Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə25/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   21   22   23   24   25   26   27   28   ...   243

I ölkəşünaslıq qurultayının qərarı ilə türkoloji yarımbölmə 

tarix-etnoqrafiya   bölməsindən   ayrılır   və   müstəqil   bölməyə 

çevrilir, lakin Ə.Haqverdiyev bu sahədən əlaqəsini kəsmir, axıra 

qədər dilçilərlə əməkdaşlıq edir. Bunu  1930-cu ildə I cildi nəşr 

olunmuş   «Azərbaycan   türk   xalq   şivələri   lüğəti»nin   «…tərtibi 

işində mütəşəbbüs rolunu oynayan və onu qövldən felə çıxaran 

işçilərin adları» arasında Ə.Haqverdiyevin adının olması da təsdiq 

edir.


Bütün   bunlar   göstərir   ki,   Ə.Haqverdiyev   bu   dövrdə   dilçi 

alimlərlə   daha   yaxın   əlaqə   və     münasibətdə   olmuş,   dil 

məsələlərinin müzakirələrində mərkəzi mövqe tutmuşdur. Onun 

«Ədəbi   dilimiz   haqqında»   adlı   dəyərli   məqaləsini   də   bu 

hadisələrin ümumi nəticəsi hesab etmək olar.

ƏDƏBİ-BƏDİİ DİL VƏ MƏTBUAT DİLİ

Ə.Haqverdiyev həmin məqaləsində ədəbi dilin inkişafında 

bədii   ədəbiyyatın   və   mətbuatın   rolundan,   əlifba,   orfoqrafiya, 

terminologiya məsələlərindən danışır, ədəbi dilin inkişafına mane 

olmuş və mane olmaqda davam edən bəzi nöqsanları qeyd edir. 

O, danışdığı məsələlər barəsində müstəqil fikir yürüdür, ədəbi dil 

ilə   əlaqədar   müzakirələrin   daha   ciddi   və   qızğın   aparılmasını 

istədiyi üçün deyir: «Mənim aşağıda yazdığım sözlər mübahisəyə 

səbəb olarlarsa, daha gözəl».

 

 



 

 

   



 

).

раз удинский могут быть сочтены за такое участие



2.

 

 



,   

   


 

 

Желательно знать конкретное в чем и как должно выразится 



 

мое учас


 (

 

 



 

 

).



тие Если мое первое предложение ошибочно

 3.  


 

   


 

 

   



 

   


На всякий случай я уже сделал заявление в Академию Наук о ко-

ман


 

 (

 



 

 

)   



дировании меня чтобы получить разрешение ехать на четыре 

неде    


   

   


     

 

ли в Азербайджан и вообще на Кавказ и от ответа Общест  



ва и 

возможнос  

 

 



   

 

ти ехать будет зависеть как я использую командировку 



 

   


.

или использую ее вообще

 

 

 



.

С отменным уважением Марр

 

 

   



   


 

 

 



В числе прочего я расчитываю что на месте мне будет обеспе-

 

чено по



. 31 


 1924 

».



мещение Марр марта

года Ленинград

73



Məqalədə Azərbaycan ədəbiyyatının XIX əsrdə və XX əsrin 

əvvəllərindəki inkişaf yolu və bu ədəbiyyatın öz inkişafı dövründə 

Azərbaycan ədəbi dilinə böyük təsiri əsasən düzgün xarakterizə 

edilmişdir.

Ə.Haqverdiyev   ədəbi   dilin   zənginləşməsində, 

səlisləşməsində  bədii  ədəbiyyatın mühüm   rola  malik olduğunu 

bilirdi; o həm də aydın başa düşürdü ki, ədəbi dilin xalq dilinə 

daha   çox   yaxınlaşması,   ədəbi   dil   ilə   xalq   dili   arasındakı 

uçurumun   ləğv   edilməsi   üçün   nəsrlə   yazılmış   əsərlər   şerə 

nisbətən daha çox iş görə bilər. O, ədəbi   dilimizin inkişafında 

poeziyanın uzunmüddətli rolunu inkar etmirdi, lakin milli ədəbi 

dilin ümumxalq dili əsasında zənginləşməsində nəsr üslubunun 

əvəzsiz   roluna   daha   çox   ümid   bəsləyirdi.   Azərbaycan 

ədəbiyyatında isə, məlum olduğu üzrə, bədii nəsrin tarixi qısadır, 

əsasən, XIX əsrin ikinci yarısından – M.F.Axundovdan başlayır. 

Axundovun   əsərlərindən   sonra   yenidən   poeziya   davam   edir. 

Yalnız 90-cı illərdə yeni nasir və dramaturqlar yetişir ki, bunların 

da yaradıcılığı daha çox 1905-ci il inqilabından sonra yüksəlir. 

Beləliklə, Azərbaycanda nəşr olunmuş bədii nəsr nümunələri az 

idi və bu mənada ədib yazırdı ki, 1905-ci il inqilabınadək «…

Azərbaycanda   ədəbiyyat   yoxluğunu   cürətlə   etiraf   etmək   olar. 

Nərimanov, Qənizadə və mənim tərəfimdən beş-üç kitabça bu-

raxılmışdısa da, bunlar dəryada bir qətrə hesab oluna bilərdilər».

Yeni realist ədəbiyyatın banisi M.F.Axundovun ədəbi dil sa-

həsində xidməti, prof. B.Çobanzadənin qeyd etdiyi kimi, bütün 

türk-tatar   dilləri   üçün   yeni   bir   hadisə   idi.

25

  Axundovun   işinin 



görkəmli   davametdiricilərindən   olan   Ə.Haqverdiyev   öz   böyük 

sələfinin elm, mədəniyyət və dil sahəsində xidmətlərini düzgün 

qiymətləndirmiş, onun böyük novatorluğu haqqında yazmışdır: 

«O zaman (XIX əsrin ortalarında – Q.K.) Azərbaycan ədəbiyyatı 

nə vəziyyətdə idi? İranın lirik şairləri Sədi və Hafizin təsiri altında 

inkişaf   edən   poeziya   qəzəllərdən,   varlı   şəxslərə   həsr   edilən 

mədhiyyələrdən ibarət idi. Müftəxor şairlər varlıların ətrafında fır-

fır   fırlanırdılar.   Ədəbiyyatın   başqa   formaları   haqqında   nə 

25

 

.:  .                  .  . .



 

 

. «



Бах Б Ч о б а н з а д я М Ф Ахундовда азяри лящъяси Маариф 

», 1928,  3, 

.6.

ишчиси


№ сящ

74



şairlərin, nə də ki xalqın təsəvvürü var idi. Belə bir zamanda 

Mirzə Fətəli dram ədəbiyyatının nümunəsini yaratdı».

26

Ə.Haqverdiyev başqa bir məqaləsində yazır: «Mirzə Fətəli 



Axundovun onun yolunu  davam etdirənlər üçün nümunə  olan 

pyesləri ona görə qiymətlidir ki, bu pyeslərdə son dərəcə gözəl 

tiplər və təmiz xalq dili vardır».

27

Ə.Haqverdiyev   M.F.Axundovun   bədii   əsərlərinin   dilindən 



danışarkən   onun   dramları   ilə   «Aldanmış   kəvakib»   hekayəsinin 

dili arasında müəyyən fərq olduğunu qeyd edir və göstərir ki, 

böyük ədib öz komediyalarını «…Azərbaycanın el dilində yazmış, 

hekayə   isə   fars   əlfazının   və   ibarələrinin   çoxluğundan   lüğətsiz 

çətin oxunur».

28

Ə.Haqverdiyev Mirzə Fətəlinin öz bədii yaradıcılığı ilə ədəbi 



dilimizə   xidmətini   düzgün   təyin   edə   bilmiş,   bununla   da, 

ümumiyyətlə, ədəbi dilimizin inkişafında XIX əsrin ortalarındakı 

Azərbaycan ədəbiyyatının rolunu doğru qiymətləndirmişdir.

O,   «Ədəbi   dilimiz   haqqında»   məqaləsində   Azərbaycan 

mətbuatı   tarixinə   də   nəzər   salmış,   sosialist   inqilabına   qədərki 

dövrdə   nəşr   olunmuş   bəzi   qəzet   və   jurnalların   dilinə   öz 

münasibətini bildirmişdir.

Müəllif XIX  əsrdə Azərbaycanda  qəzet  və jurnal nəşrinin 

zəifliyini çar hökumətinin ucqarlardakı siyasəti ilə əlaqələndirir, 

göstərir ki, çar hökuməti 70-80-ci illərdə iki-üç qəzetin nəşrinə 

icazə   verdisə   də,   onların   nəşrini   tezliklə   dayandırdı.   Onun 

fikrincə, XIX əsrdə mətbuatın zəif inkişafına bir səbəb də mətbəə 

yoxluğu   idi:   «Türklərin   bir   mətbəəsi   yox   idi,   quberniya 

mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsi 

üçün   olub,   bərbad   bir   halda   idi».   Ə.Haqverdiyev   ədəbi   dilin 

inkişafında   mətbuat   dilinin   rolunu   yüksək   qiymətləndirir, 

26

  .                      . 



 

Я Щ а г в е р д и й е в Сечилмиш ясярляри II 



, 1957,


ъилд Бакы

 

. 362.



сящ

27

  .                      . 



 

Я Щ а г в е р д и й е в Сечилмиш ясярляри II 



, 1957,


ъилд Бакы

 

.396.



сящ

28

  .                      . 



 

 



.

Я Щ а г в е р д и й е в Ядяби дилимиз щаггында ялйазмасы  

.2

сящ


75


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə