16
№2 İyun 2014
Araz Bağırov
“Sülh və həmrəyliy”in tarixindən
“İndiyə qədər mövcud olan bütün
cəmiyyətlərin tarixi siniflər mübarizəsi tarixi
olmuşdur”. Ancaq bu sadə (hətta bəsit) həqiqətin
gün üzünə çıxdığı heç iki əsr deyil. Əzilən siniflər
bu həqiqətlə bərabər onu da anladılar ki, “başqa
bir dünya mümkündür” və o dünyanı qurmaq üçün
“bütün ölkələrin proletarlarının birləşməsi”ndən başqa çıxış yolu yoxdur. Bundan
sonrakı bütün inqilabi və mütərəqqi tələblər və mübarizələr tarixin yuxarıda qeyd
olunmuş xarakterini dəyişmək uğrunda olmuşdur. Cek Londonun təbirincə desək,
“İnsanların Qardaşlığı Erası”na keçmək uğrunda.
Dünya zəhmətkeşlərinin sülh və həmrəylik bayramı – Bir May da bu mübarizənin
gedişində
əldə edilmişdi, özü də heç də asan olmamışdı onu əldə etmək.
Avropada bir kabus dolaşır!
Burjua münasibətlərinin formalaşması və burjua istismarının şiddətlənməsi
ilə bərabər, bu zülmün altında əzilən proletariatın da etirazları eşidilməyə başlayır.
Əlbəttə, ilk dövrlərdə bu etirazlar kortəbii xarakter daşıyırdı. Bütün inqilabi
hərəkatların önündə proletariat getsə də, əldə olunan uğurlardan ona pay düşmürdü,
əksinə, hakimiyyətdəki yerini möhkəmlədən burjuaziya fəhlənin boynundakı zənciri
getdikcə daha çox sıxırdı. Lakin proletariatın inqilabi nəzəriyyəsinin – marksizmin
yaradılmasından sonra vəziyyət kökündən dəyişməyə başladı. Bunun ardınca
proletariatın daha ciddi şəkildə təşkilatlanmağa başlaması da tarixin sonrakı gedişini
müəyyənləşdirən amillərdən oldu. Beləliklə, indiyə qədər çoxunun fərqinə varmadığı
TARİX