29
Məscidun-Nəbinin yaxınlığında kimsəsizlər üçün sığınacaq yeri olan Suffa
in
şa edilmiş və buranın sakinlərinə Əshabi-Suffa (suffa əhli) deyilmişdir. Suffa
əhli bütün günü Hz.Peyğəmbərin
(s) yanında olur, nazil olan ayələri və Hz.Pey-
ğəmbərin (s) söylədiyi hədisləri əzbərləyirdilər. Peyğəmbərə (s) gətirilən ye-
məklərlə qidalanır, bəzi vaxtlar isə odun sataraq pul qazanırdılar. Eyni zaman-
da Suffa islamda ilk məktəb kimi də götürülür. İslamda ilk müəllim Hz.Pey-
ğəmbərin (s) özü hesab olunur. Suffa əhlinə Hz.Peyğəmbərdən (s) başqa
Hz.
Əli
(ə), Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Ubeyy ibn Kəb, Əbu
Mu
sa Əşəri (Abdullah ibn Qeyss), Miqdad ibn Əsvəd də Suffa əhlinə dərs de-
mişdi. Məscidun-Nəbiyə birləşik olaraq Hz.Peyğəmbərin
(s) xanımları üçün ti-
kil
miş yerlərə hücrə deyilir.
Hicrətdən on yeddi il sonra miladi tarixilə 639-cu ildə ikinci xəlifə Ömər
ibn Xəttabın xilafəti dövründə Hz.Əlinin (ə) təklifi ilə Hz.Peyğəmbərin (s) hic-
rət etdiyi il yəni 622-ci il islam təqviminin başlanğıcı kimi götürülmüşdür. Baş-
lanğıc ay olaraq isə məhərrəm ayı götürülmüşdür.
Lakin İslami mənbələrə müraciət etdikdə məlum olur ki, hicrəti ilk tarix
kimi məhz Hz. Peyğəmbərin (s) özü istifadə etmişdir. Hz. Peyğəmbər (s) qəbilə
və dövlət başçılarına göndərdiyi məktublara hicrətə əsasən tarix qoymuşdur.
Həmin məktublardan bəzilərini qeyd edirik:
1)Məşhur islam tarixçisi Bəlazuri Hz. Peyğəmbərin (s) Məqna yəhudiləri
ilə müqaviləsini qeyd edərək bildirir ki, müqavilənin mətnini misirli bir şəxs
köhnə qırmızı parçada görüb mənim üçün oxumuşdu. Həmin müqavilənin
sonunda deyilir: “Sizin üçün özünüzdən və Rəsulullahın Əhli-beytindən gözəl
başçı ola bilməz. Əli ibn Əbutalib hicrətin doqquzuncu ilində yazmışdır.”
32
2)Peyğəmbərin (s) göstərişi ilə Əlinin (ə) Nəcran xaçpərəstlərinə yazdığı
sülh məktubunda hicrətin beşinci ilində yazıldığı göztərilir. Məktubda deyilir:
“Peyğəmbər (s) Əliyə sülh məktubunun hicrətin beşinci ilində yazılmasını
göstərməsini əmr edir.”
33
3)Hədis alimləri Zühəridən belə nəql edirlər: “Peyğəmbər Mədinəyə gələn
kimi tarix təyin edilməsinə göstəriş verir. Tarix rəbiul-əvvəl (hicrətin ilk ayı)
ayından təyin edilir.”
34
Hicrətin tarixin başlağıncı kimi götürülməsi barədə
daha ətraflı məlumat əldə etmək üçün bu mənbələrə müraciət edə bilərsiniz:
Əbu Nəim, Əxbari İsfahan, I cild, səh-52-53; Bəlazuri, Futuhul-Buldan, səh-
72;
əl-Əmval, səh-297; Məcməuz-zəvaid, IX cild, səh-190; Tarixul-Xəmis, I
cild, səh-367-369; Məğazeyi-Vaqidi, II cild, səh-531, 534; Tarixi-Təbəri, II
cild, səh-388; Müstədrəki-Hakim, III cild, səh-13-14; Cəfər Sübhani, Həzrət
Muhəmməd, səh-276-278.
32
Cəfər Sübhani, Həzrət Muhəmməd, Bakı-2010, səh-276
33
Həmin mənbə
34
Həmin mənbə, səh-277
30
Merac
Merac hadisəsi besətin onuncu ili şiə alimlərinə görə rəbiül-əvvəl ayının on
iki
si, sünni alimlərinə görə rəcəb ayının iyirmi yeddisi miladi tarixilə 620-ci ildə
baş vermişdir. Hz.Peyğəmbərin
(s) Məscidul-Həramdan Məscidul-Əqsaya apa-
rılmasına isra (yəni gecə gəzintisi) deyilir. Hz.Peyğəmbərin (s) Məscidul-Əqsa-
dan Cəbraillə (ə) Buraq adlı minikdə ərşə qalxmasına merac (yüksəlmə) deyilir.
Qurani-
Kərimin “İsra” və “Nəcm” surələrində meracdan bəhs olunur. Meracda
ol
arkən Hz.Peyğəmbər (s) ərşin birinci qatında Hz.Adəmlə (ə), ikinci qatında
Hz.Yəhya
(ə) və Hz.İsa
(ə), üçüncü qatında Hz.İdris
(ə) və Hz.Yusif
(ə), dördün-
cü qatında Hz.Harun (ə), beşinci qatında Hz.Musa (ə), altıncı qatında Hz.İbra-
himlə (ə) görüşdükdən sonra öz məqamı olan göyün yeddinci qatı “Sidrətül-
Mün
təhaya”qalxmışdır.
Meracda olarkən Hz.Peyğəmbər (s) Allahın üzünü görmədən onunla pərdə ar-
xa
sından danışmış və Allah tərəfindən üç şey Peyğəmbərə (s) hədiyyə edilmişdir:
1) Namaz;
2)
Ümmətindən Allaha şərik qoşmayanların cənnətə gedə biləcəyi müjdəsi;
3)
Bəqərə surəsinin son ayələri.
Bəziləri Hz.Peyğəmbərin (s) Meracda ruhən və ya cismən olması barədə ixti-
lafa düşmüşlər. Lakin biz Qurana müraciət etdikdə görürük ki, Hz.Peyğəmbər (s)
Me
racda cismən olmuşdur. Çünki “İsra” surəsinin birinci ayəsində “biəbdihi” (yə-
ni özünü) deyə müraciət olunur. Əgər Hz.Peyğəmbər
(s) Meracda ruhən olsaydı o
zaman “biruhihi” (yəni onun ruhunu) deyə müraciət olunardı.
Qəzvələr və səriyyələr
Hz.
Peyğəmbərin
(s) Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanlarla
müşriklər arasında bir çox müharibələr baş vermişdir. Bu müharibələrin bə-
zisinə Hz.Peyğəmbər (s) şəxsən başçılıq etmiş, bəzisində isə işrirak etməmiş-
dir. Hz.
Peyğəmbərin (s) başçılığı altında gedən döyüşlərə qəzvə, Hz.Peyğəm-
bərin (s) iştirak etmədiyi döyüşlərə isə səriyyə deyilir. İslam tarixində iyirmi
yed
di qəzvə və qırx beş səriyyə baş vermişdir .
Hicrətin I ili baş verən hadisələr (miladi 623)
1.
Məscidun-Nəbi inşa edildi:
Hz.
Peyğəmbərin
(s) Məkkədən çıxıb Mədinəyə nə vaxt çatması tarixçılər
ara
sında ixtilaflıdır. Məşhur görüş budur ki, Həzrət
(s), besətin on ikinci ili rəbi-
ül-
əvvəl ayının on ikisində (miladi 622, 4 sentyabr) Mədinə yaxınlığında yerlə-
şən Quba məntəqəsinə çatmışdır.
35
Qu
ba adlı məntəqədə Hz.Peyğəmbəri
(s) bö-
yük coşqu ilə qarşılayan Mədinə qəbilələrindən hər biri onun onlarda qalmasını
is
təyərək onu öz evinə dəvət edirdi. Hz.Peyğəmbər (s) dəvətçilərin çoxluğunu
gö
rüb onların qəlblərini qırmamaq üçün dedi: “Dəvəmi sərbəst buraxın. O hara-
35
Seyyid Cəfər Şəhidi, İslam tarixi və təhlillər, səh-68.