Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi, vəzifələri və onun tarixi haqqında məlumat verin



Yüklə 56,88 Kb.
səhifə9/12
tarix23.12.2023
ölçüsü56,88 Kb.
#155050
1   ...   4   5   6   7   8   9   10   11   12
1.docx EMTQ (1).docx duz

Mexaniki təmizləmə üsulunun mahiyyəti ondan ibarətdir ki, çirkli sular çökdürülmə və filtrləmə yolu ilə mexaniki qarışıqlardan azad olur. Kobud dispers hissəciklər, ölçülərindən asılı olaraq müxtəlif konstruksiyalı hörmə tor, ələk, qumtutucu, səptiklər, peyin tutucuları, səth çirkləndiriciləri isə - çökdürücülər, nefttutucuları, benzin-yağ tutucuları və s. vasitəsilə tutulur. Məxaniki üsul məişət çirkab suları tərkibindən 60-75%, sənaye çirkab suları tərkibindən isə 95%-ə qədər həll olmayan qatışıqların ayrılmasına imkan verir ki, həmin qatışıqlar da qiymətli qatışıq kimi istehsalatda istifadə olunur.
Sənaye və məişət çirkab suları tərkibində həll olan və həll olmayan asılqan hissəciklər olur. Asılqan qatışıqlar (bərk və maye) su ilə dispers sistem əmələ gətirir. Asılqan hissəciklərin ölçülərindən asılı olaraq əmələ gələn dispers sistemləri 3 qrupa bölürlər: 1) hissəciklərinin ölçüləri 0,1 mkm-dən böyük olan kobud dispers sistemlər (suspenziya və emulsiya); 2) hissə ciklərinin ölçüləri 0,1 mкm - 1 nm həddində olan kalloid sistemlər; 3) hissəcikləri ayrı-ayrı molekul və ya ionların ölçülərinə uyğun olan həqiqi məhlullar .
Çirkab sularından asılqan hissəciklərin kənar edilməsi üçün hidromexaniki süzmə (dövrü və fasiləsiz), çökdürmə (cazibə və mərkəzdənqaçma qüvvəsi təsiri ilə), filtrləmə proseslərindən istifadə olunur. Üsulun seçilməsi asılqan hissəciklərin ölçüsündən, fiziki-kimyəvi xassələrindən, qatılığından, çirkab suyunun sərfindən və lazımi təmizləmə dərəcəsindən asılı olur.

15

03

2 (Orta)

10 bal

Ətraf mühitin çirklənməsinə təsir edən çirkab sularının filtrləmə üsulu ilə təmizlənməsinin mahiyyətini izah edin.

Filtrləmə üçün müxtəlif konstruksiyalı filtrlərdən istifadə edirlər. Onlara olan əsas tələbat: qatışıqların ayrılmasının yüksək effektivliyi və filtrləmənin maksimal sürəti.


Filtrləmə prosesi 3 mərhələdən ibarətdir: 1) hissəciklərin layı əmələ gətirən maddə səthinə keçirilməsi; 2) səthə yapışdırılması və 3) səthdən qoparılması.
Asılqan hissəciklərinin tutulma mexanizminə görə filtrləmənin 2 növü vardır:
1) çirkləndirici (çöküntü) plyonka vasitəsilə filtrləmə; 2) çirkləndirici (çöküntü) plyonka əmələ gəlmədən filtrləmə. Birinci halda ölçüləri material məsamələrinin ölçülərindən böyük olan hissəciklər tutulur, sonra da çirklənmə layı əmələ gəlir ki, o da filtrləyici material rolunu oynayır. İkinci halda filtrləmə doldurma layı daxilində baş verir ki, orada da çirkli hissəciklər filtrləyici material nüvəsinin adgeziya qüvvələri tərəfindən tutulur. Bununla yanaşı olaraq asta və sürətli filtirlərdən də istifadə olunur.

Yüklə 56,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə