Ramazan Qafarlı
- 42 -
dıcılığının ancaq bir istiqamətini – folklorşünaslıq sahəsində
yazdığı məqalələr, esselər, resenziyaların təsviri və təhlili onu
deməyə tam imkan verir ki, S.Rzasoy S.Mümtüz, Ə.Abid,
B.Çobanzadə, M.Təhmasib, M.Seyidov və Y.Qarayev kimi
ədəbiyyatşünaslar nəslinin ən parlaq simalarından biridir.
* * *
XIX əsrin əvvəllərində müstəqil elm sahəsi kimi meydana
gəlib maraqlı inkişaf yolu keçən folklorşünaslığın öyrəndiyi əsas
məsələlər poetik şifahi xalq yaradıcılığının ayrı-ayrı forma və
növlərinin genezisi, meydana gəlmə amilləri, folklorun spesifik
xüsusiyyətləri, janr və şəkil əlamətlərinin üzə çıxarılması, sis-
temləşdirilməsi, təsnifatı, ideya-məzmun çalarlarının təhlili,
folklor materiallarının təbliği və hərtərəfli araşdırılmasıdır. İn-
sanlar öz keçmişini dərindən öyrənib kökünün başlanğıc nöqtə-
sinə aydınlıq gətirdikcə əcdadlarının müxtəlif çağlarda düzüb-
qoşduqları mənəvi sərvətin dəyərini daha yaxşı anlayırlar. Bu
mənada folklorşünaslığın problemləri aktuallığını həmişə qo-
ruyub saxlayır. Qəribə də olsa, dünyada folklorşünaslığın yaran-
dığı tarix möhtəşəm oğuz-türk eposu “Kitabi-Dədə Qorqud”un
Avropada elm aləmi üçün aşkarlandığı və “Koroğlu”nun Lon-
donda Yer üzündə xalq eposu kimi ayrıca kitab şəklində ilk dəfə
işıq üzü gördüyü dövrlə üst-üstə düşür. Dünyanı heyrətləndirən
bu iki Azərbaycan eposunun Qərb ölkələrində şöhrəti sürətlə ya-
yılanda Şumerin “Bilqameş”ı, Midiya-İranın “Avesta”sı, Yuna-
nıstanın “İliada”sı, “Odisseya”sı, Romanın “Qızıl eşşəy”i, Hin-
distanın “Mahabharata”sı, “Ramayana”sı, “Pançatatra”sı, Ərə-
bistanın “1001 gecə”si hələ tanınmırdı, ya da geniş yayılmamış-
dı, çoxsaylı oxucu auditoriyası yox idi. Sanki mədəni Avropaya
Azərbaycan türkünün yaratdığı iki qəhrəmanlıq eposlarını öy-
rənmək lazım imiş ki, tədqiqatçılar süjet oxşarlığı məsələsinin
həllini tapmaq məqsədi ilə bir neçə möhtəşəm elmi nəzəriyyə
irəli sürsünlər və yeni müstəqil elm sahəsinin – folklorşünaslığın
doğulduğunu təsdiqləsinlər. Görəsən, folklorşünaslığın aktual
Mifologiya
- 43 -
problemlərinə ikicildlik kitab həsr edən görkəmli mifoloq Sey-
fəddin Rzasoyun araşdırmalarında da həmin eposların (xüsusilə
Oğuz eposunun) tədqiqinin əsas yer tutması təsadüfdür, yoxsa
ilahidən gələn qanunauyğunluqdur? Bizə elə gəlir ki, həmin mis-
siyanı yerinə yetirmək başqasının qismətinə düşə bilməzdi. Axı,
Azərbaycan folklorşünaslarının yeni nəslinin nümayəndələri ara-
sında Haqqa tapınan, dilindən Allah duaları düşməyən, mənəvi
bütövlüyünü, saflığını, sadəliyini qıldığı namaz, tutduğu oruc
qədər həmişə qoruyan, elmdə yalandan, hap-gopdan uzaq qaçan,
öz sözünü xüsusi dəst-xəttlə deyən ikinci bir tədqiqatçı göstər-
mək çətindir ki, “Tanrı elmi”nın (Böyük Füzuli mifologiyanı be-
lə adlandırmışdı) sehrinə düşüb Türkün dünəninə doğru uzun bir
səfərə çıxsın, əski yazılı abidələrin mətnlərinin alt qatında
gizlənmiş mətləblərini üzə çıxarsın.
Mifoloji düşüncənin inkişaf dinamikası:
nəzəri-metodoloji kontekst
Bəşər mədəniyyət tarixinin XIX yüzilliyin II yarısı və XX
əsrin əvvəlləri dövründə xalqların adət-ənənələri, məişət tərzi və
ibtidai inanc sistemlərinə aid çoxlu məlumatların əldə edilməsi
mifoloji dünyagörüşlərinin araşdırılmasına maraq oyatmış, nəti-
cədə mif-ritual-din əlaqələrinə münasibətdə fikirlər haçalanmış,
bir-birinə zidd baxışlar meydana atılmışdır. Tədqiqatçılar çox
hallarda məsələyə kompleks şəklində yanaşmamış, yalnız qar-
şıya çıxan suallardan (ritual-mif bağlılığının səbəbi nədədir? Mif
dindirmi? Onların qovuşuğundan alınan nəticə nədən ibarətdir?
Hansı birinci, əsasdır, hansı törəmə?) birinə cavab tapmaqla ki-
fayətlənmişlər.
Mifologiya elminin erkən inkişaf tarixində xüsusi izlər
qoymuş «Mifoloji məktəb»in nümayəndələri (Y.Qrimm,
V.Qrimm) və «iqtibasçılar / təkamülçülər» (E.Taylor, Q.Spen-
ser, Y.Lippert) mifləri inanış - ilkin dini baxış kimi qəbul edə-
rək, birinci və əsas saymışlar. Qrimm qardaşları mif və nağıl
Ramazan Qafarlı
- 44 -
materiallarının metodik şəkildə toplanmasına diqqət yetirməklə
böyük iş görmüşlər. Yakov Qrimm hind-avropa dillərinin müqa-
yisəli öyrənilməsinin əsasını qoymaqla yanaşı, mifologiyanın da
əlaqəli araşdırılmasına təşəbbüs göstərmişdir. O, belə hesab et-
mişdir ki, böyük bir cədvəl tərtib edib yuxarıdan aşağıya bütün
etnosları, onların inandıqları tanrıları və onların funksiyalarını
göstərmək lazımdır. Beləcə, miflərin dünyada gəzərgilik xəritə-
sini yaratmaq təşəbbüsü ortaya atılmışdır. Mifoloji məktəbin
görkəmli siması C.Frezerin
1
araşdırmalarında müxtəlif mənbə-
lərdən götürülmüş (qədim əlyazma mətnlərindən tutmuş etnoq-
rafların, missionerlərin topladıqlarınadək) olduqca zəngin mate-
rial saf-çürük edilmişdir. Onun dünya xalqlarının (xristian dinini
qəbul etmiş etnoslar üstünlük təşkil edir) qədim aqrar mif
sistemlərini bərpa etməsi etnoqrafiya və folklorşünaslıqda böyük
hadisə idi. Alim əski Misirdə Osiris (o biri dünyada insanları bu
dünyadakı əməllərinə görə mühakimə edən allah) kultu ilə bağlı
keçirilən rituallar əsasında mifin yaranma mexanizmini göstər-
miş, ölüb-dirilən bitki tanrısı Osirisin taxılın əkilib yetişməsi
prosesinin mifikləşməsi olması fikrini irəli sürmüşdür.
Mifdən yazan yeni tədqiqatçılar çox hallarda əvvəlkiləri
inkar etməyi öz qənaətlərinin təsdiqi kimi başa düşmüş və baş-
qasının yazılarında mütərəqqi, düzgün fikirləri görməzliyə vur-
muş, elə bilmişlər ki, inkar elmdə onun «yenisinə» yer eləyə-
cək. Lakin dayaq nöqtəsi olmadığı üçün öz uğurlu qənaətlərini
belə inkişaf etdirməyə qüvvələri çatmamışdır. Mifologiyaya aid
tədqiqatların böyük təcrübəsinə arxalanıb, indiyədək söylənənlə-
rə tənqidi (inkarsız, qərəzsiz) yanaşılsa, dünya xalqlarının bir
kökə bağlanan mifləri vasitəsi ilə tarixin ən qaranlıq səhifələrinə
1
XIX əsrin ortalarında avropalı olmayan tayfaların da miflərinin sistemli
şəkildə qeydə alınmasına başlanışdır. Bu sahədə aparılan araşdırmaların
zirvəsi C.Frezerin «Qızıl budaq» əsəri sayılır. Bu tədqiqat işi ilk dəfə 1890-cı
ildə işıq üzü görmüş; on iki cildlik fundamental nəşri isə 1907-1015 illərdə
başa çatdırılmışdır.
Dostları ilə paylaş: |