Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi, vəzifələri və onun tarixi haqqında məlumat verin



Yüklə 56,88 Kb.
səhifə1/12
tarix23.12.2023
ölçüsü56,88 Kb.
#155050
  1   2   3   4   5   6   7   8   9   ...   12
1.docx EMTQ (1).docx duz


1

01

1 (Asan)

5 bal

Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi, vəzifələri və onun tarixi haqqında məlumat verin.

Planlaşdırma fəaliyyətlərində ətraf mühitin qiymətləndirilməsi sistemləri (ƏMQS) bu gün dünyanın demək olar ki, bütün ölkələrində və bir çox beynəlxalq təşkilatlarda ekoloji siyasətin “qabaqlayıcı”, proaktiv aləti kimi istifadə olunur. Ətraf mühitin qiymətləndirilməsi sadə bir prinsipə əsaslanır: planlaşdırma mərhələsində fəaliyyətin ətraf mühitə mənfi təsirlərini müəyyən etmək, qarşısını alımaq, onları həyata keçirmək mərhələsində aşkar etmək və bərpa etməyə. Beləliklə, ekoloji qiymətləndirmə, təklif olunan fəaliyyətin ətraf mühitə mümkün təsirinin hərtərəfli təhlilinə və ətraf mühitə zərərinin qarşısını almaq və ya azaltmaq üçün aparılan analizin nəticələrindən istifadə etməyə əsaslanmışdır. Bu yanaşma, dayanıqlı inkişaf haqqında fikirlərin yayılması ilə xüsusilə aktuallaşır, çünki məqsədlərin formalaşdırılması, müəyyən bir fəaliyyətin həyata keçirilməsi ilə bağlı planlaşdırma və qərar qəbul etmə mərhələsində olan iqtisadi, ekoloji faktorları da nəzərə almağa imkan verir.


Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ), hər hansı bir layihənin və fəaliyyətin ətraf mühitə göstərdiyi təsiri əks etdirən bir prosesdir. Bu proses, birbaşa deyil, inkişaf etdirilərək formalaşan, o cümlədən yeni layihələrin və alternativ təkliflər daxil olmaqla ətraf mühitə daimi və ya müvəqqəti təsirlərinin təhlili və qiymətləndirilməsidir.
ƏMTQ-nin məqsədi-Ekoloji dəyərləri iqtisadi və sosial inkişafa mane olmadan iqtisadi siyasətdən qorumaq, ətraf mühitə, insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi və müəyyən bir hadisənin səbəb ola biləcəyi bütün ekoloji əks təsirləri əvvəlcədən müəyyənləşdirmək və müvafiq tədbirlərin görülməsini təmin etməkdir.

Yüklə 56,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə