Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə158/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   154   155   156   157   158   159   160   161   ...   314

  

319 


Xilafətə türklərin əli ilə gələn Mütəvəkkil, onların əliylədə xilafətdən gedə 

bi

ləcəyindən qorxurdu. Buna görə də, türklərə böyük nifrət bəsləyən Mütəvək-



kil onların hər addımını nəzarət altında saxlayırdı. Xəlifənin ən çox ehtiyat et-

di

yi şəxs, xilafət ordusunun baş komandanı İytax idi. O, Bağdaddan qərbə doğ-



ru torpaqların valisi, məğribli və türk qoşunlarının komandanı, xəlifənin şəxsi 

qvar


diyasının başçısı və poçt işlərinin nəzarətçisi idi. Aradan götürüləcək bütün 

fuzlu şəxslər İytaxın sarayında qətlə yetirilirdi. İytax özünün bircə göstərişi 



ilə dövlət çevrilişi edə bilərdi. 

Bütün bunları götür-qoy edən xəlifə onu Samirədən uzaqlaşdıraraq aradan 

götür

mək qərarına gəldi. Hicri 234-cü ilin (miadi 848-849) sonlarında İytaxın 



həcc ziyarətinə getmək üçün icazə istəməsi xəlifənin əlinə fürsət verdi. İytaxa 

nəinki icazə verildi, hətta yol boyu gedəcəyi şəhərlərin idarəçiliyinin ona tapşı-

rıldığı elan olundu. O paytaxdan uzaqlaşan kimi, Mütəvəkkil öz şəxsi qvardiya-

s

ının başçılığını digər türk əsilli sərkərdə Vəsifə tapşırdı. 



Həcc əməllərini başa vurub geri qayıdan İytax Bağdada çatarkən, xəlifənin 

gös


tərişi ilə Bağdad valisi İshaq ibn İbrahim tərəfindən həbs edildi. Bir müddət 

həbsdə qalan İytax hicrətin 235-ci ili (miladi 849) susuzluqdan vəfat etdi.

494

 

 



Əhli-kitaba qarşı görülən tədbirlər 

Hicrətin 235-ci ilində (miladi 850) xəlifə Mütəvəkkil, xristianlara və yəhu-

du

lərə qarşı bir çox məhdudiyyətlər qoyulması barədə fərman imzaladı. Fərma-



na əsasən Əhli-kitabdan olanlar müsəlmanlardan fərqlənmələri üçün sarı rəngli 

əba geyinməli, öz dini mənsubiyyətlərini bildirən zunnar (belə bağlanan sarıq) 

bağlamalı, hətta atlarının yəhərinə də fərqləndirici nişanlar taxmalı idilər. Onla-

ra əmr olunurdu ki, uşaqlarının geyiminə sarı rəngli yamaq vursunlar. Kişiləri-

nə yalnız sarı rəngdə əmmamə qoymaq, qadınlarına sarı rəngli çarşab örtmək 

ica


zəsi verilirdi. 

Hicrətin 239-cu ilində (miladi 853) xəlifə Mütəvəkkil əhli-kitabın hüquqla-

rını daha da məhdudlaşdıran yeni fərman imzaladı. Bu fərmana görə, əhli-ki-

tab


dan olanlara at və yabı minmək qadağan olunurdu. Onlar minik heyvanı ki-

mi yalnız qatırdan və uzunqulaqdan istifadə edə bilərdilər.

495

 

Mütəvəkkil və Bizansla aparılan müharibələr 



Hicrətin  223-cü  ili  (miladi  838)  xəlifə  Mutəsimin  Amuriyyə  səfərindən 

sonra Bi


zansla müsəlmanlar arasında irimiqyaslı döyüşlər baş verməmişdir. On 

beş il sonra hicrətin 238-ci ili (miladi 853) yenidən müsəlman torpaqlarına so-

xulan  Bizans  ordusu,  Nil  çayının  deltasında  yerləşən  Dumyat  şəhərini  talan 

edərək xeyli əsirlə geri qayıtdı.  

494

Tarixi-


Təbəri, V cild, səh-302-303. 

495


Tarixi-

Təbəri, V cild, səh-304-305; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-313-314. 

  

                                                           




 

320 


Üç il sonra hicrətin 241-ci ili (miladi 856) müsəlmanlarla Bizans arasında 

baş tutan əsir mübadiləsi nəticəsində 785 nəfər müsəlman kişi və 125 nəfər mü-

səlman qadın əsirlikdən azad edildi. 

Hicrətin  242-ci ili (miladi  857)  yenidən  müsəlman  torpaqlarına  hücum 

edən bizanslılar on min nəfətlik əsirlə geri qayıtdılar. Müsəlmanlar onları geri 

qay


tarmaq üçün yola düşsələr də, bizanslılar geri çəkildiyindən heç bir döyüş 

baş vermədi. 

Hicrətin 243-cü ilinin sonlarında (miladi 858) türklərin təzyiqindən xilas ol-

maq istəyən xəlifə Mütəvəkkil Bağdaddan çıxıb Şama getdi. Lakin havanın so-

yuqluğunu və rütubəti bəhanə gətirərək iki ay sonra yenidən Bağdada qayıtdı.

496


 

Hicrətin 244-cü ili (miladi 858) xəlifə Mütəvəkkilin əmrinə əsasən Bizans 

üzərinə  yürüş  edən  məhşur  sərkərdə  Buğa  əl-Kəbir  Orta  Anadoluda,  Ankara 

yaxınlığında yerləşən Səmələ şəhərini fəth etdi. Hətta xəlifə Mütəvəkkilin qətli 

sırasında da Buğa əl-Kəbir Sumeysat şəhərində öz vəzifəsini davam etdirirdi. 

Hicrətin 245-ci ili (miladi 859) Bizans imperatoru III Mixail (842-867) ye-

ni

dən əsirlərin mübadiləsi təklifi ilə xəlifəyə müraciət etdi. Lakin mübadilə ba-



rədə danışıqlar getdiyi bir vaxtda Bizans ordusu Sumeysata hücum etdi və bu 

cum nəticəsində beş yüz nəfər müsəlman öldürüldü. 



Buna cavab olaraq Bizans üzərinə yürüş edən xilafət ordusu miladi tarixilə 

860-


cı ildə Lölöə qalasını fəth etdi. 

Hicrətin 246-cı ili (miladi 860) müsəlmanlarla Bizans arasında əsir müba-

di

ləsi həyata keçirildi. Bu mübadilə nəticəsində 2300 nəfər müsəlman əsirlik-



dən azad edildi. 

 

Afrikada Büccə qövmünün qiyamı 

Həbəşilərin bir növü olan Büccə Afrikanın şimal-şərq hissəsində, Sudan və 

Nu

biya  (Misirin  cənubu)  torpaqlarında,  Asuanla  Qırmızı  dəniz  arasındakı  mə-



kan

da məskunlaşmış bir qövmün adıdır. Xəlifə Ömər ibn Xəttabın (634-644) xi-

lafəti dövründə Misiri fəth edən (641) müsəlmanlar büccəlilərlə sülh bağlamışlar. 

Hicrətin 216-cı ili (miladi 831) xəlifə Məmunun (813-833) dövründə büc-

cəlilər  sülhü  pozaraq  qiyam  etdilər.  Xəlifə  tərəfindən  göndərilən  ordu  onları 

məğlub edərək xərac verməyə razı saldılar. 

Hicrətin 241-ci ili (miladi 855) xəlifə Mütəvəkkilin dövründə yenidən qi-

yam edən büccəlilər xəracı ödəməkdən imtina etdilər. Həmsərhəd bölgələrə hü-

cum  edən  büccəlilər  müsəlmanlara  əziyyət  verməyə  başladılar.  Misir  hakimi 

vi

layətdə baş verən hadisələri xəlifəyə çatdırdı. 



Misirdə baş verən büccə qiyamını yatırmaq istəyən xəlifə Mütəvəkkil Mə-

həmməd ibn Abdullah Qummi adlı sərkərdəni böyük bir ordu ilə Misir torpaq-

la

rına göndərdi. Hicrətin 241-ci ilində (miladi 855) baş verən döyüşdə qalib gə-



lən Məhəmməd ibn Abdullah Büccə şahını təslim olmağa məcbur etdi. Bu qə-

496


Tarixi-

Təbəri, V cild, səh-327; Tarixi-Məsudi, IV cild, səh-115. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə