319
Xilafətə türklərin əli ilə gələn Mütəvəkkil, onların əliylədə xilafətdən gedə
bi
ləcəyindən qorxurdu. Buna görə də, türklərə böyük nifrət bəsləyən Mütəvək-
kil onların hər addımını nəzarət altında saxlayırdı. Xəlifənin ən çox ehtiyat et-
di
yi şəxs, xilafət ordusunun baş komandanı İytax idi. O, Bağdaddan qərbə doğ-
ru torpaqların valisi, məğribli və türk qoşunlarının komandanı, xəlifənin şəxsi
qvar
diyasının başçısı və poçt işlərinin nəzarətçisi idi.
Aradan götürüləcək bütün
nü
fuzlu şəxslər İytaxın sarayında qətlə yetirilirdi. İytax özünün bircə göstərişi
ilə dövlət çevrilişi edə bilərdi.
Bütün bunları götür-qoy edən xəlifə onu Samirədən uzaqlaşdıraraq aradan
götür
mək qərarına gəldi. Hicri 234-cü ilin (miadi 848-849) sonlarında İytaxın
həcc ziyarətinə getmək üçün icazə istəməsi xəlifənin əlinə fürsət verdi. İytaxa
nəinki icazə verildi, hətta yol boyu gedəcəyi şəhərlərin idarəçiliyinin ona tapşı-
rıldığı elan olundu. O paytaxdan uzaqlaşan kimi, Mütəvəkkil öz şəxsi qvardiya-
s
ının başçılığını digər türk əsilli sərkərdə Vəsifə tapşırdı.
Həcc əməllərini başa vurub geri qayıdan İytax Bağdada çatarkən, xəlifənin
gös
tərişi ilə Bağdad valisi İshaq ibn İbrahim tərəfindən həbs edildi. Bir müddət
həbsdə qalan İytax hicrətin 235-ci ili (miladi 849) susuzluqdan vəfat etdi.
494
Əhli-kitaba qarşı görülən tədbirlər
Hicrətin 235-ci ilində (miladi 850) xəlifə Mütəvəkkil, xristianlara və yəhu-
du
lərə qarşı bir çox məhdudiyyətlər qoyulması barədə fərman imzaladı. Fərma-
na əsasən Əhli-kitabdan olanlar müsəlmanlardan fərqlənmələri üçün sarı rəngli
əba geyinməli, öz dini mənsubiyyətlərini bildirən zunnar (belə bağlanan sarıq)
bağlamalı, hətta atlarının yəhərinə də fərqləndirici nişanlar taxmalı idilər. Onla-
ra əmr olunurdu ki, uşaqlarının geyiminə sarı rəngli yamaq vursunlar. Kişiləri-
nə yalnız sarı rəngdə əmmamə qoymaq, qadınlarına sarı rəngli çarşab örtmək
ica
zəsi verilirdi.
Hicrətin 239-cu ilində (miladi 853) xəlifə Mütəvəkkil əhli-kitabın hüquqla-
rını daha da məhdudlaşdıran yeni fərman imzaladı. Bu fərmana görə, əhli-ki-
tab
dan olanlara at və yabı minmək qadağan olunurdu. Onlar minik heyvanı ki-
mi yalnız qatırdan və uzunqulaqdan istifadə edə bilərdilər.
495
Mütəvəkkil və Bizansla aparılan müharibələr
Hicrətin 223-cü ili (miladi 838) xəlifə Mutəsimin Amuriyyə səfərindən
sonra Bi
zansla müsəlmanlar arasında irimiqyaslı döyüşlər baş verməmişdir. On
beş il sonra hicrətin 238-ci ili (miladi 853) yenidən müsəlman torpaqlarına so-
xulan Bizans ordusu, Nil çayının deltasında yerləşən Dumyat şəhərini talan
edərək xeyli əsirlə geri qayıtdı.
494
Tarixi-
Təbəri, V cild, səh-302-303.
495
Tarixi-
Təbəri, V cild, səh-304-305; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-313-314.
320
Üç il sonra hicrətin 241-ci ili (miladi 856) müsəlmanlarla Bizans arasında
baş tutan əsir mübadiləsi nəticəsində 785 nəfər müsəlman kişi və 125 nəfər mü-
səlman qadın əsirlikdən azad edildi.
Hicrətin 242-ci ili (miladi 857) yenidən müsəlman torpaqlarına hücum
edən bizanslılar on min nəfətlik əsirlə geri qayıtdılar. Müsəlmanlar onları geri
qay
tarmaq üçün yola düşsələr də, bizanslılar geri çəkildiyindən heç bir döyüş
baş vermədi.
Hicrətin 243-cü ilinin sonlarında (miladi 858) türklərin təzyiqindən xilas ol-
maq istəyən xəlifə Mütəvəkkil Bağdaddan çıxıb Şama getdi. Lakin havanın so-
yuqluğunu və rütubəti bəhanə gətirərək iki ay sonra yenidən Bağdada qayıtdı.
496
Hicrətin 244-cü ili (miladi 858) xəlifə Mütəvəkkilin əmrinə əsasən Bizans
üzərinə yürüş edən məhşur sərkərdə Buğa əl-Kəbir Orta Anadoluda, Ankara
yaxınlığında yerləşən Səmələ şəhərini fəth etdi. Hətta xəlifə Mütəvəkkilin qətli
sırasında da Buğa əl-Kəbir Sumeysat şəhərində öz vəzifəsini davam etdirirdi.
Hicrətin 245-ci ili (miladi 859) Bizans imperatoru III Mixail (842-867) ye-
ni
dən əsirlərin mübadiləsi təklifi ilə xəlifəyə müraciət etdi. Lakin mübadilə ba-
rədə danışıqlar getdiyi bir vaxtda Bizans ordusu Sumeysata hücum etdi və bu
hü
cum nəticəsində beş yüz nəfər müsəlman öldürüldü.
Buna cavab olaraq Bizans üzərinə yürüş edən xilafət ordusu miladi tarixilə
860-
cı ildə Lölöə qalasını fəth etdi.
Hicrətin 246-cı ili (miladi 860) müsəlmanlarla Bizans arasında əsir müba-
di
ləsi həyata keçirildi. Bu mübadilə nəticəsində 2300 nəfər müsəlman əsirlik-
dən azad edildi.
Afrikada Büccə qövmünün qiyamı
Həbəşilərin bir növü olan Büccə Afrikanın şimal-şərq hissəsində, Sudan və
Nu
biya (Misirin cənubu) torpaqlarında, Asuanla Qırmızı dəniz arasındakı mə-
kan
da məskunlaşmış bir qövmün adıdır. Xəlifə Ömər ibn Xəttabın (634-644) xi-
lafəti dövründə Misiri fəth edən (641) müsəlmanlar büccəlilərlə sülh bağlamışlar.
Hicrətin 216-cı ili (miladi 831) xəlifə Məmunun (813-833) dövründə büc-
cəlilər sülhü pozaraq qiyam etdilər. Xəlifə tərəfindən göndərilən ordu onları
məğlub edərək xərac verməyə razı saldılar.
Hicrətin 241-ci ili (miladi 855) xəlifə Mütəvəkkilin dövründə yenidən qi-
yam edən büccəlilər xəracı ödəməkdən imtina etdilər. Həmsərhəd bölgələrə hü-
cum edən büccəlilər müsəlmanlara əziyyət verməyə başladılar. Misir hakimi
vi
layətdə baş verən hadisələri xəlifəyə çatdırdı.
Misirdə baş verən büccə qiyamını yatırmaq istəyən xəlifə Mütəvəkkil Mə-
həmməd ibn Abdullah Qummi adlı sərkərdəni böyük bir ordu ilə Misir torpaq-
la
rına göndərdi. Hicrətin 241-ci ilində (miladi 855) baş verən döyüşdə qalib gə-
lən Məhəmməd ibn Abdullah Büccə şahını təslim olmağa məcbur etdi. Bu qə-
496
Tarixi-
Təbəri, V cild, səh-327; Tarixi-Məsudi, IV cild, səh-115.