Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə22/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   18   19   20   21   22   23   24   25   ...   314

  

45 


bay

rağını Hz.Əli (ə) tutmuşdu. Müsəlmanların qalaya yaxınlaşdığını görən yə-

hu

dilər qala qapılarını bağlayaraq mübarizəyə başladılar.  



Lakin uzun sürən mühasirənin sonunda yəhudilər Hz.Peyğəmbərlə (s) danı-

şıqlar aparmağa razı oldular. Bu məqsədlə Şas ibn Qeys Hz.Peyğəmbərin (s) ya-

nına gəlib xahiş edir ki, Bəni Qureyzəyə də digər yəhudilər kimi daşınan əmla-

kını  götürüb  Mədinəni  tərk  etməyə  icazə  versin.  Lakin  bunu  qəbul  etməyən 

Hz.

Peyğəmbər (s) cavab verir ki, Bəni Qureyzə qeydsiz-şərtsiz təslim olmalıdır. 



Sonda Bəni Qureyzə yəhudiləri onların barəsində Səd ibn Məazın qərar çıxa-

ra

cağı təqdirdə təslim olmağa razılıq verirlər. Onların ümid yeri olan Səd ibn Məaz 



yəhudilərin  müqəddəs  kitabı  Tövrata  əsaslanaraq  belə  bir  qərar  çıxarır:  “Bəni 

Qureyzə kişiləri edam, arvad-uşaqları əsir, əmlakı da müsadirə olunmalıdır.” 

Yəhudilərdən  əldə  edilmiş  qənimətin  xumsu  çıxarıldıqdan  sonra  müsəl-

man


lar arasında bölüşdürülür. Süvarilərə üç, piyadalara isə bir pay verilir. Be-

ləliklə, hicrətin beşinci ili zilhiccə ayının on doqquzunda Bəni Qureyzə döyü-

şüdə başa çatdı. 

9. 

Dumətul-Cəndəl qəzvəsi: 

Dumətul-Cəndəl Şamdan aralı Təyy dağının yaxınlığında yerləşir. Oradan 

Mədinəyə on altı günlük yoldur. Binası daşdan olduğu üçün belə adlandırılıb. 

Çünki “cəndəl” daş deməkdir. 

Bu məntəqədə yaşayan bir qrup insanlar əlbir olub yoldan keçən karvanları 

və insanları soyurdular. Həmçinin Mədinəyə hücum edib İslamiyyəti yox etmək 

fi

kirləri də var idi. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) rəbiül-əvvəl ayının 25-



də min nəfərlik dəstə ilə Dumətul-Cəndəl məntəqəsinə doğru hərəkət etdi. Mü-

səlmanların gəlişindən xəbər tutan soyğunçular dağılışır. Hz.Peyğəmbər (s) geri 

qa

yıdarkən  Fəzar  qəbiləsindən  olan  bir  nəfərlə  müqavilə  bağlayır.  Müqaviləyə 



əsasən həmin şəxs Mədinə otlaqlarından istifadə edə bilərdi.

50

 



 

Hicrətin altıncı ili baş verən hadisələr (miladi 628) 

1. Zatur-

Riqa qəzvəsi: 

Bəni-Ənmar, Bəni-Sələbə, Bəni-Müharib və Bəni-Qətvan qəbilələri böyük 

bir ordu toplayıb Mədinəyə hücum edərək islamiyyəti  yox etmək istəyirdilər. 

Bun


dan xəbər tutan Hz.Peyğəmbər (s) Əbuzər Ğəffarini Mədinədə öz yerində 

qo

yaraq ordunu hazır vəziyyətə gətirib Nəcd istiqamətinə doğru irəliləyir. İs-



lam ordusunun gəlişindən xəbər tutan düşmən ordusu dağılır. 

Zatur-


Riqa qəzvəsində Hz.Peyğəmbərin (s) müsəlman döyüşçülərlə birlik-

də vacib namazı qorxu namazı şəklində qılmasından və Nisa surəsinin 102-ci 

ayəsinə əsasən bu namazı müsəlmanlara öyrətməsindən məlum olur ki, düşmən 

ki

fayət qədər təhlükəli və vəziyyət olduqca gərgin idi.  



2. 

