Ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsədi, vəzifələri və onun tarixi haqqında məlumat verin


Şəhər və əyalət avtomatlaşdırılmış nəzarət sistemlərinin vəzifəsi və mahiyyəti



Yüklə 56,88 Kb.
səhifə7/12
tarix23.12.2023
ölçüsü56,88 Kb.
#155050
1   2   3   4   5   6   7   8   9   ...   12
1.docx EMTQ (1).docx duz

Şəhər və əyalət avtomatlaşdırılmış nəzarət sistemlərinin vəzifəsi və mahiyyəti.
Sənayenin ANS-nin vəzifəsi sənaye müəssisələrinin ziyanlı tullantılarına nə-zarət etmək və onların çirkləndiricilik dərəcəsini müəyyən etməkdir. Nəzarət mən-təqələri müəssisə tullantılarının ən çox yayıldığı zonalarda yaradılır. Tullantılar qaz halında və bərk hissəciklərin tüstü ilə birlikdə olduğu halda olarsa, nəzarət həmçinin küləyin yaşayiş məntəqəsinə doğru əsdiyi yerlərdə də yaradıla bilər.
Şəhər ANS-i səhər ərazisində yerləsən sənaye müəssisələri və nəqliyyat va-sitələrinin atmosferi çirkləndirmə dərəcəsinə nəzarəti həyata keçirir. Bu nəzarət sistemləri şəhərdə yerleşən sənaye müessisələrinin tullantılaının zərərlilik dərə-cəsini müəyyən etmək, onların tullantılarının su hövzə­lərinə qarişmasının qarsısını almaq və nəqliyyatın intensivliyi çox olan küçələrdə zəhərli qazların miqdarına nə-zarət etmək məqsədini dasıyır.
Əyalət ANS-nin vəzifəsi müəyyən bir ərazidə ətraf mühitin çirklənməsinə nəzarət aparmaq, alınan məlumatları təhlil etməkdir. Əldə olunan nəticələr təhlil edilərək, cirklənmənin qarşisını almaq ücün zəruri tövsiyələr verilməlidir. Alınan nəticələr, həmçinin, şəhər və sənayenin avtomatlaşdırılmış nəzarət sistemlərinin toplanmış məlumatları ilə müqayisə edilir və avtomat hesablama avadanlıqlarının yaddaşina verilir. Ümumidövlət və qlobal avtomatlaşdırılmış nəzarət sistemlərinin vəzifəsi və mahiyyəti.
Ümumidövlət ANS-nin vəzifəsi fundamental tedqiqatlar aparmaqla dövlətin ərazisində ətraf mühitin vəziyyətinə nəzarət etmək, əsas çirkləndirici obyektləri müəyyən edərək onların standart göstəricilər daxilində işlənməsini təmin etmək və ekoloji istiqamətdə yeni proqnozlar verməkdir.
Ümumi ANS lazımi məlumatları şəhər ANS-dən, əyalət ANS-dən, süni peyklərin və kosmik tədqiqatların köməyi ilə əldə edərək, ümumiləşmiş şəkildə məlumatlar toplusu yaradaraq istiqamətli şekildə istifadə etməlidir.
Qlobal ANS-nin vəzifəsi beynəlxalq sistemlərə daxil olmaqla ətraf mühitin vəziyyətinin monitoringini həyata keçirmək və beynəlxalq razilaşma əsasında və-ziyyətə nəzarəti həyata kecirməkdir.
ANS-ə uyğun mühitin parametrlerini suda, torpaqda və havada müəyyən edərək onlara nəzarəti həyata kecirir. ANS-in quruluşu ilk növbədə uç kateqoriyaya bölünür:
- sistemli və uzun müddətli nəzarəti həyata keçirən stasionar məntəqələr;
- hərəkət edən məntəqələr;
- qaz alovları və müəssisə tüstülərini mütəmadi yoxlayan məntəqələr.



9

02

2 (Orta)

10 bal

Landşaft-indukasiya üsullarının mahiyyətini izah edin.

Təbii mühit obyektlərinin çirklənməsinin landşaft-indikasiya (mənzərə göstəricisi) prinsipi aşağıdakıları əhatə edir: landşaftın vəziyyəti və onun morfoloji quruluşu, təbii obyektlərin çirklənməsinin səviyyəsini ortaya çıxarır.
Landşaftın quruluşu öz növbəsində çirklənmənin göstəricisi sayıla bilər və texnogen təsirin səviyyəsini müəyyən edir.
Uzunmüddətli intensiv texnogen təsirlər morfoloji quruluş səviyyəsində po-zulmanın əsas göstəricisi sayila bilər. Bu, ən mürəkkəb tədqiqat üsulu olub, bio-testləşmə və komponent göstericisi üsullarına nisbətən pozulmani müəyyən etməkdə əlverişli üsullardan biri hesab olunur.
Landsaftin vertikal (komponent) quruluşunun əmələ gəlməsi çirklənmənin əsas indikatoru rolunu oynayır.
Texnogen modifikasiyanın miqdarı, onun uzunmüddətliliyinin yaranması, öz növbəsində landşaft quruluşunun dəyişməsinin dərinliyini xarakterizə edir.
Morfoquruluşun indikasiya xassələri müxtəlifdir. Landşaftın planlı qurulu-şunun özü əhəmiyyət kəsb edir. Təbii komplekslərin morfoloji quruluşda üstünlük təşkil etdiyi halda, akkumulyator çirklənməsi onun indikator məlumatlarını kəskin şəkildə artırır.
Belə ki, şimal tayqasi və cənub tayqası landşaftlarında texnogen maddələrin toplanması dağ döşünə və dərələrin dibinə nisbətən intensiv gedir.
Texnogen təsirlər nə qədər uzunmüddətli və intensiv olarsa, landsaftın pozulmasının müəyyən edilməsi bir o qədər asan olar.
Indikasion yaxınlaşma o hallarda tətbiq olunur ki, sistemin vəziyyətinin müəyyənləşdirilməsi qısa zaman kəsiyi tələb edir.
Bitki ortüyünün xüsusiyyətləri təbii və antropogen təsirlərin əsas gostəricisi olub, biotestləşmə yolu ilə landşaft haqqında məlumat almaga imkan verir.
Bioloji sistemlərdə antropogen təsirlərin səviyyəsi müəyyən edilərkən bitki ortüyünün vəziyyəti praktiki məsələlərin əsas həlledicisi rolunu oynayır.
Son illərdə mühit çirklənməsinin biotestləşdirilməsi problemi yolu, suyun və havanın çirklənməsinin oyrənilməsində üstünlük təşkil edir.
Hazırda, landşaft-indikasiya tədqiqatları bir sira istiqamətlərdə aparilir. Onlardan birincisi aerolandşaft indikasiyası və ya klassik landşaft indikasiyası hesab olunur. Bu istiqamət təbii proseslərin inkişafinı müəyyən edir və bitki ortüyünün vəziyyəti ilə landşaft komponentlərinin fizionomik vəziyyəti xarakterizə olunur. Aerolandşaft indikasiyasi vasitəsilə geoloji quruluş, faydalı qazıntı yataqlarının axtarılması, yeraltı sularin müəyyənləsdirilməsi və daimi dönüşluyün vəziyyəti müəyyən edilir.
Texnogen təsir gostəricilərindən biri də qar ortüyü ilə torf qatinin vəziyyətidir. Qar ortüyü geosistemə texnogen təsirlərin əsas informasiya mənbəyi hesab edilir. Bu tədqiqat üsulu şimal zonalarinda, qarin uzun müddət qaldiği mühitlərdə daha əlverişli hesab olunur.
Torf qatı qarortüyünə nisbətdə çirklənmənin həm zaman, həm də məkan daxilində əsas gostərici hesab olunur. Torf bataqliqlarinin vəziyyətinin oyrənilməsi çirklənmənin müddətini və səviyyəsini müəyyən edir.
Geosistemin pozulma indikatoru atmosfer havasi vasitəsilə cavab reaksiyasini xarakterizə edir. Digər tərəfdən, torpağin üstündə və daxilində olan meza və mikrofaunaların vəziyyəti, geosistemdə gedən pozulmaların gostəricilərindən biri hesab olunur.
Landsaft-indikasiya üsulunda torpaq qati əsas məsələlərin müəyyənləsdiril-məsində boyük rol oynayir.
Yuyulma sularının kimyəvi analizi, müxtəlif geosistemlərin torpaqlarında texnogenez məhsüllarindan ozü-ozünü təmizləmə qabiliyyəti haqqinda müfəssəl məlumatlar verə bilir. Məlumdur ki, humus tərkibli torpaqlar atmosfer coküntülə-rini saxlamaq qabiliyyətinə malik olduğundan, yuyulma sulari bioloji dövran çirklənmələrini və yeraltı qrunt sularında olan çirkləndiriciləri təyin etməyə imkan verir.


03

1 (Asan)

5 bal

Suyun ekoloji əhəmiyyətini izah edin.

Su – çox qiymətli təbii ehtiyatdır və dünyanın ən böyük sərvətidir. Bütün canlı orqanizmlər üçün su yaşayış mühitidir. Onun insan, heyvan və bütün bitkilərin yaşam ehtiyaclarında zəruri olduğu hamıya məlumdur. Su, həyatın əsasını təşkil edən maddələr mübadiləsi prosəsində müstəsna rol oynayır. Su sənaye və kənd təsərrufatı istehsalatında böyük əhəmiyyət kəsb ədir. Zavod və fabriklərdə, kənd təsərrüfatının suvarma sistemində çoxlu miqdarda su işlədilir.


Şəhərlərin böyüməsi, sənayenin sürətli inkişafı, kənd təsərrufatının intensivləşdirilməsi, suvarılan torpaq sahələrinin xeyli genişləndirilməsi, mədəni-məişət şəraitinin yaxşılaşdırılması və bir sıra digər faktorlar su təchizatı probleminin daha çox çətinləşməsinə səbəb olur. Suya olan tələbat böyükdür və hər il artır. Yer kürəsində bütün su təchizatı növlərində suyun illik sərfi 3300-3500 кm3 təşkil edir. Bu halda cəmi su istehlakının 70%-i kənd təsərrufatında istifadə olunur. Kimya və səllüloza-kağız sənayesi, qara və əlvan metallurgiya sahəsində çoxlu su istifadə olunur. Habelə, energetikanın inkişafı da suya tələbatın kəskin artmasına səbəb olur. Suyun xeyli hissəsi maldarlıq sahəsində, həmçinin də əhalinin məişət ehtiyaclarına sərf olunur. Məişət-təsərrufat sahələrində istifadə olunan suyun böyük bir hissəsi işləndikdən sonra çaylara və su hövzələrinə çirkab sular kimi qaytarılır. Şirin suyun defisit (qıtlıq) olması artıq indi dünya problemi olmuşdur. Ölkələrin sənayə və kənd təsərrufatı sahələrində suya tələbatının getdikcə artması dünya alimlərindən bu problemin həlli üçün müxtəlif vasitələrin axtarılmasını tələb edir. Müasir dövrdə su ehtiyatlarından səmərəli istifadə istiqaməti də müəyyən edilmiş və bu istiqamətlər aşağıdakılardan ibarətdir: şirin su ehtiyatlarından daha tam istifadəsindən və geniş təkrar istehsalından; su tutarlarının çirklənməsinin qarşısını almasından və təmiz su sərfinin minimuma çatdırılmasına imkan yaradan yeni texnoloji proseslərin işlənib hazırlanmasından.

13

03

1 (Asan)

5 bal

Suyun çirklənmə mənbələrinin xarakterik xüsusiyyətlərini s\ciyyələndirin?

Su tutarlarına bərk, maye və qazşəkilli maddələrin atılması nəticəsində suyun fiziki, kimyəvi və bioloji xassələrinin hər hansı dəyişikliyi nəticəsində su ehtiyatlarının çirklənməsi baş verir. Belə çirklənmiş sular xalq təsərrüfatına, əhalinin təhlükəsizliyinə və sağlamlığına zərər verir.


Səth və yeraltrı suların çirklənməsinin aşağıdakı növləri mövcuddur:

Yüklə 56,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə