Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə27/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   23   24   25   26   27   28   29   30   ...   243

müşavirəsi   münasibətilə   yazdığı

29

 



bu   məqalədəki: 

«Kitablarımızda,   qəzetlərimizdə   sərf-nəhv   qəvaidini   indi   də 

düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə  hazırlayıram» - 

sözlərindən aydın olur ki, o, son nəfəsinədək dilimizin nəzəri və əməli 

məsələləri ilə maraqlanmış, bu işi ümumi yaradıcılığının, ictimai və 

elmi fəaliyyətinin zəruri tərkib hissəsi saymışdır. Məqalə və qeydlərini 

nəzərdən keçirdikcə onun fəaliyyət dairəsinin genişliyi və zənginliyi 

diqqəti daha çox cəlb edir. Hələ XX əsrin əvvəllərində, Azərbaycan 

dilinə   ərəb,   fars   dilləri   ilə   yanaşı,   osmanlı   dilinin   mənfi   təsirinin 

başladığı dövrdə, o da Mirzə Cəlil kimi, doğma dilini alınma söz və 

ibarələrlə korlamağa və anlaşılmaz hala salmağa çalışanlara qarşı 

mübarizə aparmış, xalq dilinin gözəlliyini, şirinliyini əks etdirən bədii 

əsərlərini yabançı təsirlərə qarşı qoymuşdur. C.Məmmədquluzadənin 

kinayəli şəkildə söylədiyi «Mən onu bilirəm ki, türk dilində danışmaq 

eybdir və şəxsin elminin azlığına dəlalət edir» sözlərinin mənasını o, 

müstəqim şəkildə ifadə etmişdir: «Danışıq vaxtında fars ləfzlərinin 

işlənməsi savadlılığa indi də dəlil hesab olunur».

Görkəmli yazıçı termin yaradıcılığı məsələsinə də toxunmuş, 

ana dili terminləri əvəzinə, fars dili terminlərinin işlədilməsini ədəbi dil 

üçün qüsur saymışdır: «Fars dilinin təsiri sayəsində türk istilahlarını 

itirib  fars istilahları işlətməyə möhtac olmuşuz. Bu istilahları arayıb 

tapmaq üçün möhkəm çalışmaq lazımdır».

Türk-osmanlı dilinin leksik vasitələrindən lazımsız şəkildə istifa-

də hallarına etiraz edən ədib izah edir ki, dilimizdə işlədilən 

sırt, ər-

kək


 kimi sözlər ümumtürk mənşəli olsa da, dilimizin müstəqil inkişafı 

nəticəsində bu sözlərin Azərbaycan dilində 

çiyin, kişi

 kimi qarşılıqları 

əmələ gəlmişdir, 

ərkək


 sözü «Azərbaycan türkü təsəvvüründə hey-

vaniyyəti   təşkil   edən   bir   sözdür».   O,  

sırt   və   ərkək

  sözlərini 

«Azərbaycan qulağını deşən» sözlər adlandırmışdır.

Ə.Haqverdiyev rus dilinin beynəlmilləl terminlər hesabına ədəbi 

dilimizi zənginləşdirmə sahəsində xidmətlərini görürdü, lakin dilə yer-

siz qarışmış rus sözləri olduğunu, hətta bəzən rus dilinin sintaktik va-

29

 

 



 

 

 



 

 

 



  ,

Илк дяфя дяръ олунаркян верилмиш гейддян айдын олур ки  

«

 

 



» 

 

 



 2   

 –

Ядяби дилимиз щаггында мягаляси ядибин юлцмцндян ай яввял  



 

.

октйабрда йазылмышдыр



79


sitələrindən də (yazıçıda «rus cümlələri») yersiz istifadə olunduğunu 

qeyd edir, misallar göstərir

: O adamlar, hansılar ki, bu işdə iştirak 

edirlər; Mənim qardaşım tarda yaxşı oynayır; Əhmədin qızı ərə çıxdı 

və s.

Ə.Haqverdiyev ədəbi dilimizin inkişaf yolu haqqında qiymətli fi-



kirlər söyləmiş, onun inkişafına mane olan məsələləri açıb göstərmə-

yə çalışmışdır. Ömrünün sonlarında o, Azərbaycan dilinin tədqiqi və 

öyrənilməsi ilə məşğul olan xüsusi bir təşkilat yaratmağı təklif edirdi. 

Bunu da qeyd etmək lazımdır ki, ədib yeni ictimai quruluşdan çox 

şey gözləyirdi və arzularının həyata keçəcəyinə əmin idi. Qısa bir 

müddət ərzində onun gözləri önündə, özünün dediyi kimi, az dəyi-

şikliklər baş verməmişdi: «Şura hökuməti bərpa olandan bəri Azər-

baycanda ədəbiyyatın, mətbuatın sayı yüz əlli sənənin müddətində 

görünməmiş bir dərəcəyə çatmışdır».

ƏLAVƏ   ƏDƏBİYYAT

Ə. D ə m i r ç i z a d ə. M.F.Axundov dil haqqında və 

M.F.Axundovun dili, Azərb. XMK nəşri. Bakı, 1941. 

M. Ş i r ə l i y e v. 1905-ci il inqilabı və Azərbaycan ədəbi 

dilinin  xəlqiliyi uğrunda  mübarizə,  «Azərb.  SSR  EA xəbərləri», 

1953, №2, səh. 67-82.

  M.   C   a   h   a   n   g   i   r   o   v.   Dil   məsələləri   haqqında 

M.F.Axundovun   fikirləri,   «Azərbaycan»,   1953,   №4,   səh.   134-

147.

 E. Ə l i b ə y z a d ə, «Molla Nəsrəddin» jurnalının birinci 



nömrəsində   dil   məsələsi,   «Ədəbiyyat   və   Dil   institutunun 

əsərləri» (dilçilik seriyası), VI cild, 1954, səh.158-170.

K. M ə m m ə d o v. Açıq yazmağı da bacarmaq lazımdır, 

«Ə.Haqverdiyev» monoqrafiyası, 1970, səh. 110-115.

R. H. H ə s ə n o v . Yusif Vəzir Çəmənzəminli dil məsələlərinə 

dair. V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 1963, №4, 

səh.93-108.

M. M ə m m ə d o v, N.Nərimanov və ana dili, «Elm» nəş-

riyyatı, Bakı, 1971.

80



Q.   Ş.   K   a   z   ı   m   o   v.   Ə.Haqverdiyev   və   ədəbi   dilimiz, 

V.İ.Lenin adına APİ-nin «Elmi əsərlər»i, XI seriya, 1964, №2, 

səh.87-97.

Q. Ş. K a z ı m o v. «Müxtəlif qeydlər dəftəri», «Azərbaycan 

müəllimi», 1965, №40.

81



II FƏSİL

YAZIÇI DUYĞUSU, DİLÇİ ƏMƏLİYYATI

AYIN ŞAHİDLİYİ

Türk   dillərinin   qədim   abidələri,   əlifba,   orfoqrafiya, 

qrammatika haqqında fikir və mülahizələri, mətbuat və kitab dili 

haqqında   tənqidi   qeydləri,   ölkəşünaslıq   cəmiyyətində   dilimizin 

tədqiqi və öyrənilməsi işi ilə əlaqədar fəaliyyəti, sovet dövründə 

ədəbi dilin inkişafına mane olan səbəblərin aradan qaldırılması 

uğrunda aparılan müzakirələrdə fəal iştirakı, müəllimlik fəaliyyəti 

–   Azərbaycan   dilinin   yaranma   və   inkişaf   tarixi,   qədim   yazılı 

abidələri   barədə   azərbaycanlı   tələbələrə   mühazirələr   oxuması, 

qeyri-azərbaycanlı   tələbələrə   bu   dilin   öyrədilməsi   sahəsində 

əməyi Ə.Haqverdiyevin sovet dövrü dil yaradıcılığına çox ciddi 

təsir etmişdir. Buna ən yaxşı dəlil inqilabdan əvvəl çap etdirdiyi 

əsərlərin sovet dövründə yeni nəşrlərinin dili üzərində ədibin özü 

tərəfindən   edilmiş   dəyişikliklər,   təshih   və   düzəlişlərdir.   Başqa 

görkəmli yazıçılar kimi, o da öz dilinə tələbkar olmuş, bütün ya-

radıcılığı boyu, imkan olduqca, əsərlərinin dili üzərində yenidən 

işləmişdir.   O,   inqilabdan   əvvəl   də   öz   əsərlərinin   dili   üzərində 

yaradıcılıq   əməliyyatı   aparmışdır.   Lakin   işin   keyfiyyət   və 

kəmiyyətinə diqqət yetirdikdə aydın olur ki, iki dövr – inqilabdan 

əvvəlki   və   sonrakı   dövrlər   arasında   böyük   fərq   vardır. 

Ə.Haqverdiyevin   bu   sahədəki   yaradıcılıq   işinin   dairəsi   sovet 

dövründə çox genişlənmiş,  ədib öz əsərlərinin yeni nəşrlərinin 

dili üzərində, əvvəlki dövrlərdə olduğu kimi, daha çox usta yazıçı 

duyğusu   ilə   bağlı   olan   və   səlisləşmə   istiqamətində   aparılan 

məhdud   dəyişikliklərlə   kifayətlənməmiş,   gənc   sovet 

respublikasının   ədəbi   dilə   dair   yeni   tədbirləri   onun 

dünyagörüşündə ciddi təbəddülata səbəb olmuşdur. Doğrudur, 

ədibin   yazıçılıq   təcrübəsi   artdıqca,  dünyagörüşü   genişləndikcə, 

onun öz qələminə məxsus cəhətlər sabitləşdikcə və o, bir yazıçı 

kimi   püxtələşdikcə   əsərlərinin   dili   üzərində   işini   də   təkmilləş-

dirmiş, ustad yazıçı qələminə məxsus əsərlər yaratmışdır. Bütün 

82



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə