Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə31/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   27   28   29   30   31   32   33   34   ...   243

əsnasında   işlətdiyimiz   cümlələr   fars   quruluşunda   olurdu. 

Məsələn:   «Qəzetlərdə   yazılanlardan   böylə   görünür   ki,   bu   il 

Azərbaycanın pambıq məhsulu bol olacaqdır». «Mən sənin evinə 

gəlmərəm,   çünki   səndən   incimişəm»,   «Hərgah   mənə   kağız 

yazmaq   istəsən,   bu   ünvana   yaz»   və   ilax…»   «Ədəbi   dilimiz 

haqqında» məqaləsindən götürdüyümüz  bu parçada  

ki, çünki, 

hərgah


  bağlayıcılarının   altından   xətt   çəkilmişdir.   Deməli,   ədib 

həmin bağlayıcılardan bu məqamda Azərbaycan dilinin sintaktik 

quruluşuna uyğun şəkildə istifadə edilmədiyini göstərmək istəmiş 

və yəqin, buna görə də öz əsərlərinin dili üzərində işləyərkən 

ki 

bağlayıcılı bəzi tabeli mürəkkəb cümlələri sadələşdirmiş, budaq 



cümləni baş cümlədə buraxılmış üzvün yerinə qoymaqla tərkib 

şəklində işlətmişdir. Məs: 

Bəs siz bilirdiniz ki, b u n u

Bəs siz K ə r i m i n  b 

u n u    

K ə r i m  g i r l i y i r d i…  (31)

g i r l ə d i y i n i bilirdiniz… 

(44)


Pyesin ikinci nəşrində frazeoloji vahidlərin tərəflərinin sırasına 

da diqqət yetirilmiş, ismi komponent feli komponentdən əvvələ keçi-

rilmişdir:

Niyə  g ə l m ə y i r  g ö z ü n ə

 Niyə g ö z ü n ə   y u x u  

y u x u? (17)

 g e t m ə y i r? (25)

Ə.Haqverdiyev ədatların da cümlədə rolunu düzgün  təyin 

edərək, sırasına  diqqət yetirmiş, bir qisminin yerini dəyişmişdir; 

məs.:


Təhzibül-əxlaq   oxumayacağam                   Təhzibül-əxlaq   k   i 

oxumayacağam! 

k i! (10)

(15)


İndi işqoldan  d a  istəyirlər             İndi  d ə  işqoldan istəyirlər 

çıxartsınlar. (9)                                        çıxartsınlar. (15)

92



Əvvəlki misalda  ilk variant  səlis  görünür.  Müəllif məntiqi 

vurğunu 


təhzibül-əxlaq

 birləşməsinin üzərinə salmaq üçün 

ki

-nin 


yerini   dəyişmişdir.   İkinci   misalda   söhbət   Süleyman   bəyin 

barəsindədir. İlk nəşrdəki  

  ədatı belə bir təsəvvür oyadır ki, 



guya   Süleyman   bəy   müəyyən   bir   yerdən   qovulub,   indi   onu 

məktəbdən də qovmaq istəyirlər. Halbuki müəllif bunu demək 

istəmir, məlum olur ki, onu pis hərəkətlərinə görə bir neçə dəfə 

xəbərdar etmişlər, indi isə məktəbdən xaric etmək istəyirlər. Hər 

iki formada müəllifin fikrinin dəqiq ifadəsi üçün məntiqi vurğu 

istəyirlər  

sözünün  üzərinə  düşməlidir.  Lakin birinci  halda  

işqol 


sözündən sonra  

da

 ədatının gəlməsi məntiqi vurğunu daha çox 



bu sözün üzərinə çəkir, ikinci halda isə bu vəziyyət yoxdur, vur-

ğunun 


işqol

 və ya 


istəyirlər

 sözünün üzərinə düşməsi ixtiyaridir.

93



ƏVƏZETMƏLƏR

Ə.Haqverdiyev pyesin dili üzərində yenidən işləyərkən bəzi 

şəkilçiləri,   sözləri,   ifadələri,   hətta   müəyyən   cümlələri   atmış, 

onları   daha   münasib   şəkilçi,   söz,   ifadə   və   cümlələrlə   əvəz 

etmişdir.   Əsərin   forma   və   məzmunca   təkmilləşib   daha   da 

yaxşılaşmasında müxtəlif səbəblərlə bağlı olan bu əvəzetmələrin 

müyyən rolu vardır.

Şəkilçilərin əvəz edilməsi daha çox üslubi xarakter daşıyır 

və aşağıdakı hallarda özünü göstərir:

Əmr şəkli üçüncü şəxs təkin şəxs sonluğu müzare zaman 

şəkilçisi   ilə   əvəz   edilməklə   prosesin   qanunauyğunluğu   ifadə 

olunmuşdur:

Ata qumarbaz oldu, oğul da

Ata qumarbaz oldu, oğul da

gərək 

qumarbaz 



o l s u n.  (10)

qumarbaz


 o l a r. (16)

İşin   qətiliyini   bildirmək,   loruluğu   aradan   qaldırmaq   üçün 

felin müzare zaman şəkilçisi qəti gələcəklə əvəz olunmuşdur:

…məndən sana pul ç a t m a z. (31)            …məndən sana pul  ç a t 

m a y a c a q.(21)

Yeni nəşrdə üslubi məqamla  əlaqədar olaraq, ikinci şəxs 

təkin şəxs sonluğunun həmin şəxsin cəmi ilə, nəqli keçmiş və 

indiki   zaman   şəkilçilərinin   şühudi   keçmişin   şəkilçisi   ilə   əvəz 

olunduğu hallar da vardır:

Cavadı ki  t a n ı y ı r s a n? (39)

            Cavadı ki t a n ı y ı r s ı 

n ı z? (55)

Xoş  g ə l m i s i n i z, beş              Xoş  g ə l d i n i z, beş  g ə l d i 

n i z,


g ə l m i s i n i z, bəs niyə əliboş            bəs niyə əliboş  g ə l d i n i 

z? (6)


g ə l m i s i n i z?

94



Bunlar əsasən üslubi-məna səciyyəli düzəlişlərdir. Elə əvəz-

etmələrə də təsadüf olunur ki, daha çox üslubi-forma səciyyəlidir 

və belə hallarda cümlənin qrammatik səlisliyi nəzərə alınmışdır. 

Məsələn,   məqsəd   zərfliyinin   məsdər   və   hal   şəkilçiləri   şəxs 

sonluğu   ilə   əvəz   edilməklə   cümlə   söz   sırası   cəhətdən 

dürüstləşdirilmiş və ümumən səlisləşdirilmişdir:

Gedək xeyir işə m ə ş ğ u l  o l m a ğ a.     Gedək, xeyir işə m ə ş ğ u l 

o l a q.     

(13)

(20)


Yanaşı   gələrək   eyni   şəkildə   təsriflənmtş   iki   feldən 

birincisinin şəkilçisi feli bağlama şəkilçisi ilə əvəz edilmişdir:

Məni t o v l a d ı l a r,  g ə t i r d i l ə r Məni t o v l a y ı b  g ə t i r d i l 

ə r


buraya gəzməyə. (32)

buraya gəzməyə. (45)

…g ə l s i n l ə r  a p a r s ı n l a r. (33) …g ə l i b  a p a r s ı n l a r. 

(47)


Şübhəsiz,   sözlərin   əvəz   olunması   müəllif   əməliyyatında 

daha geniş yer tutur.

Ədib həm remarkalarda, həm də obrazların dilində bir sıra 

sadə danışıq sözlərini ədəbi dil sözləri ilə əvəz etmişdir:

K a ğ ı z ı açıb oxuyur. (34)              M ə k t u b u  oxuyur. (48)

Satdırıb borc u c u n d a n             Satdırıb borc  ə v ə z i n ə

götürdü. (40)

             götürdü. (56)

Biz həmişə g ə z m ə y ə buraya          Biz həmişə elə buraya s ə y 

a h ə t ə

       gəlirik.  (27)

          gəlirik. (40)

Sonuncu misaldakı  

səyahət


  sözü yerinə düşməmişdir, çünki 

gəzmək başqa, səyahət başqadır. Pyesdəki hadisələrə 

gəzmək

 daha 


müvafiqdir.

Əksinə   olaraq,   bəzən   də   ədəbi   dilə   məxsus   sözlər   sadə 

danışıq sözləri ilə əvəz edilmişdir. Bu hal nökər Cavadın və sadə 

şəhərli İsmayılın dilində müşahidə olunur:

95



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə