Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə161/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   157   158   159   160   161   162   163   164   ...   314

  

325 


nəticəsində, xilafətin məşhur sərkərdələri Bağır, Bəğlun, Musa ibn Buğa əl-Kə-

bir və Harun ibn Süvartəkin tərəfindən öldürüldü.

512

 

 



Əbu Cəfər Məhəmməd Müntəsir hicri 247-248 (miladi 861-862) 

Əbu  Cəfər  Məhəmməd  Müntəsir  ibn  Cəfər  hicrətin  222-ci  ilində  (miladi 

837) xəlifə Mutəsimin xilafəti dövründə Samirədə anadan olmuşdur. Anası hə-

bəşili bir kəniz olan Müntəsir, xəlifə seçilərkən iyirmi beş yaşında idi. 

Atası  Mütəvəkkilin  qətlindən  dərhal  sonra  Müntəsir  ilk  öncə  qardaşları 

təzzlə Müəyyədi və məşhur sərkərdə Vəsifi çağırıb onlardan beyət aldı. Da-



ha sonra digər saray əyanları da beyət etdilər. Lakin onun xilafətini qəbul etmə-

yən Ubeydullah ibn Yəhya on min nəfərlik dəstə ilə çevriliş etmək istəsə də, bu 

fik

rindən daşındı. Çünki onun xəlifə kimi görmək istədiyi Mütəzz xəlifə Mün-



təsirin əlində idi.

513


 

Bu hadisədən sonra Müntəsir Ubeydullah ibn Yəhyanın yerinə Əhməd ibn 

Xəsibi özünə vəzir təyin etdi. 

Atası Mütəvəkkildən fərqli olaraq, həddən artıq mərhəmətli və insaflı olan 

Mün

təsir,  Əhli-Beytlə  mülayim  davranırdı.  Onun  hakimiyyəti  dövründə  Əhli-



beyt imamlarına və Bəni-Haşim seyidlərinə zülm olunmadı, əksinə həbsdə olan 

Əhli-beyt  tərəfdarları  sərbəst  buraxıldı.  Müntəsir  valilərə  tapşırmışdı  ki,  ələ-

vilərlə mehriban davranaraq onlara ehsan etsinlər. Onun xilafət illərində Fədək 

tor


pağı yenidən Əhli-beyt nümayəndələrinə qaytarılmış və Hz.Hüseynin (ə) zi-

yarəti üzərindəki qadağan götürülmüşdür.

514

 

Eyni  zamanda  Müntəsir  xəlifə  iqamətgahını  da  atası  Mütəvəkkilin  inşa 



etdirdiyi Cəfəriyyə şəhərindən Samirəyə qaytardı. Qısa müddət sonra əhalinin 

də, Cəfəriyyədən köçürülməsi ilə əlaqədar olaraq, tənəzzülə uğrayan şəhər bir 

neçə ay ərzində demək olar ki, xarabalığa çevrildi. 

 

Vəsifin Bizans sərhəddinə göndərilməsi 

Xilafəti əldə edən Müntəsir, bir neçə ay sonra vəziri Əhməd ibn Xəsibin təh-

ri

ki ilə sərkərdə Vəsifi, hicrətin 248-ci ilində (miladi 862) Bizans imperatorunun 



cumlarının qarşısını almaq üçün Bizansla sərhəd bölgələrə göndərdi. Xəlifənin 

gös

tərişinə əsasən Vəsif on minlərlik qoşunla Malatya istiqamətində hərbi səfərə 



çıxdı. Vəsifin Malatyaya gəlişindən az sonra Müntəsir ona bildirdi ki, göndərildi-

yi bölgədə ən azı dördü qalıb, bizanslılarla döyüşsün, soyuqlar düşəndə isə istira-

hətə çəkilsin. Müntəsirin hakimiyyətinin sonuna qədər Bizans sərhəddində qalan 

Vəsif, Müstəinin xəlifə seçilməsiylə Samirəyə qayıtmışdır.

515

 

512



Tarixi-

Təbəri,  V  cild,  səh-334-338; Tarixi-Məsudi,  IV  cild,  səh-115-122;  Tarixi  ibn  Əsir, 

VII cild, səh-95-102; İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, X cild, səh-349. 

513


Tarxi-

Təbəri, V cild, səh-341. 

514

Tarixi-


Təbəri, V cild, səh-351-353; Tarixi ibn Əsir, VII cild, səh-114-115, Natiq Rəhimov, 

İslam Tarixi, II cild, səh-224. 

515

Tarixi-


Təbəri, V cild, səh-345; Tarixi ibn Əsir, VII cild, səh-111-112. 

  

                                                           




 

326 


 

Müntəsirin qardaşlarını vəliəhdlikdən kənarlaşdırması 

Müntəsir  Abbasi  xəlifəsi  təyin  edildikdən  sonra  vəzir  Əhməd  ibn  Xəsib, 

Vəsif və Buğa Mütəzzlə Müəyyədin vəliəhdliyi ilə razılaşmayıb, xəlifədən tə-

ləb  etdilər  ki,  onları  vəliəhdlikdən  uzaqlaşdırıb,  özündən  sonra  oğlu  Əbdul-

Vəhhabı vəliəhd təyin etsin. Çünki Mütəzzlə Müəyyəd, Müntəsirdən fərqli ola-

raq türklərə qarşı mənfi münasibətdə idilər. 

Türklərin  təzyiqinə  tab  gətirməyən  xəlifə  Müntəsir,  sonda  qardaşlarını 

vəliəhdlikdən kənarlaşdırmaq qərarına gəldi. Bu məqsədlə xəlifə hər iki qarda-

şını yanına çağıraraq buyurdu: “Elə zənn edirsiniz ki, sizi vəliəhdlikdən uzaq-

laşdırıb, öz oğlumun böyüməsinə kimi gözləmək və onu vəliəhd təyin etmək 

arzu

sundayam? Allaha and olsun ki, məndən sonra əmim oğlanlarının hakimiy-



yəti ələ keçirmələrindənsə, öz qardaşlarımın xilafətə keçmələri mənə daha xoş-

dur.  Amma  ətrafımda  olan  bu  əyanlar  sizi  vəliəhdlikdən  kənarlaşdırmağımı 

məndən tələb edirlər. Qorxuram ki, əgər dediklərini yerinə yetirməsəm, sizi öl-

rərlər. And olsun Allaha, mənim gözümdə bunların hamısının qanı sizin biri-



nizin 

həyatına bərabər deyil. Bu üzdən onların istəyini qəbul etməyi məsləhət 

gördüm”. 

Hicrətin 248-ci ili (miladi 862) xilafət sarayında təşkil edilmiş məclisdə və-

zir Əhməd ibn Xəsib tərəfindən hər iki vəliəhdin istefa kağızı oxundu. Bundan 

sonra elan olund

u ki, xilafətin hər yerində xütbələrin sonunda vəliəhd kimi az 

yaşlı Əbdul-Vəhhabın adına dualar oxunsun.

516

 

Vəliəhdlik  məsələsindən  qısa  müddət  sonra  xəlifə  Müntəsir  xəstələnərək 



vəfat edir. Əhməd ibn Mutəsim tərəfindən cənazə namazı qılınan xəlifə Samirə 

şəhərində dəfn edildi. Tarixi mənbələrə əsasən Müntəsir, məzarının yeri dəqiq 

bili

nən ilk Abbasi xəlifəsidir.



517

 

 



Əbul-Abbas Əhməd Müstəin hicri 248-252 (miladi 862-866) 

Əbul-Abbas Əhməd ibn Məhəmməd ibn Mutəsim hicrətin 220-ci ili (mila-

di 834) xəlifə Mutəsimin xilafəti dövründə Samirədə anadan olmuşdur.  

Xəlifə Müntəsirin ölümündən sonra məşhur sərkərdələrdən olan Buğa əl-

Kəbir, Buğa əs-Səğir və Otamış bir araya gələrək, yeni seçiləcək xəlifənin kim 

ola


cağı barədə məşrəvət etdilər. Türklər, Məğaribilər və İsrövşənəlilər elə bir 

şəxsi xəlifə seçmək istəyirdilər ki, hakimiyyətə gəldikdən sonra, onlara zərəri 

to

xunmasın.  Bir  günlük  müzakirədən  sonra,  həmin  şəxslər  hicrətin  248-ci ili 



(mi

ladi 862) Müntəsirin əmisi, iyirmi səkkiz yaşlı Əhməd ibn Məhəmməd ibn 

516

Tarixi-


Təbəri,  V  cild,  səh-342-350; Tarixi-Məsudi,  IV  cild,  səh-133-136;  Tarixi  ibn  Əsir, 

VII cild, səh-112-114. 

517

 Tarixi-Təbəri, V cild, səh-351. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə