Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə25/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   21   22   23   24   25   26   27   28   ...   314

  

51 


Döyüşün baş verdiyi yer daşlı-qayalı olduğu üçün bu səriyyəyə İslam tari-

xin


də Vadiəl-Rəmlə səriyyəsi də deyilir. Yabis məntəqəsində toplanan 12000 

nəfərlik ordu belə qərara gəlirlər ki, Mədinəyə hücum edib Hz.Peyğəmbəri (s) 

və Hz.Əlini (ə) öldürməklə islamiyyəti yox etsinlər. 

Əli  ibn  İbrahim  Qummi  yazır:  “Bu  vaxt  Hz.Cəbrail  Hz.Peyğəmbərin  (s) 

ya

nına gələrək buyurur: “Ya Peyğəmbər! Dörd min nəfərlik ordu toplayıb Əbu 



Bəkrin başçılığı altında Yabis məntəqəsinə göndər ki, düşmən ordusunu məğ-

lub etsin.”

57

 

Şeyx Müfidə görə isə Yabis əhlinin Mədinəyə hücum edəcəyi xə-



bərini Hz.Peyğəmbərə (s) müsəlmanlardan biri çatdırmışdır.

58

 



Bu məlumatı öyrənən Hz.Peyğəmbər (s) dörd min nəfərlik ordu toplayaraq 

Əbu Bəkrin başçılığı altında Yabis məntəqəsinə göndərdi. 

Bu döyüş Hz.Əlinin (ə) vasitəsilə həyata keçdiyindən və müsəlmanlar bu 

döyüşdə  qalib  çıxdıqlarından  Allah  tərəfindən  Hz.  Əlinin  (ə)  şəninə  “Əl 

Adiyat”  surəsinin  ilk  beş  ayəsi  nazil  oldu

:  “And  olsun  (cihad  zamanı) 

tövşüyə-tövşüyə qaçan atlara! And olsun (dırnaqları ilə daşdan) qığılcım 

qoparan atlara! And olsun sübh çağı hücum edən atlara! And olsun o vaxt 

(və ya: o yerdə) toz-duman qoparan atlara! Sonra da onunla (tozanaqla) 

dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki!”  

Surədə içilən andlar İslam mücahidlərinin qəhrəmamlığına həsr edilmişdir.  



6. 

Mübahilə ayəsi və ya Ali-İmran surəsi 61-ci ayə: 

“(İsanın  Allahın  qulu  və  peyğəmbəri  olması  barədə)  sənə  göndərilən 

elm

dən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahi-

sə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qa-

dınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) ça-

ğıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənətini diləyək!” Təfsir 

və hədis alimlərinin nəql etdikləri rəvayətlərdə buyurulur: Mübahilə ayəsi nazil 

olandan sonra Hz.

Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. On-

lar  Hz.

Peyğəmbərdən  (s)  fikirləşmək  üçün  bir  gün  möhlət  istədilər.  Xristian-

ların başçısı və alimi Aqib dedi: “Əgər sabah Məhəmməd öz ailəsi və övladları 

ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq. Amma öz 

səhabələrini gətirsə, onunla mübahilə edərik.” 

Ertəsi gün Hz.Peyğəmbər (s) Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynlə (ə) 

birlikdə  xristianların  qarşısına  çıxdı.  Xristianların  başçısı  onlara  dedi:  “Mənim 

gör


düyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaətlə gəlmişdir. Qorxu-

ram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: 

“Ey Muhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi 

rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur:” Ey xristianlar! Mən elə nur-

lu sima

lar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla 



bahilə etməyin, yoxsa həlak olarsınız!” Fəxrəddin Razi bundan sonra yazır: 

57

Təfsiri-Qummi, 2-ci cild, səh-434. 



58

Əl-İrşad, səh-86 

  

                                                           




 

52 


“Həm keçmişdə, həm də indinin özündə şiələr bu ayəyə istinad edərək, Əlini (ə) 

Pey


ğəmbərin  (s)  nəfsi  və  özü  kimi  bilirlər.  Buna  əsasən,  Hz.Əli  (ə)  hamıdan 

fəzilətli  sayılır.”

59

 

Bu  ayədə  oğullarımız  deyəndə  Hz.Həsən  və  Hz.Hüseyn, 



qadınlarımız  deyəndə  Hz.Fatimə,  özümüz  deyəndə  isə  Hz.Əli  nəzərdə 

tutulmuşdur.  Bu  hadisə  aşağıdakı  islami  mənbələrdə  də  azacıq  fərqlə  qeyd 

olunmuşdur: 

1. 


Təfsiri-Qirtəbi, II cild, səh-1346 

 

2. Ruhul-



bəyan, II cild, səh-44 

3. 


Şəhabuddin Alusi, Ruhul-məani, III cild, səh-188 

4. 


İbn Həyyan Əndəlusi, Bəhrul-muhit, II cild, səh-472 

5. 


Səhihi-Müslim, IV cild, səh-1871, VII cild, səh-130 

6. 


Sünəni-Tirmizi, II cild, səh-166 

7. 


Müsnədi-Əhməd, I cild, səh-185 

8. 


Qunduzi Hənəfi, Yənabiul-məvəddət, səh-281 

9. 


Müstədrəki-Hakim, I cild, səh-193 

10. 


Əddurrul-mənsur, III cild, səh-38 

11. 


Qazi Beyzavi, Ənvarut-tənzil, II cild, səh-22 

12. 


Şəfqani, Fəthul-qədir, I cild, səh-524. 

13

. Əllamə Məclisi, Biharul-ənvar 



14. Şeyx Təbərsi, Məcməul-bəyan 

15. Şeyx Tusi, Təhzibul-əhkam 

16. Şeyx Səduq, Mən la yəhziruhul-fəqih 

17.Əllamə Təbatəbai, Əl-mizan 

18.Əllamə Əmini, əl-Qədir. 

7. Hz.

Peyğəmbər (s) Misir hökmdarı Müqəfkisin cariyə olaraq göndərdiyi 

Mariya əl-Qibtiyyə ilə evləndi. Bu izdivacdan Hz.Peyğəmbərin (s) İbrahim adlı 

oğlu dünyaya gəlmişdir. 



8. Hz.

Əlinin (ə) qızı Ümmü Gülsüm Mədinədə anadan oldu. 



 

Hicrətin səkkizinci ili baş verən hadisələr (miladi 630) 

1. 

Məkkənin fəthi: 

Hicrətin altıncı ilində bağlanan Hüdeybiyyə sülhünün şərtlərindən biri də 

bu idi ki, tərəflər arasında on il müharibə olmayacaq və qəbilələr istədikləri tə-

rəflə müttəfiq olmaqda azad olacaqlar. Bu müqaviləyə əsasən Bəni Bəkr və Bə-

ni Kənanə Məkkə müşrikləri ilə Bəni Xuzaə isə müsəlmanlarla müttəfiq olmuş-

du. 


Lakin  hicrətin  səkkizinci  ilində  Bəni  Bəkirlilər  Qureyşilərlə  əlbir  olaraq 

səlmanların müttəfiqi olan Bəni Xuzaə qəbiləsinə hücum edib xeyli sayda 



in

sanı şəhid etdilər. Bəni Xuzaə qəbiləsinin başçısı Əmr ibn Salim Mədinəyə 

gələrək baş verən hadisəni və Qureyşilərin özbaşınalıqlarını Hz.Peyğəmbərə (s) 

59

Təfsiri-Kəbir, VIII cild, səh-81. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə