SADİQ BƏY ƏFŞAR
ŞEİRLƏR
BAKI - 2010
1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU
SADİQ BƏY ƏFŞAR
ŞEİRLƏR
(TRANSFONELİTERASİYA VƏ FOTOFAKSİMİLE)
2
BAKI – NURLAN – 2010
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 2 dekabr
2009-cu il tarixli 11 №-li iclasının qərarı ilə nəşr edilir.
Nəşrə hazırlayan: PAŞA KƏRIMOV,
filologiya elmləri namizədi
Redaktoru: ARIF RAMAZANOV
Kompyuter icraçısı: NƏZAKƏT ARIF QIZI
Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və
fotofaksimile). Bakı: Nurlan, 2010, 71+15 s.
3
SADİQ BƏY ƏFŞAR VƏ ONUN TÜRKDİLLİ LİRİKASI
XVI əsrin ikinci yarısı – XVII əsrin əvvəllərində
yaşayıb yaratmış Sadiq bəy Əfşar dövrünün hərtərəfli
istedada malik zəngin bilikli ziyalısı, görkəmli alim, şair
və rəssam kimi mədəniyyət tariximizə düşmüşdür.
Müxtəlif mənbələrdə adı Sadiq bəy Sadiqi və Sadiqi
Kitabdar kimi də qeyd edilən şair əslən I Şah İsmayıl
hakimiyyətə gəldiyi zaman Şamdan öz arzusu ilə ona
qoşulmağa gələn Xudabəndəlü adlı türk-oğuz elinə
mənsubdur. Tədqiqatçılar göstərirlər ki, Xudabəndəlü,
Bəydili və İnallu obaları birlikdə Şamlu boyunu təşkil
etmişlər (9,s.21). Sadiq bəy külliyyatının əvvəllərində
özünün
mənşəyi
haqqında
yazır: «Mən
həqir
Xudabəndəlü adı ilə məşhurlaşmış və tanınmış türk
tayfasındanam. Onlar ədalətli şahın ölkə tutmağa və
dünyanı almağa başladığı ilk günlərdə tabelik bildirmək
və yardım etmək üçün Şam diyarından aləmin sığındığı
dərgaha üz qoymuşlar» (9,s.20). Türkcə qitəsində şairin
özünü «şamlu fəqiri» (3,s.917) adlandırması bir daha
Xudabəntəlü elinin Şamlu boyunun tərkibinə daxil
olduğunu sübut edir.
Müxtəlif mənbələrə istinad edən tədqiqatçılar 77 il
ömür sürmüş şairin h.940-cı (m.1533) ildə Təbrizin Vercü
(Vərci) məhəlləsində anadan olub, h.1017-ci (m.1609-
1610) ildə İsfahanda vəfat etdiyini təsdiq edirlər.
20 yaşında atasını itirən şair dərvişlərə qoşularaq
dünyanın müxtəlif yerlərinə səyahət etmiş, Təbriz,
4
Qəzvin və İsfahandan başqa Yəzd, Gilan, Lahican,
Əbərkuh, Astarabad, Həmədan, Bağdad, Ətəbat (Nəcəf
və Kərbəla) və Hələbdə olmuş, macəralı bir gənclik
həyatı yaşamışdır. Qızılbaş sərkərdələrindən olan Əmir
xan Mosullu Sadiq bəyi öz yanına dəvət edərək onun
sərgərdan həyatına son qoymuşdur. Bundan sonra
S.Əfşar öz biliyini artırmış, müxtəlif sahələrdə ciddi
çalışmağa başlamışdır. Əmir xan Mosulludan sonra
Sadiqi bir müddət İsgəndər xan və Bədir xan Əfşarın
yanında xidmətdə olur. Gənc yaşlarından gərgin əməyi,
zəhməti, istedadı sayəsində elmin, sənətin bir sıra
növlərini mükəmməl öyrənən Sadiqinin şöhrəti qısa
müddətdə bütün ölkəyə yayılır. Sadiq bəyin müasiri olan
Qazi Əhməd Qumi xəttatlar və rəssamlar haqqında
risaləsində onun istedadı barədə yazır: «Rəssamlıq
sənətində onun tayı-bərabəri yoxdur, indi ona şahın
kitabdarı vəzifəsi tapşırılmışdır. Yaxşı şeirlər yazır, onun
çoxlu qəsidə, qitə, qəzəl və rübaisi vardır. Təsviri
sənətdə öz fırçasının ecazkar gücü ilə insanı heyran
edir. Cəsurluqda dövrünün igidlərindən heç də geri
qalmır»
(6,s.16).
Məhəmməd
Tahir
Nəsrabadi
təzkirəsində Sadiq bəyin cəsur və mərd bir insan
olduğunu göstərir, rəsm əsərlərinin şöhrətinin Hindistana
gedib çatdığını bildirir» (12,s.56).
Sadiqinin
tərcümeyi-halındakı
ən
əlamətdar
hadisələrdən biri müxtəlif sahələrdə, o cümlədən,
rəssamlıq və xəttatlıqda istedadı nəzərə alınaraq onun
saray kitabxanasına rəhbər təyin edilməsidir. Görkəmli
ədəbiyyatşünas alim Məhəmmədəli Tərbiyət Sadiq bəyin
II Şah İsmayıl zamanında (1576-1577) kitabxanaya işə
götürüldüyünü, I Şah Abbas dövründə (1587-1629) isə
kitabxanaya başçılıq etdiyini göstərmişdir (13, s.280).
Şairin imzasının bəzi mənbələrdə Sadiqi-Kitabdar kimi
verilməsi də elə onun bu işi ilə bağlıdır. Sənətşünaslıq
5
doktoru Adil Qazıyev Sadiqinin artıq Məhəmməd
Xudabəndənin hakimiyyəti dövründə (1578-1587) həmin
kitabxanaya
başçılıq
etdiyini
təsdiq
edir
(1,s.3).
Mənbələrin göstərdiyinə görə, Sadiq bəy cəmiyyətdə və
sarayda elə böyük nüfuz sahibi olmuşdur ki, bəzi
səbəblərə görə saray kitabdarlığından uzaqlaşdırıldıqdan
sonra da ömrünün sonuna qədər bu vəzifənin təqaüdünü
almışdır.
Özündən sonra zəngin bir irs qoyan S.Əfşarın
əsərləri külliyyatında toplanmışdır. Şairin külliyatının
əlyazmasının Təbriz Dövlət Kitabxanasında saxlanan
nüsxəsinə daxil olan əsərlər sonradan yazılaraq əlavə
edilmiş mündəricatda aşağıdakı şəkildə təqdim edilir: 1)
Qəsidələr («Zübdətül-kəlam»); 2) Qəzəllər; 3) Müxtləif
şeirlər; 4) Şairlər təzkirəsi («Məcməül-xəvas»); 5)
Rübailər; 6) Məqalə və mənzum hekayətlər; 7) Şairlər
adına deyilmiş müəmmalar; 8) «Fəthnamə» məsnəvisi;
9) Şairlər təzkirəsinin ardı; 10) Türk dilində yazılmış
qəsidə və qəzəllər; 11) Feyzi şeirləri haqqında risalə; 12)
«Qanunüs-süvər» - rəssamlıq haqqında risalə; 13)
«Həzziyyat» risaləsi; 14) mərsiyə və tərkibbənd; 15)
Tərkibbənd-əlifba
sırası
ilə; 16) Tərcibənd; 17)
Heydərinin həcvi; 18) Münşəat-türk və fars dillərində; 19)
Fələkdən şikayət və Məhəmməd bəy Məzaqinin həcvi;
20) Müxtəlif həcvlər (2, s.8-9).
Sadiqinin ən çox diqqəti cəlb edən əsərlərindən olan
«Məcməül-xəvas» təzkirəsi ədəbiyyat, elm və ədəbi fikir
tariximizin öyrənilməsində mühüm rol oynamışdır.
Təzkirə təxminən h.1007-1008-ci (m.1597-1598) illərdə
yazılmışdır. Əsər
Osmanlı
torpaqlarından
tutmuş
bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan,
Pakistan və Hindistana qədər böyük bir ərazinin konkret
bir zaman çərçivəsində (I Şah İsmayıl dövründən
müəllifin həyatda olduğu günlərədək) ədəbi və ictimai-
Dostları ilə paylaş: |