çuların nöqsanlarını komsomol təşkilatının xətti ilə müzakirə
edib, tədbirlər görürdük. Bəzən rəhbər işçilərin övladları
yaxşı oxumadıqları halda, yaxşı qiymət almaq üçün səy
göstərirdilər. Bu da mümkün olan şey deyildi. Belə halları bir
çoxlarına aid etmək olar.
1958-ci ildə Stavropol şəhərində gənc təsərrüfatçıların
Ümumittifaq Müşavirəsi keçirildi. Müşavirədə SİMK-nin
birinci katibi Nikita Sergeyeviç Xruşşov çıxış edərək, ölkə
komsomolçuları qarşısında iki mühüm məsələni qoydu: – on-
lardan biri şagird istehsalat briqadalarının təşkili, ikincisi
qarğıdalının tarlaların kraliçası elan edilməsi. Bu hərəkat
bütün ölkə üzrə vüsət almışdı.
1959-cu ilin avqust ayında AKP MK-nin birinci katibi
İmam Mustafayev bizim rayonumuza gəldi. Və İmam
Mustafayevin haqqında yazdığım «Xatirələrdə yaşayan unu -
dulmaz insan» materialını olduğu kimi verməyi məqsədə mü-
vafiq bildim.
Sahib Sailov
30
XATİRƏLƏRDƏ YAŞAYAN
UNUDULMAZ İNSAN
Elə nadir insanlar var ki, həyatda qoyduqları iz zaman
keçdikcə silinmir, daha da aydınlaşır. İllər ötdükcə onların
qiymətini daha yaxşı başa düşür, yoxluğunu ürək ağrısı ilə
hiss edirik.
İmam Mustafayev məhz belə insan, bütöv şəxsiyyət idi.
1910- cu il fevralın 25-də Qaxda dünyaya göz açan Daşdəmir
kişinin oğlu dərin biliyi, parlaq zəkası, yüksək erudisiyası,
qeyri-adi təşkilatçılıq qabiliyyəti, böyük zəhməti sayəsində
zaman keçdikcə yalnız boya-başa çatdığı rayonda, doğma
Azərbaycanda deyil, bütün keçmiş Sovetlər ölkəsində sayılıb
seçilən elm xadimi kimi tanınmış, dünya şöhrətli alim
olmuşdur. Elmlər doktoru, professor, akademik kimi yüksək
adları şərəflə daşımışdır. Onun «Sevinc», «Cəfəri», «Zoğal
buğda», «Arzu», «Qızıl buğda» sortları respublikamızda
taxılçılığın inkişafında böyük rol oynamış, genetika
sahəsindəki nailiyyətləri beynəlxalq aləmdə məşhur alimlər
tərəfindən yüksək qiymət almışdır. 1963-cü ildə Yaponiyanm
paytaxtı Tokioda seleksiyaçıların beynəlxalq simpoziumunda
iştirak edən Azərbaycan nümayəndə heyətindən birinci
növbədə İmam Mustafayevi soruşmuş, onun elmi tədqiqat -
larının böyük əhəmiyyətini qeyd etmişlər.
İmam Daşdəmir oğlu Mustafayev geniş dünyagörüşünə,
fitri təşkilatçılıq istedadına malik bir insan idi. O, 1940-1954-
cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komitəsi sədrinin
birinci müavini, Xalq Torpaq Komissarının birinci müavini,
Zəkanın gücü
31
Kənd təsərrüfatı naziri, Gəncə Vilayət Partiya Komitəsinin
birinci katibi, 1954-1959-cu illərdə isə Azərbaycan KP MK-
nın birinci katibi olmuşdur.
Kadrların hazırlanmasında, dərsliklərin yazılmasında,
elmi-metodiki göstərişlərin verilməsində İmam müəllim
milstəsna xidmətlər göstərmişdir. Görkəmli alimin elmi
tədqiqatlarının məhsulu olan əsərləri, o cümlədən 6
monoqrafiyası nəşr edilmişdir.
O, xeyirxah, təvazökar, qayğıkeş, sadə bir insan idi. Yaxşı
xatırlayıram, 1958-ci ilin avqust ayında Salyan rayon kom-
somol komitəsinin birinci katibi işlədiyim zaman onunla ilk
dəfə görüşüm oldu. Rayon partiya komitəsinin birinci katibi
Məmməd Pənahovun kabinetində onların söhbətində iştirak
etdim. O, məndən şagird-istehsalat briqadasının vəziyyətini
soruşdu.
Mən məlumat verdim. O dedi ki, gedək yerdə onların
işləri ilə tanış olaq. «Yeni Muğan» kolxozunun şagird-is-
tehsalat briqadasının sahələri ilə tanışlıq İmam müəllimin
xoşuna gəldi. Briqadir Əlvan Əsədovun işindən razılıq etdi.
Ancaq briqadirin şalvarının dizinin cırıq olması onun
nəzərindən yayınmadı. İş saatlarında səliqəli geyinməyi
tövsiyə etdi. Biz birlikdə rayon mərkəzinə qayıtdıq.
Maşından düşəndə raykom katibi İmam müəllimi nahara
dəvət etdi. O dedi ki, yeməyim maşındadır. Yolda münasib
yerdə oturub nahar edəcəyəm. Bizimlə görüşüb qonşu Puşkin
(indiki Biləsuvar) rayonuna yola düşdü. Bəli, MK-nın birinci
katibi köməkçisiz, cangüdənsiz rayonları gəzib işlərin gedişi
ilə tanış olurdu.
Sahib Sailov
32
Onunla ikinci görüşümüz 1962-ci ilin noyabr ayının 22-
də oldu. Təsadüfən yerimiz təyyarədə yanaşı düşmüşdü. O,
məndən Moskvaya getməyimin səbəbini soruşdu, dedim. O,
inamla dedi: «Səni Azərbaycan komsomolu Mərkəzi
Komitəsinə katib qoymaq istəyirlər. Hər şey yaxşı olacaq».
İmam müəllim təyyarədə bizə xidmət edən stüardessanı
çağırıb iki qəlyanaltı və iki stəkan istədi. Sonra əl çantasından
58 qramlıq hədiyyə konyak şüşəsini çıxarıb kiçik qədəh -
lərimizə süzdü və məni təbrik etdi. Sonra soruşdu ki, «Yeni
Muğan» kolxozundakı briqadirin taleyi necə oldu. Dedim ki,
çox yaxşı, orta məktəbi bitirib, instituta daxil olub, indi ali
təhsilli mühəndisdir.
Bəli, İmam müəllim çox diqqətcil, qayğıkeş insan idi. Son-
ralar Qasım İsmayılov (indiki Goranboy) və Şamaxı rayon -
larında işləyəndə bunun bir daha şahidi oldum. O, tez-tez
rayonlara gələr, təsərrüfatları, həmçinin elmi-təcrübə sahəsini
gəzər, dəyərli tövsiyələrini verərdi. Bir qayda olaraq, qonaq
gələn elmi işçiləri, xüsusilə yüksək rütbəli alimləri,
akademikləri özüm müşayiət edərdim.
Görkəmli alim, bacarıqlı təşkilatçı, xeyirxah və qayğıkeş
insan olan İmam Daşdəmir oğlu Mustafayevin əməyi yüksək
qiymətləndirilmişdir. O, SSRİ Ali Sovetinin (III-V çağırış),
Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı olmuş,
Qırmızı Əmək Bayrağı və «Şərəf nişanı» ordenləri ilə təltif
edilmiş, N.İ.Vavilov adına qızıl medala layiq görülmüşdür.
Azərbaycan xalqına başucalığı gətirən İmam Mus-
tafayevin adı respublikamızın tarixinə qızıl hərflərlə həkk
olunmuşdur.
O, həmişə böyük səmimiyyətlə xatırlanır və yad edilir.
Zəkanın gücü
33
Dostları ilə paylaş: |