Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi, vəzifələri və onun tarixi haqqında məlumat verin



Yüklə 56,88 Kb.
səhifə6/12
tarix23.12.2023
ölçüsü56,88 Kb.
#155050
1   2   3   4   5   6   7   8   9   ...   12
1.docx EMTQ (1).docx duz

Optiki üsullar. Optiki üsullara - işığin udulmasi (o cumlədən fotometrik, spektroskopik və absorbsion spektrosko­piya); spektral analiz; polyaroqrafik və kolorimetrik üsullar aid edilir.
Bunlardan ən ucuz və asan həyata keciriləni kolorimetrik üsuldur. Bu üsul vasitəsilə qarışıqların tərkibində olan bir cox elementlərin varlığını çox həssaslıqla təyin etmək olar. Bununla bərabər, absorbsion spektral analiz vasitəsilə nəinki mikroqarısıqları, eyni zamanda əsas komponentləri də təyin etmək olar.
Optiki üsullardan istifadə edərək tez və yuksək dəqiqliklə muxtəlif mad-dələri analiz etmək olar. Fotoelementlərdən istifadə edərək analizi avtomatlaşdır-maq mümkündür.
Elektrokimyəvi üsullar. Elektrokimyəvi usullara konduktometriya, potensiometriya, polyaroqrafiya, kulonometriya və digər analiz üsullar daxildir. Bu üsullar xüsusi həssaslığı ilə fərqlənirlər və analizin avtomatlasdirilmasina imkan verir. Məsələn, kulonometrik analiz üsulu vasitəsilə 1 ml məhlulda 0,01-0,1 mkq (mikroqram) Mn, Fe, Ag və s. elementləri təyin etmək mümkundur. Polyaroqrafik analiz vasitəsilə mis, qurğuşun, sink, kadmium elementlərinin mikroqramlarının miqdarını təyin etmək mümkündür.
Radiometrik üsul. Radiometrik analiz üsulları arasında izotop durulaşdırma və aktivləşmiş analiz üsulları ən əhəmiyyətli hesab olunurlar.

7

02

1 (Asan)

5 bal

Xromatoqrafik və spektometrik üsulların mahiyyətini izah edin.


Xromatoqrafik üsul. Bu analiz üsulu fiziki-kimyəvi analiz üsulları arasında ən geniş yayılmış analiz üsulu hesab olunur və elementlərin ayrılması zamanı ən universal üsul hesab edilir.
Bu üsul sorbsion (sorbentlərdə ayrılma), çökmə və ayrılma xromatoqrafiyası kimi bölmələrə malikdir. Xromato­qrafik analiz zamanı xromatoqrafik kağızlardan və xüsusi uducu adsorbentlərdən istifadə edilir. Digər tərəfdən hazirda qaz-maye xromatoqrafiyasından genis istifadə olunur. Son zamanlar müasir cihazlar vasitəsilə murəkkəb tərkibə malik olan qatisiqlarin sürətli analizi aparılır.
Xromatoqrammalarda keyfiyyət analizi bir başa aparılır. Kəmiyyət analizi zamanı isə xromatoqrafik olaraq qatışıqlar ayrılır, yuyulur (xüsusi həll edicilər vasitəsilə) və analizator vasitəsilə miqdarı təyin olunur. Murəkkəb qaz qarısıqları xromatoqrafin qazanalizatorunda istilik kecirmə, termokimyəvi effekt qiymətlərinin fərqinə gorə təyin edilir.
Nadir torpaq elementlerinin təyini zamanı ionmubadilə üsulundan istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, atom cəkisi cox olan element xromatoqraf kolonkasından birinci cıxır və bu qayda ilə elementlər bir-birindən ayrılır. Kimyəvi reaksiya məhlullarının tərkibində mikroqatışıqlari (qaz, maye və bəzəndə bərk halda) təyin etmək ucun kutlə-spektroskopiyasından istifadə edilir. Agır metalların mikroqatılıgını öyrənmək ücün ən əlverişli üsul atom-absorbsiya üsülu hesab olunur.
Canlı və cansız təbiətdə ekoloji-kimyəvi proseslərin eksperimental-tədqiqat üsullari fövqəladə muxtəlifdir. Bu əsasən, ətraf muhitə bioloji və qeyri-bioloji yollarla daxil olan maddələrin miqrasiyasi, çevrilmələri və dagılmasını tədqiq edən kimyəvi usullara aiddir.
Ekoloji-kimyəvi eksperimental-tədqiqat üsullarının əsas məqsədi - maddə-lərin davamlılıgı, yayılma xassələri, bioloji və qeyri-bioloji obyektlərdə cevrilmə sürəti haqqında məlumatlar toplamaq və maddələrin ekoloji zərərliliyi, eyni zamanda maddələrin kimyəvi xassələri ilə onlarin təbiətdə aktivliyi arasinda əlaqəni oyrənməkdir. Bioloji və meteoroloji məlumatların toplanmasi, sistemin əsas vəziyyətinin muəyyənləşdirilməsi və muxtəlif eksperiment məlumatlarının fərqləndirilməsi ücun həyata kecirilir.
Eksperimental tədqiqatlar ücün əsas obyektlər su və yerüstü sistemlər olub, burada ziyanlı maddələrin daxil olması, toplanması və cevrilmələri haqqında məlumatlar əldə edilir.



8

02

2 (Orta)

10 bal

Avtomatlaşdırılmış nəzarət sistemlərinin mahiyyətini izah edin.

Ekoloji tədqiqat metodlarının stasionar avadanlıqlar bazasının əsasını, kompleks şəkildə texniki vasitələr - avtomatlaşdırılmış nəzarət sistemləri (ANS) təşkil edir.


Hazırda avtomatlaşdırılmış nəzarət sistemləri (ANS) dünyanın bütün inkişaf etmiş ölkələrində təşkil edilmiş və fəaliyyət göstərir.
ANS-nin həll etdiyi məsələləri bir neçə qrupa bölmək olar: sənaye, şəhər, əyalət, ümumidövlət və qlobal.

Yüklə 56,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə