21
PROTOKOL №6
Yenidoğulmuş uşağın normal bədən
temperaturunun saxlanılması
1. Təyini:
yenidoğulmuş uşağın normal qoltuqaltı temperaturu – 36,5 -
37,5°C-dir. (A)
termoneytral ətraf mühit dedikdə, elə mühit nəzərdə tutulur
ki, yenidoğulmuş uşağın minimal əsas mübadiləsi və onun
orqanizminin minimal oksigen sərfi ilə normal bədən
temperaturu saxlanılsın
“istilik zənciri “– yenidoğulmuş uşağın istilik itirməsinin
qarşısını almağa və onun normal bədən temperaturunu
saxlamağa yönəldilmiş bir-biri ilə bağlı tədbirlər sırasıdır.
2. Məqsəd:
yenidoğulmuş uşağın normal bədən temperaturunun saxlanması
3. Vasitələr:
şüalandırıcı istilik mənbəyi (qızdırıcılı stol)
yenidoğulmuş uşaq üçün əvvəlcədən qızdırılmış əski dəsti (2
əski, yorğan, papaq)
ümumi qəbul olunmuş standartlara uyğun bina qızdırıcıları
lazımi təhlükəsizlik tədbirlərinə uyğun qızdırıcı vasitələr
qoltuqaltında temperaturu ölçmək üçün fərdi termometrlər
(civə və ya elektron)
otaq termometri
4. Prosedurlar (istilik zəncirinə riayət):
4.1. İsti doğuş zalı
doğuş zalının temperaturunu 25- 29°C saxlamalı (Cədvəl 1-ə
bax)
termometri doğuş zalının daxili divarlarının birində
yerləşdirməli
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
Cədvəl 1. Yenidoğulmuş uşağın normal bədən temperaturunu
saxlamaq üçün lazım olan ətraf mühit temperaturu
Ətraf mühitin temperaturu
Bədən kütləsi
(kq)
29,5° 26,5°
24,0°
1,5 - 2
İlk 2 gün
həyatın 3-cü günündən 3-cü
həftədən
2 - 3
həyatın birinci həftəsi 2-ci
həftədən
3 və >
həyatın ilk günləri 2-ci
gündən
Yenidoğulmuş üçün reanimasiya yeri binanın daxili divarı
tərəfdə olmalıdır.
4.2. Dərhal qurulama
əvvəlcədən əskiləri (dəsmalı) və papağı qızdırmalı
doğuşdan dərhal sonra isti əskilərlə (dəsmalla) uşağın başını
və bədənini silməli
yaş əskini (dəsmalı) qurusu ilə əvəz etməli. Uşağın üstünü
örtməli və başına papaq geyindirməli
4.3. “Dəri-dəriyə” kontaktı
doğulduqdan dərhal sonra uşağı ananın qarnı/döşü üzərinə
qoymalı (“dəri-dəriyə” kontaktı protokoluna bax)
4.4. Döşlə əmizdirmə
döşə birinci dəfə erkən qoyulmağa şərait yaratmalı (“İlk dəfə
döşə qoyulma” protokoluna bax)
4.5. Çimizdirmə və çəkilmə
doğuş zalında uşağı çimizdirməməli
uşağı doğuş zalından köçürməzdən əvvəl, ancaq doğulduqdan
sonra 2 saatdan gec olmamaq şərti ilə çəkməli. Çəkərkən
istiliyi itirməkdən qaçmalı (tərəziyə isti əskilər qoymalı)
4.6. Uşağın geyindirilməsi
doğuş zalından köçürməzdən əvvəl yenidoğulmuş uşağa
əvvəlcədən qızdırılmış paltarları geyindirib isti yorğanla
üstünü örtmək lazımdır. Bərk bələməməli!
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
4.7. Köçürülərkən istilik təminatı
uşağı köçürərkən istiliyi təmin etməli
4.8. Uşağın ana ilə bir yerdə olması
ana ilə uşağın bütün sutkanı bir yerdə olmasını təmin etməli
4.9. İstidə “canlandırılması”
əgər uşağın reanimasiya tədbirlərinə ehtiyacı varsa, onun
üçün optimal temperatur rejimi təmin etmək vacibdir
4.10. Təlim
tibbi personal və ailə üzvlərinə istilik zəncirinə riayət
prinsiplərini daim öyrətmək lazımdır
Yenidoğulmuş uşağın qoltuqaltı temperaturu doğuş zalında
2 dəfə: doğulduqdan sonra ilk 30 dəqiqədə və doğuş zalından
köçürülərkən ölçülməlidir. Alınan nəticə yenidoğulmuşun inkişaf
tarixinə yazılmalıdır. Sonrakı temperatur ölçülmələri hər gün,
sutkada 1-2 dəfə olmalıdır.
5. Ədəbiyyat
1.
Hadeed AJ, Ludington S, Siegal S. Skin-to
skin between
mother and infants reduces idiopathic apnea of prematurity.
Pediatric Research, 1995; 37 (4): 1233.
2.
Wahlberg V et al. A retrospective, comparative study using
the kangaroo-mother method as a complement to the standard
incubator care. European Journal of public Health. 1992; 2:
34-37.
3.
Managing Newborn Problems. WHO. 2003; Geneva.
4.
Hoeger PH, Enzmann CC. Skin physiology of the neonate
and young infant: a prospective study of functional skin
parameters during early infancy. Pediatr Dermatol 2002;
19(3):256-62.
5.
Quinn D, Newton N, Piecuch R. Effect of frequent bathing on
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.