Bəni-Ləhyan qəzvəsi: 

50

Sireyi-



ibn Hişam, 2-ci cild, səh-213 

  

                                                           




 

46 


Bəni-Ləhyan  qəbiləsi  “Əzəl  və  Qarə”  tayfalarının  birləşməsindən  təşkil 

olun


muşdur. Bu qəbilə hicrətin dördüncü ilində baş verən Rəci faciəsində Süf-

yan ibn Xalidin göstərişi ilə Asim ibn Sabit və Xubeyb ibn Ədiyy kimi Hz.Pey-

ğəmbərin  (s) məhşur səhabələrini şəhid etmişlər. Bunları unutmayan Hz.Pey-

ğəmbər (s) hicrətin altıncı ilində bu qəbilələri məğlub edərək səhabələrinin inti-

qa

mını almışdır. Bu səfərin müddəti on dörd gün olmuşdur. 



3. Zi-

Qərəd qəzvəsi: 

Bu  qəzvəyə  İslam  tarixində  Qabə  qəzvəsidə  deyilir.  Qabə  Mədinənin 

yaxınlığında yerləşən bir çeşmənin adıdır. Bu məntəqədə Hz.Peyğəmbərin (s) 

iyir


mi dəvəsi otlayırdı və Əbuzər Ğəffari bu dəvələrin keşiyini çəkirdi. Hz.Pey-

ğəmbərin (s) Mədinədə olmamasından istifadə edən Uyeynə ibn Hisn Fəzari bir 

dəstə müşriklə Qabə məntəqəsinə hücum edərək Hz.Peyğəmbərin (s) dəvələrini 

türməklə  bərabər  Əbuzərin  oğlunu  da  şəhid  etdilər.  Bundan  xəbər  tutan 



Hz.Pey

ğəmbər (s) 700 nəfərlik dəstə ilə həmin məntəqəyə  gedərək Uyeynəni 

məğlub  etmiş  və  dəvələri  geri  almışdır.  Bu  döyüşdə  İslam  bayrağını  Miqdad 

ibn Əsvəd tutmuşdur. 



4. Məhəmməd ibn Müslim səriyyəsi: 

Bəni-Bəkr qəbiləsinin ordu toplayaraq Mədinəyə hücum edəcəyini öyrənən 

Hz.

Peyğəmbər (s) Məhəmməd ibn Müslimi göndərərək onları məğlub etdi. 



5. Hz.

Əli (ə) səriyyəsi: 

Bəni-Səd qəbiləsinin və Xeybər yəhudilərinin Mədinəyə hücum edəcəyin-

dən xəbər tutan Hz.Peyğəmbər (s) Hz.Əlini (ə) kiçik bir dəstə ilə göndərərək 

on

ları məğlub etdi. 



6. 

Hüdeybiyyə sülhü: 

Hicrətin  altıncı  ili  Hz.Peyğəmbər  (s)  Məkkəni  ziyarət  etmək  məqsədilə 

1400 nəfərlik səhabə ilə Mədinədən Məkkəyə doğru hərəkət etdi. Bundan xə-

bər tutan Məkkə müşrikləri müsəlmanları Məkkəyə buraxmamaq üçün böyük 

bir ordu topladılar. Hz.Peyğəmbər (s) və səhabələr Hüdeybiyyə quyusu ətrafına 

çat


dıqda  Hz.Peyğəmbərin  (s)  dəvəsi  hərəkət  etməyərək  yerə  çökdü.  Dəvənin 

üzü


nü Məkkəyə tərəf çevirdikdə çökür, Hüdeybiyyəyə tərəf çevirdikdə isə hə-

rəkət edirdi. Bunun bir hikmət olduğunu anlayan Hz.Peyğəmbər (s) Hüdeybiy-

yəyə tərəf hərəkət edərək belə dedi: “Müşriklər məndən nə istəsə, istər bizim 

zi

yanımıza, istərsə də xeyrimizə olsun qəbul edəcəyəm.” 



Bu zaman müşriklər tərəfindən nümayəndə olaraq göndərilən Urvə ibn Mə-

sud Səqəfi Hz.Peyğəmbərin (s) yanına gələrək belə dedi: “Siz yaxşı olar ki, bu-

radan  geri  qayıdasınız.  Onsuzda  müşriklər  sizə  Məkkəyə  buraxmayacaqlar.” 

Onun sözlərinə cavab olaraq Hz.Peyğəmbər (s) məqsədlərinin yalnız Kəbə evini 

ziyarət etmək olduğunu Urvədən Əbu Süfyana çatdırmasını istədi. Əbu Süfyan-

dan 


cavabın gec gəldiyini görən Hz.Peyğəmbər (s) Osman ibn Əfvanı Məkkəyə 

göndərdi. Bu zaman belə bir şayiə yayıldı ki, guya Osman ibn Əfvan müşriklər 

tərəfindən öldürülmüşdür. Buna əsasən Hz.Peyğəmbər  (s) və səhabələr Rizvan 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə