313
İmam Rza
(ə) şəhid edilən zaman İmam Təqinin
(ə) səkkiz yaşı var idi.
İmam Rzanın (ə) şəhadətindən sonra Məmun Bağdada qayıdaraq buranı yenidən
paytaxt elan etdi. İmam Rzanı (ə) şəhid etdiyi üçün xəlifə Məmuna məmləkətin
hər yerindən tənələr dolu məktublar gəlirdi. Bundan əlavə ona xəbər çatmışdı ki,
mü
xtəlif məntəqələrin böyükləri Mədinəyə yığışıb İmam Təqinin (ə) imamətini
təsdiq ediblər. Bu hadisədən qorxuya düşən Məmun İmam Təqinin
(ə) Mədinə-
dən Bağdada gəlməsini tələb etdi. İmam (ə) Bağdada gəldikdə xəlifə Məmun
onu böyük nəvaziş və ehtiramla qarşıladı. Xəlifənin bu əməlindən Bəni-Abbasi
li
derləri narahat oldular. Məmun onları razı salmaq üçün elmi məclis təşkil edib,
məşhur alimləri də bu məclisə dəvət etdi. Məclisdə İmama
(ə) verilən sualların
ca
vabı məclis əhlini razı saldı. Bağdad qazisi Yəhya ibn Əksəm və digər alimlər
İmam Təqinin
(ə) elm və fəzilətini etiraf etdilər. Həmin məclisdə xəlifə Məmun
İmamı (ə) daha çox nəzarətdə saxlamaq üçün qızı Ümmül-Fəzli ona ərə verdi.
Bir müddət sonra İmam Təqi (ə) həyat yoldaşı ilə birlikdə Kəbəni ziyarət etmək
üçün Hicaza getdi və həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıtdı.
Məmun həyatda olduğu müddətdə İmam Təqi (ə) Mədinədə yaşadı. 833-cü ildə
xəlifə Məmunun ölümündən sonra qardaşı Mütəsim Abbasi xəlifəsi təyin edildi.
İmam Təqinin (ə) nüfuzundan narahat olan Mütəsim onu dərhal Mədinədən Bağ-
da
da çağırdı. İmam (ə) bu səfərin bəd nəticəsini qabaqcadan bildiyi üçün oğlu
İmam Nəqini
(ə) özünə canişin təyin edərək İlahi elmin sirlərini, Hz.Peyğəmbə-
rin (s)
və digər peyğəmbərlərin mirasını ona təslim etdi. İmam Təqi (ə) Bağdada
gəldikdən qısa müddət sonra hicrətin 220-ci ili zilqədə ayının 30-da, miladi 835-
ci il xəlifə Mütəsimin əmri ilə həyat yoldaşı Ümmü Fəzl binti Məmun tərəfindən
zəhərləndirilərək Bağdadda şəhid edilmişdir. Müqəddəs məzarı Kazimeyndə
babası İmam Kazimin (ə) qəbri yanındadır.
İmam Təqinin (ə) yüksək elmi məqamını onun öz dilindən söylənilən hədis
da
ha dolğun şəkildə bəyan edir. “Məşariqul-ənvar” kitabında yazılır ki, İmam
Rza
(ə) dünyadan gedəndən sonra Hz.Təqi
(ə) Peyğəmbər məscidinə gəlib,
min
bərə çıxaraq belə buyurdu: “Mən Məhəmməd ibn Əliyəm. Mən hər bir kə-
sin kimə mənsub olduğunu bilirəm, istər dünyaya gələnlərin, istərsə də dünya-
ya gəlməyənlərin. Mən sizin zahir və batininizdən xəbərdaram. Biz bu biliyə
var
lıq aləmi yaranmazdan öncə yiyələnmişik və varlıq aləmi fani olduqdan
son
ra da bu bilik bizimlə qalacaq. Əgər haqsız hakimlər, azğın insanlar olma-
say
dı və avamlar şəkkə düşməsəydilər, sözümlə hamını heyrətə gətirərdim.
Son
ra İmam
(ə) əlini ağzına qoyaraq belə buyurdu: “Sakit ol, necə ki, ata-baba-
la
rın sükut etdilər.”
İmam Təqinin (ə) ləqəbləri:
1)
Təqi – pəhrizkar;
2) Cavad –
səxavətli;
3)
Mürtəza – seçilmiş;
4) Qane –
əlində olanla kifayətlənən.
314
İmam Təqinin (ə) zövcələri:
1) Ümmül-
Fəzl binti Məmun (İmam Təqini (ə) zəhərləyən);
2)
Süsən (İmam Nəqinin
(ə) anası);
İmam Təqinin (ə) övladları:
1)
İmam Əliyyən Nəqi (ə); 2) Musa-Mübərqi; 3) Fatimə; 4) İmamə.
İmam Təqinin
(ə) üzüyündə bu yazı yazılmışdır: “Həsbiyallahu” – Mənim
ar
xalanacağım Allahdır.
İmam Təqinin (ə) müasiri olmuş xəlifələr:
1)
Məmun (813-833);
2)
Mütəsim (833-842).
Əbu Cəfər Harun Vasiq Billah hicri 227-232 (miladi 842-847)
Əbu Cəfər Harun Vasiq ibn Mutəsim hicrətin 196-cı ili (miladi 811) xəlifə
Əminin xilafəti dövründə Bağdadda anadan olmuşdur. Anası Bizans əsilli Qə-
ra
tis adlı cariyə olmuşdur. Atası Mutəsimin vəfatından sonra onun vəsiyyətinə
əsasən hicrətin 227-ci ili rəbiül-əvvəl ayının 18-də (miladi 842) Abbasi xəlifəsi
se
çilmişdir.
485
Onun dövrü demək olar ki, heç bir müstəsna əhəmiyyətə malik
ha
disə ilə müşayiət olunmamışdır. Bizansla müharibələri və bir neçə üsyanı
çıxmaq şərtilə, onun dövrü sabitliklə keçmişdir. Əhli beytə qarşı mülayim rəf-
tar
da olan Vasiqin dövründə, Bəni-Haşim seyidlərindən kimsə şəhid edilmə-
mişdir.
Xəlifə Mutəsimin dövründə olduğu kimi, Vasiqi də türklər öz nüfuzları altın-
da saxlayırdılar. Türk əsilli Əşnas xilafət mərkəzindən qərbdə olan bütün torpaq-
la
rın valisi, digər türk sərkərdəsi İytax isə Sind vilayəti və Dəclə sahillərinin vali-
si təyin edildi. Vasiqi idarə edən qüvvələrin başında vəzir Məhəmməd ibn Əb-
dül
məlik əz-Zəyyat ilə baş qazi Əhməd ibn Əbu Duad İyadi dayanırdı.
486
Hicrətin 229-cu ilində (miladi 843-844) öz hesabdarlarını təftiş edən xəlifə
Va
siq, iri məbləğdə oğurluq hallarını üzə çıxardı. Xəlifənin əmrinə əsasən xoş-
luq
la pulu ödəməyənləri şallaqlayıb, əmlaklarını müsadirə etdilər.
Miladi 844-
cü ildə (hicri 230) məhşur türk əsilli Əşnas, ondan doqquz gün
son
ra isə Xorasan valisi Abdullah ibn Tahir vəfat etdi. Xilafət ordusunun baş
ko
mandanı olan Əşnas eyni zamanda, əl-Cəzirə, Şam, Misir və Məğribin valisi
idi. Onun ölümündən sonra bütün vəzifələri digər türk əsilli sərkərdə İytaxa
tap
şırıldı. Xorasan valiliyi isə Tahir ibn Abdullaha tapşırıldı.
485
Tarixi-Təbəri, V cild, səh-273.
486
Siyuti, Tarixul-xüləfa, səh-340-346.