Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə28/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   24   25   26   27   28   29   30   31   ...   243

bunları nəzərdən qaçırmaq olmaz və yazıçının öz əsərlərinin dili 

üzərində   işini   təkmilləşdirməsindən   danışarkən   bunları   mütləq 

hesaba almaq lazım gəlir. Lakin onu da nəzərə almaq lazımdır ki, 

bunlar onun dil yaradıcılığını tədricən təkmilləşdirə bilən amillər 

idi. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dilinin nəzəri və 

praktik   məsələlərinə   dair   böyük   qüvvə   ilə   başlanan   işlər   isə 

ədibin   dünyagörüşünə   daha   ciddi   təsir   etmiş,   qeyd   etdiyimiz 

ciddi   təbəddülatın   səbəbi   olmuşdur.   Elə   buna   görə   də 

yaradıcılığının   I   və   II   dövrlərində,   əsasən,   lüğət   materialı 

üzərində   aparılan,   lüğətlə   məhdudlaşan   iş   indi   qrammatik 

quruluşu da əhatə edir, dilçi əməliyyatına bənzəyir. Bütün bunla-

rın nəticəsidir ki, onun 20-ci illərin sonlarında həm yenidən nəşr 

olunmuş, həm də ilk dəfə nəşr olunan əsərlərinin dili istər lüğət 

tərkibi,   istərsə   də   qrammatik   quruluş   cəhətdən   ədəbi   dil 

normalarına daha çox uyğundur. Bunu R.Kazımova da müşahidə 

etmiş  və  yazmışdır:  «Biz  onun   yenidən  işlənmiş   hekayələrinin 

dilində müasir dilimizin qanunlarına yaxınlaşmanı daha çox hiss 

edirik».


30

Ədibin inqilabdan əvvəl və sonra öz əsərlərinin dili üzərində 

necə işləmiş olduğunu əyani şəkildə müşahidə etmək üçün «Ayın 

şahidliyi» hekayəsi və «Dağılan tifaq» pyesi üzərində apardığı 

əməliyyatı nəzərdən keçirək.

Hekayənin   əlyazması   qalmamışdır.   Ə.Haqverdiyev   bu 

hekayəni   ilk   dəfə   1906-cı   ilin   24   mayında   «Həyat»   qəzetində 

«Qəmərin şahidliyi» adı ilə, ikinci dəfə 1909-cu ildə «İki hekayət» 

kitabında «Ayın şahidliyi» adı ilə çap etdirmişdir. Hekayəni ikinci 

dəfə   çap   etdirən   ədib,   təbii   olaraq,   bəzi   düzəlişlər   aparmışdır. 

Hekayənin   bu   iki   çapı   arasındakı   fərqlər   tənqidçi   və 

ədəbiyyatşünas   H.Əfəndiyev   tərəfindən   dəqiq   mü-

əyyənləşdirilmişdir. O yazır: «Kitabda («İki hekayət» kitabı və ora-

dakı «Ayın şahidliyi» əsəri nəzərdə tutulur – Q.K.) bəzi cümlə və 

ifadələrin mətndən çıxarılması, ayrı-ayrı sözlərin və ləfzlərin dəyiş-

30

  .                 .   .



 

 

 



Р К а з ы м о в а Я Щагвердийев юз щекайяляринин дили 

 

 



цзяриндя неъя иш

 



 

 

 



лямишдир Азярбайъан ССР ЕА Дил Институтунун 

ясярляри III 



, 1950, 

.37.


ъилд

сящ


83


dirilməsi və yaxud da lüzumsuz olaraq ixtisarı hallarına təsadüf 

olunur».


31

Burada   hekayənin   yeni   çapındakı   düzəlişlər   haqqında 

söhbət gedir. Məqalə müəllifi düzəlişlərin dairəsini – onların bir 

qisim söz, ifadə və cümlələrin ixtisarından, əvəz edilməsindən 

ibarət   olduğunu   dəqiq   müəyyənləşdirmişdir.   Ədibin 

yaradıcılığının   ilk   iki   dövründə   əsərlərinin   dili   üzərində   işinin 

dairəsi,   bəzi   əlavələri   də   nəzərə   alsaq,   əsasən,   bu   qədər 

olmuşdur. Məsələn, ədib «…qurbağaların nəğmələri hamısı bir-

birinə   qarışıb   ruha   sükunət   bəxş   edən  qəribə   bir   ahəngi-təbii 

əmələ   gətirmişdilər»   cümləsindəki  

bəxş   edən

  sözünü  

verən



«Süleyman   mümkün   tapıb   həbsxanadan   qaçıb   quldurlar 



dəstəsinə qoşuldu» cümləsindəki 

həbsxana


 sözünü 

dustaqxana

«Ay, ulduz, daşlar, ağaclar allahın hökmü ilə bu növ şahid ola 



bilərlər»   cümləsindəki  

şahid   ola  bilərlər

  ifadəsini  

şəhadət  edə 

bilərlər

  ifadəsi ilə əvəz etmişdir. Zahirən belə görünə   bilər ki, 

bunlardan   üçüncü   cümlədəki   əvəzetmə   «lüzumsuz»dur,   lakin 

diqqət   edildikdə   məlum   olur   ki,   ədib   fikrin   ifadəsini   daha   da 

qüvvətləndirmiş,   mənanı   nəzərə   almışdır.   Əslində,   əvvəlki 

cümlədə 


şahid  ola bilərlər

 ifadəsi yerinə düşmür. Yaxud da cüm-

lədəki 

allahın hökmü ilə



 sözləri artıqdır. Çünki allahın hökmü ol-

madan da ay, ulduz, daşlar, ağaclar yazıçının nəzərdə tutduğu 

qanlı faciələrə şahiddir.   Burada ədib təsvir etdiyi subyektlərin 

passiv şahidliyini yox, allahın hökmü ilə fəal şəhadətini, şahidlik 

etməsini nəzərdə tutmuş, ona görə də ifadənin qəliz və ya asan 

olmasını   deyil,   mənasını   əsas   götürmüşdür.   İkinci   nəşrdə 

müvafiq   ixtisarlara   da   təsadüf   olunur:   «Qəndablı   kəndinin 

yayının   havası,   ələlxüsus   gecələri   hamıya   məlumdur»   - 

cümləsindəki 

yayının


 sözü ixtisar edilməklə fikir ümumiləşdirilmiş 

və məzmun genişləndirilmişdir; «Mən səni buradan salamat bu-

raxmayacağam, gərək sən bu saat burada öləsən, çünki kənd 

yaxındır,   gedib   xəbər   edərsən,   mənim   dalımca   gəlib   məni 

31

  .                  .  .



 «

 

»



Щ Я ф я н д и й е в Я Щагвердийевин Гямярин шащидлийи  

 

,  . .



 

 

-



 

 

, 1961,



щекайяси щаггында С М Киров адына АДУ нун Елми Ясярляри

 

3, 



.52.

№ сящ


84


tutarlar» - cümlələrindən ikincisi –  

gərək sən bu saat burada 

öləsən

 hissəsi məntiqsiz və ibtidai məzmuna malik olduğu üçün 



mətndən çıxarılmışdır; «Mənim üzümdə siz bir qara görüb onu 

ləkə   hesab   edirsiniz.   Xeyr,   o   qara,   ləkə   deyil.   O   qara   bəlkə 

mənim   ahımın   tüstüsüdür»   -     cümlələrində  

qara


  sözü   çox 

təkrarlandığı üçün sonuncu cümlədən atılmış və son iki cümlə 

birləşdirilərək 

«Xeyr, o qara, ləkə deyil, bəlkə mənim ahımın tüs-

tüsüdür»

  şəklində   səlisləşdirilmişdir.   Bunlardan   əlavə,   bir-iki 

cümləyə   qeyri-müəyyənlik   bildirən  

bir


  sözü,  

və  


bağlayıcısı 

artırılmış,   həmcins   xəbərlərdən   birincisi   feli   bağlama   şəklinə 

salınmışdır. İkinci çapda olan bu yeniliklərin həm ümumilikdə, 

həm ayrı-ayrılıqda əsərin xeyrinə olduğu və usta yazıçı qələmi ilə 

edildiyi göz qabağındadır.

H.Əfəndiyev hekayənin iki çapı arasındakı fərqləri  müəy-

yənləşdirmişsə də, məsələnin qoyuluşu düzgün olmadığından o, 

doğru   nəticəyə   gəlməmişdir.   O   bunları   «lüzumsuz   ixtisarlar», 

«kobud   əməliyyat»   və   s.   adlandırır,   göstərir   ki,   «bunlar   istər-

istəməz əsərin orijinalının təhrifinə və ondan alınan təəssüratın 

müəyyən dərəcədə pozulmasına səbəb olmuşdur». Bu yanlış fikrin 

səbəbi   odur   ki,   məqalə   müəllifi   əsərin   ikinci   çapındakı   ixtisar, 

əvəzetmə   və   əlavələrin   Ə.Haqverdiyevin   özü   tərəfindən   deyil, 

Orucov qardaşları nəşriyyatı tərəfindən aparıldığını güman edir. 

Dil məsələsində ardıcıl demokrat olan Haqverdiyev öz əsərlərinin 

dilinin  təhrif   edilməsinə   imkan   verməzdi.   Belə   hal   onun 

yaradıcılığının   ilk   dövründə   bəlkə   də   mümkün   idi,   lakin   «İki 

hekayət»   kitabının   nəşri   dövründə,   H.Əfəndiyevin   özünün   də 

qeyd etdiyi kimi, Ə.Haqverdiyev artıq görkəmli yazıçı və ictimai 

xadim kimi məşhur idi. İkinci nəşrdə hekayənin adı dəyişdirilmiş, 

qəmər

 sözu 


ay

 sözü ilə əvəz olunmuşdur. Bu cür dəyişiklik son 

dərəcə məntiqidir. İşlənmə dairəsinə görə 

qəmər


 sözünü 

ay

 sözü 



ilə müqayisə etmək olmaz. Ümumxalq  dilində 

ay

 sözü üstünlük 



təşkil   edir.  

Qəmər


  sözünə   biz   daha     çox   klassik   ədəbiyyatın 

dilində rast gəlirik. Xalq dilində olan  

ay doğdu, ay batdı

  və s. 


kimi   bir   çox   ifadələr   də   yalnız   bu   sözün   iştirakı   ilə 

formalaşmışdır.  Hələ  Haqverdiyev kimi  bir  yazıçının  ilk  nəşrdə 

hekayəni   nə   üçün   məhz   «Qəmərin   şahidliyi»   adlandırması 

təəccüb doğurur.

85



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə