Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi, vəzifələri və onun tarixi haqqında məlumat verin



Yüklə 56,88 Kb.
səhifə8/12
tarix23.12.2023
ölçüsü56,88 Kb.
#155050
1   ...   4   5   6   7   8   9   10   11   12
1.docx EMTQ (1).docx duz

Mexaniki çirklənmə – əsasən səthi çirklənmə növlərinə xas olub, suyun tərkibində mexaniki qatışıqların artması ilə yaranır;
Kimyəvi çirklənmə - suyun tərkibində toksiki və qeyri-toksiki təsirə malik üzvi və qeyri-üzvi maddələrin mövcud olduğu zaman yaranır;
Bakterioloji və bioloji çirklənmə - suyun tərkibində müxtəlif patogen mikroorqanizmlərin, göbələklərin və xırda yosunların mövcud olması ilə yaranır;
Radioaktiv çirklənmə - yeraltı və səth sularında radioaktiv maddələrin olması ilə yaranır;
İstilik çirklənməsi – istilik və atom elektrik stansiyalarından qızdırılmış suların su tutarlarına axıdılması ilə yaranır.
Su tutarlarının zibillənmə və çirklənmələrinin əsas mənbəyi sənaye və kommunal təsərrüfat müəssisələrinin, böyük heyvandarlıq komplekslərinin kifayət dərəcədə təmizlənməyən çirkab suları, yer altından çıxarılan filiz yataqlarının işlənməsi zamanı əmələ gələn tullantılar; mədən, şaxta və meşə materiallarının əridilməsi və emal olunması zamanı əmələ gələn sular; su və dəmir yol nəqliyyatı tullantıları; kətan, pestisidlər və ilkin emalı zamanı yaranan tullantılardır. Çirkləndirici maddələr təbii su hövzələrinə düşərək suyun keyfiyyət dəyişmələrinə səbəb olur – bu adətən, xoşagəlməyən qoxuların, dadların və s., meydana çıxması ilə təzahür edir; suyun kimyəvi tərkibinin dəyişməsi, adətən, su səthində zərərli və üzən maddələrin olması və onların su hövzələrinin dibində toplanması ilə meydana gəlir. Sənaye çirkab suları əsasən istehsal tullantıları ilə çirklənir.
Çirkab suları sənaye sahələri və onların texnoloji proseslərindən asılı olaraq kəmiyyət və keyfiyyət tərkiblərinə görə müxtəlif olur. Çirkab sularını iki əsas qrupa bölürlər:

  1. Tərkibində qeyri üzvi qatışıqlar və o cümlədən də toksiki maddələr saxlayan çirkab suları;

  2. Tərkibində zəhərli maddələr olan çirkab suları.

14

03

2 (Orta)

10 bal

Ətraf mühitin çirklənməsinə təsir edən çirkab sularının mexaniki üsulla təmizlənməsinin mahiyyətini izah edin.

Çirklənmiş suların bütün müasir tələblərə cavab verə bilən universal təmizləmə üsulu hələki yoxdur. Çirkab suların bütün məlum təmizlənmə üsullarını aşağıdakı qruplara ayırırlar: mexaniki, kimyəvi, fiziki-kimyəvi, termiki, bioloji (biokimyəvi). Mexaniki üsullar əsasən ilkin təmizləmə zamanı istifadə olunur. Belə üsullar sudan müxtəlif ölçülü həll olmayan qatışıqların ayrılması məqsədilə istifadə olunur. Bu halda aşağıdakı avadanlıqlardan istifadə olunur: torlar, barabanlı torlar, filtrlər, qumtutanlar, çökdürücülər, nefttutucuları, qətran- piy-yağtutucuları Çökdürücülər çirkab sularında çökən və üzən kobud dispers qatışıqların təmizlənməsi üçün istifadə olunan mexaniki təmizlənmə üsullarının əsas avadanlığı həsab olunur. Göstərilən qatışıqların təmizlənməsi üçün çökdürücü nohurlardan da istifadə olunur. Çirkab sularının təmizlənməsi – çirkab sularının tərkibində olan zərərli maddələrin dağıdılması və ya kənar edilməsi məqsədilə onların emal olunması prosesidir.


Çirkab sularının çirkləndiricilərdən azad edilməsi mürəkkəb bir istehsaldır. Hər hansı digər istehsal sahələrində olduğu kimi bu istehsal sahəsində də xammal (çirkab suları) və hazır məhsul (təmizlənmiş sular) olur. Çirkab sularının təmizlənmə üsullarının seçilməsi çirkləndirici maddələrin qatılığından asılıdır. Bu və ya digər üsulun tətbiq olunması hər bir konkret halda çirklənmənin xarakteri və qatışıqların zərərlilik dərəcəsi ilə müəyyən olunur. Bu üsullar birlikdə tətbiq olunduğu halda çirkab sularının təmizlənməsi və zərərsizləşdirilməsi kombinə olunmuş üsul adlanır.

Yüklə 56,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə