Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə2/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9   ...   314

 

öldürməyin;  meyvə  ağaclarını  tələf  etməyin,  heyvanları  tələf  etməyin.  Siz 



hücrələrdə  dini  ayinlə  məşğul  olan  adamların  yanından  keçəcəksiniz;  onları 

rahat buraxın və ibadətlərinə mane olmayın. Sizi qəbul edən hər bir şəhər və 

xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun.”  

Xəlifə  Ömərin  dövründə  Sasani  imperiyası  məğlub  oldu  və  Azərbaycan 

digər bölgələr kimi də müsəlmanların tabeçiliyinə keçdi. 

Demək  olmaz  ki,  bu  fəthdən  əhali  əziyyət  çəkdi.  Çünki  ərəblər  əhalinin 

əmlakını əllərindən almır, onları islamı qəbul etməyə məcbur etmirdilər. Bütün 

bunlarla yanaşı yerli adət-ənənələrə hörmətlə yanaşılırdı. Elə bu səbədəndir ki, 

Azərbaycan  xalqı  islamdan  öncəki  adət-ənənələrini  bu  günə  kimi  qoruyub 

saxlayıb. Əhalinin digər hüquqları da pozulmurdu. Əlbəttə müasir meyarlarla 

yanaşsaq islamlaşma prosesində nöqsan tapmaq olar, ancaq unutmayaq ki, bu 

hadisələr  dünyanın  cəhalətə  mürtəkib  olduğu  orta  əsrlərin  əvvəllərində  baş 

verirdi.  Həmin  dövrün  meyarları  ilə  müsəlmanlar  fəth  olunmuş  xalqların 

hüquqlarını qoruyurdu. Bu isə imperiya siyasətindən və sonsuz müharibələrdən 

bezmiş  əhali  üçün  olduqca  mühüm  idi  və  onlar  könüllü  olaraq  xilafətin 

tabeçiliyinə  keçirdi.  Bu  işdə  artıq  öncədən  Azərbaycan  və  İran  ərazilərində 

müsəlmanların olması və yerli camaatın islam dinin gözəlliyi ilə tanış olduğu 

təsir  göstərmişdi.  Azərbaycan  qısa  bir  zamanda  tamamilə  müsəlmanlaşdı. 

Arran ərazisi xristian olaraq qalırdı və xilafətin tərkibinə yalnız xəlifə Osmanın 

dövründə (644-656) daxil oldu. Artıq həzrət Əlinin (ə) dövründə Azərbaycanın 

əksəriyyəti  müsəlman  olmuşdu.  Buna  baxmayaraq  Girdman  əmirliyi  xrisitian 

olaraq qalırdı. Sonralar islam hakimiyyəti altında Arran və Azərbaycan vahid 

vilayətə  birləşdi.  Bütün  bu  deyilənləri  nəzərə  alsaq  belə  məlum  olacaqdır  ki, 

islam tarixinin xalqımızı tarixi ilə sıx bağlılığı və hətta vəhdəti vardır. 

İslam  tarixi  təkcə  islam  dünyasında  baş  verən  tarixi  hadisələri  xronoloji 

ardıcıllıqla  izləmir.  Bu  tarix  həm  də  tarixi  təfsir  edir,  islamda  dövlətçilik 

ənənəsinin mahiyyətini açıqlayır və nəhayət insanların tarixdən ibrət almalarını 

önə çəkir. 

Nəzərdən keçirilən kitab sonuncu səmavi din olan İslamın dəyər və prin-

sip


lərinin təbliği və təşviqi baxımından dəyərli və diqqətəlayiq bir əsərdir. Belə 

ki,  burada  müqəddəs  dinimiz  olan  İslam  dininin  tarixi  bütün  cəhətləri,  qayə, 

məqsəd və məramları ilə birlikdə təhlil olunur,  oxucuya bu mükəmməl  dinin 

tarixi ilə bağlı gərəkli məlumatlar çatdırılır. 

Bu gün məmləkətimizdə İslam dininə qayıdışın vüsət aldığı bir vaxtda bu 

ki

tabın nəşr üçün hazırlanması əsərin  aktuallığına dəlalət  edən cəhətdir. Belə 



bir əsərin işıq üzü görməsinin vacibliyini şərtləndirən əsas məqamda məhz bu-

nun


la əlaqədardır: müqəddəs dinimizin tarixinə dair mövcud ədəbiyyat bolluğu 

fo

nunda bu mövzuya dair dürüst informasiyaları özündə ehtiva edən, həqiqi is-



la

mi dəyərləri əks etdirən mənbələr olduqca azdır. Bu baxımdan əsər, İslam ta-

ri

xini  olduğu  kimi,  dərindən  və  ətraflı  öyrənmək  istəyənlər  üçün  əhəmiyyət 



kəsb edir. 


  

Təqdim olunan bu kitab əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi-



nin sistemindəki dövlət və özəl ali məktəblərində “Dinşünaslıq”, “İslamşünas-

lıq” və “İslam hüququnun əsasları” fənlərindən dərs deyən müəllimlər, bu fən-

ləri öyrənən tələbələr və mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

Ümumilikdə,  əsərin  işıq  üzü  görməsini  təqdir  edir  və  onun  geniş  oxucu 

küt

ləsini maraqlandıracağına, habelə islami maarifləndirmə işinə dəyərli töhfə 



ola

cağına inanıram. 

 

Kamandar  Şərifov,  filologiya  elmləri 

doktoru, AMEA-

nın  M.Füzuli  adına 

Əlyazmalar  İnstitutunun  Ərəbdilli 

əlyazmaların tədqiqi şöbəsinin müdiri.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GİRİŞ 

  



 

 



 

Millətlərin  gələcəyi  üçün  tarix  yazmaq,  həyata  keçirmək  qədər  çətindir. 

Günü

müzdə tarix şüurunu daşıyan millətlər, milli qüdrət və mədəniyyət həmlə-



lərində bu xəzinədən faydalandıqca, bir çox dəyər qazanmış olacaqlar. Çünki 

ta

rix, bir mədəniyyət və şüur qaynağı olmadıqca torpaq altında qalan qiymətli 



mədənlər kimi heç bir məna kəsb etməz. 

Tarix şüuru çox qədim olub, insanların mənəvi vəsfləri və mədəniyyət sə-

viy

yələri nisbətində dərinləşir. Tarixini bilməyən, şüurunu tanımayan millətlər, 



ha

fizə və idrakını əldən vermiş kimsələrə bənzəyirlər. 

Cəmiyyət  və  mədəniyyətin  yüksək  olduğu  dövrlərdə  maddi-mənəvi  qüv-

vətlər arasında bir tarazlığın olduğunu göstərdiyi kimi, çöküşlərinə də bu taraz-

lığın pozulmasının səbəb olduğunu tarix araşdırmaları göstərməkdədir. 

Ərəbistan çöllərindən çıxan iman və İslam ruhu, qısa zamanda qədim dün-

ya

nın böyük bir qismini əhatə etmiş, məchul və sadə insanlar, birdən-birə tari-



xin qəhrəman və dahiləri olmuşlar. İslamiyyət bu ilahi qüdrət sayəsində, dün-

ya

nın iki nəhəng imperatorluğu olan Bizans və Sasani imperatorluqlarına son 



qoy

muş,  az  bir  zaman  kəsiyində  Atlantik  okeanı  sahillərindən  Çin  səddinə, 

Qaf

qaz dağlarından Priney dağlarına qədər yeni bir iman, inanc, dünya nizamı, 



dəyişik bir görüş və həyat gətirmişdir. Bütün bu qüdrət və fəthlər İslamın bö-

yük möcüzələri sayəsində həyata keçmişdir. 

İslam tarixini və  İslam  mədəniyyətini heç olmazsa ümumi xətləri ilə bil-

mək, milli tarix tərbiyəsi almaq lüzumu bilən hər bir müsəlman üçün vacibdir. 

İslam tarixi, ümumi tarixin bir qolu olduğu üçün onun ortaya qoyduğu faydalar 

burada da mövcuddur. 

Tarix insanın ömrünü keçmişə doğru  götürür. Keçmiş 

üm

mətlərin hadisələrini öyrənir, keçmiş əsrləri geri gətirir və hadisələrin nəti-



cələrini bilən kimsənin təcrübə və ehtiyatını artırır. Həqiqətəndə tarixi bilmə-

dən bugünki hadisələri dəyərləndirmək, dövlətlərin davranışını anlamaq müm-

kün de

yildir. Hər çeşidli təbliğatın aparıldığı dünyamızda gənclərə milli mədə-



niy

yəti və tarixini yaxşı öyrətmək önəmli bir vəzifə sayılmalıdır. 

İslam  tarixi  həm  də  əqidəmizin  tarixidir.  Bu  tarixi  doğru-düzgün  şəkildə 

öyrənmədən  əqidəmizin  doğruluğundan  bixəbər  olacağıq.  Buna  görə  də  bu 

tədqiqat  işində  hadislərə  təkcə  tarixşünaslıq  baxımından  deyil,  eyni  zamanda 

əqidə nöqteyi nəzərdən də baxılmış və araşdırmalar aparılmışdır. Bunun üçün 

isə erkən xilafət dövründə yazılmış ən mühüm əsərlərdən tutmuş günümüzədək 

yazılmış  mövzu  ilə  əlaqəli  əsərlərə  müraciət  edilmişdir.  Tədqiq  etdiyimiz 

əsərlər müxtəlif istiqamətlidir. Buraya tarix, təfsir, hədis və  əqaid  elminə aid 

yazılmış  bir  çox  mənbələr  daxildir.  Həmçinin  istifadə  etdiyimiz  mənbələr 

içində azərbaycanlı tədqiqatçıların əsərləri də öz əksini tapmışdır. 

Təəssüflər  olsun  ki,  ölkəmiz  70  ilə  yaxın  bir  dövrdə  mənfur  Sovet 

hakimiyyətinin əsarəti altında olmuş və bunun da nəticəsində xalqımızın milli-

mənəvi  dəyərlərinə  ciddi  ziyan  dəymişdir.  İslamın  ilkin  dövrlərindən  islama 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə