fakt   olması   və   yuxarıdakı 

qeydlərin xarakteri onların dərs demək üçün yazılmış olduğunu 

güman etməyə tam əsas verir. Görünür, ədib türkoloji ədəbiyyatı 

nəzərdən keçirməklə, planlı və ardıcıl nitq üçün bu cür qeydlər 

aparmışdır. Qeydlərə əsasən onun nitqinin ümumi istiqamətini 

də   müəyyənləşdirmək   olar.   O,   əvvəlcə   yazılı   dil,   əlifba,   ərəb 

əlifbası və bu əlifbaya qarşı mübarizə tarixi barədə məlumat ver-

miş, sonra türk dillərinin yazılı abidələrindən danışmış, xüsusilə 

Orxon   kitabələri   və   uyğur   yazıları   haqqında   nisbətən   ətraflı 

məlumat vermişdir. Yazıçının arxiv sənədləri içərisində türk runik 

əlifbasının əl ilə böyüdülmüş surəti də vardır. Əlifbadakı hərflərin 

10

 

.:  .               .  .



, 1955, 


.185;  .    

Бах К М я м м я д о в Я Щагвердийев Бакы

сящ

Ъ Х я н –   



д а 

н Унудул



 

. «


.   

»,  51, 17 

 1960    .

маз хатиряляр Яд вя инъясянят №

декабр

вя с


11

 

 



 

,  


.  

 

 



Мцхтялиф гейдляр дяфтяри Азярб ССР ЕА ялйазмалары 

 ( .


фонду Я Щаг

 

), 



.  1815/146, 

.2.


вердийевин архиви инв №

сящ


62


altında qara karandaşla rus (bəzən də latın və ərəb) hərfləri ilə 

onların ifadə etdiyi səslərin transkripsiyası verilmişdir. Şübhəsiz, 

turk runik əlifbasından danışarkən yazıçı bundan bir əyanilik kimi 

istifadə   etmişdir.   Bunlardan   əlavə,   onun   Yenisey   abidələri 

haqqında   ilk   dəfə   məlumat   vermiş   İsveç   zabiti   İohan 

Stralenberqin,   1889-cu   ildə   Orxon   yazılarını   tapmış   rus   alimi 

N.M.Yadrinsevin, türk runik yazılarını ilk dəfə oxumuş  daniyalı 

Vilhelm Tomsenin adını çəkməsi, xarakter illəri qeyd etməsi gös-

tərir   ki,   o,   Orxon-Yenisey   kitabələrinin   tapılması   və   oxunması 

tarixini ətraflı tədqiq etmiş və öyrənmişdir.

«Bilgəxan», «Gültikin» sözlərindən görünür ki, yazıçı abidə-

lərin   məzmunundan   da   xəbərdar   olmuşdur.   Onun   qeydlər 

dəftərində türk xaqanı Mogilyanın (Bilgə xanın) və onun qardaşı 

Gültikinin şərəfinə qoyulmuş Orxon abidəsindən latın əlifbası ilə 

transkripsiya edilmiş bir parçaya da rast gəlirik:

            

Orxon kitabəsi: Üzə kök tənri asra yağız yir kılıntukda  

əkin ara kisi oğlı kılınmıs. Kisi oğlınta üzə əcüm apam Bumın 

kağan İstəmi kağan olurmış. Olurıpan türk budunın ilin törüsin 

tuta birmis iti birmis…

Yəqin ki, runik yazıların məzmunu haqqında daha konkret 

təsəvvür yaratmaq üçün Gültikin (böyük) kitabəsindən seçilmiş 

bu   parça   tələbələrə   yazdırılmış   və   yazıçı   tərəfindən   izah 

edilmişdir.   Transkripsiyanın   altında   mətnin   tərcüməsi   də 

verilmişdir.   Tərcümədən  aşağıda   bu  sözlər   yazılmışdır:  

Uyğur, 


Qisseyi-Rəbğuzi, Kutadqu bilik.

Buradan isə aydın olur ki, yazıçı türk dillərinin yazılı abidələ-

rinə  dair   izahatını   qədim   uyğur   dili  və  yazısı,  Balasaqunlu   Xas 

Xacib   Yusifin   «Kutadqu   bilik»   (XI   əsr)   didaktik   poeması, 

Nəsrəddin   Rəbğuzinin   «Qisas-əl-ənbiya»   (XIV   əsr)   əsəri   ilə 

əlaqədar davam etdirmişdir.

Onun türk dillərinin qədim abidələri ilə əlaqədar biliklərini 

təkcə sovet dövründə Azərbaycan ədəbiyyatı, Şərq poetikası və 

dil dərsləri deməsi ilə – müəllimlik fəaliyyəti ilə bağlamaq doğru 

olmaz. C.Məmmədquluzadə əsasən Qafqaz dairəsində yaşadığı 

və işlədiyi halda, türkoloji ədəbiyyatı ardıcıl izləyirdi. Bunu onun 

aşağıdakı   sözləri   də   təsdiq   edir:   «…Şərqşünas   və 

missionerlərdən qazanlı Radlov Azərbaycan türkləri üçün bir yeni 

63



əlifba təklif eləyirdi, bu, ibarət idi rus hərflərindən. Ancaq rus 

hərfləri içində olmayan bir neçə sövt üçün bir neçə yeni hərflər 

icad etmişdi».

12

  Ə.Haqverdiyev isə hələ gənclik illərində on ilə 



qədər   bir   müddətdə   Peterburqda   –   iri   türkololoji   əsərlərin 

yazıldığı və nəşr olunduğu bir şəhərdə yaşamış, Peterburq uni-

versitetinin   Şərq   fakültəsində   dil   və   ədəbiyyat   dərslərini 

dinləmişdir. Onun Peterburqda yaşadığı 90-cı illər türk dillərinin 

qədim yazılı abidələri ilə əlaqədar yeni-yeni kəşflər illəri idi. Buna 

görə də o, həmin abidələrə dair yeniliklərdən xəbərdar olmaya 

bilməzdi. Əks təqdirdə, qocaman ədib birdən-birə bu mövzuda 

dərs   deməkdə   çətinlik   çəkər,   bəlkə   də   belə   bir   işi   öhdəsinə 

götürməzdi.

TÜRKLƏRİN QƏDİM MƏDƏNİYYƏTİ OLDUĞU KİMİ, 

XÜSUSİ ƏLİFBALARI DA OLMUŞDUR…

Ə.Haqverdiyevin «Böyük islahat» məqaləsi göstərir ki, o, 

türk dillərinin qədim abidələrinə dair XIX əsrin 90-cı illərindən 

başlanan mühüm kəşflərlə, doğrudan da, yaxından maraqlanmış, 

bu   sahədə   türkoloji   ədəbiyyatı   ardıcıl   izləmişdir.   Məqalə 

abidələrin tapılması və mətbuatda elan edilməsi barədə ədibin 

kifayət qədər məlumata malik olduğunu sübut edir: «İki yüz il 

bundan əvvəl Sibirə – Yenisey quberniyasına sürgün edilmiş əsir 

İsveç zabiti Stralenberq Orxon və Yenisey  çaylarının sahillərində 

tək-tənha   veyillənirdi.   Gözlənilmədən   onun   diqqəti   qayalar   və 

daşlar üzərində bir cür xüsusi yazılara cəlb olundu. Bu yazılar 

Stralenberqi   belə   bir   fikrə   gətirdi   ki,   onun   qarşısındakılar   bu 

yerlərdə yaşayan xalqların ulu babalarının yazılarıdır. O, sonralar 

Orxon yazıları adı ilə məşhur olan bu yazıların surətini çıxardı və 

Avropaya   qayıdarkən   1730-cu   ildə   onları   çap   etdirdi.   Həmin 

vaxtdan   Avropa   elmi   cəmiyyətlərinin   Orxon   çayı   sahilinə   bu 

yazıları öyrənmək üçün ekspedisiyaları başlayır».

13

12



  .                           . 

 



Ъ М я м м я д г у л у з а д я Сечилмиш ясярляри II  ., 

, 1936,


ъ Бакы

 

.485.



сящ

13

 А.А х в е р д о в. Великая реформа, «Известия Азербайджанского 



Государственного   Университета   им.   В.И.Ленина»,   Баку,   1928,   т.XIII, 

64



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə