Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə27/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   23   24   25   26   27   28   29   30   ...   314

  

55 


Meydanda  bir  qrup  səhabələr  qaldı  ki,  onlardan  da  Hz.  Əli  (ə),  Abbas  və 

başqalarını qeyd etmək olar. Sonda Hz.Peyğəmbərin (s) göstərişi ilə əmisi Abbas 

müsəlmanlara xitab edərək belə buyurdu: “Ey ənsar, ey ağac altında Peyğəmbərə 

beyət  edənlər,  Allahın  Rəsulunu qoyub hara qaçırsınız! Peyğəmbər  buradadır.” 

Abbasın  səsini  eşidən  müsəlmanlar  “Allahu  Əkbər”  deyərək  yenidən  meydana 

qayıtdı. 

Müsəlmanların yenidən hücuma keçməsi düşmən ordusunun qaçmasına sə-

bəb oldu. Onlar arvad-uşaqlarını meydanda qoyub Ovtas, Nəxlə və Taif qalala-

rına sığındılar. 

Hüneyn döyüşündə qalib gələn müsəlmanlar altı min əsir, 24 min baş dəvə, 

40 min baş qoyun qənimət götürür. 

Əldə olunan qənimətləri Hz.Peyğəmbər (s) səhabələr arasında bərabər bö-

lüşdürür. Qənimətin ona məxsus xumsunu isə təzəcə müsəlman olmuş şəxslər 

arasında paylayır. Onlar bu mükafata görə İslama daha çox bağlanırlar. İslam 

fiqhində bu şəxslərə “müəlləfətul-qulub” (yəni  İslama daha çox bağlanmaları 

üçün zəkat verilən şəxslər) deyilir.

63

 

3. 



Taifin mühasirəsi: 

Hicaz  məntəqəsinin  ən məşhur  şəhərlərindən  biri  olan  Taif  Məkkənin  on 

iki  fərsəxliyində  (bir  fərsəx  5,5  km)  yerləşir.  Güclü  ərəb  qəbilələrindən  olan 

Səqif qəbiləsi burada yaşayırdı. Hüneyn döyüşündə məğlub olan Səqiflilər ye-

ni

dən bu qalaya sığınmışdılar. Hüneyn döyüşündəki qələbərini tam rəsmiləşdir-



mək  istəyən  Hz.Peyğəmbər  (s)  əvvəlcə  Ovtasa  sığınanları  təqib  etmək  üçün 

Əbu Amir Əşəri və Əbu Musa Əşərini böyük bir dəstə ilə göndərir. Ovtas mən-

təqəsində baş verən döyüşdə Əbu Amir şəhid edilir. Əbu Amirin şəhadətindən 

sonra onu əvəz edən qardaşı oğlu Əbu Musa Əşəri düşmən ordusunu məğlub 

edərək Taifə qayıdaraq İslam ordusuna qoşulur.

64

 



Taif qala

sı uzun müddət müsəlmanlar tərəfindən mühasirədə saxlanılsa da 

heç bir nəticə əldə olunmur. Çünki Hz.Peyğəmbərin (s) gələcəyini qabaqcadan 

bilən  Səqiflilər  bir  illik  azuqələrini  qalaya  yığmışdılar.  Bütün  bunları  nəzərə 

alan Hz.

Peyğəmbər (s) mühasirəyə son verərək Məkkəyə gedib umrə ziyarətini 

yerinə yetirdikdən sonra zil-qədə ayının sonunda Mədinəyə qayıdır. 

Mədinəyə qayıdan Hz.Peyğəmbər (s) Malik ibn Ovfa belə bir xəbər göndərir: 

“Əgər gəlib İslamı qəbul etsə, onun əsir düşmüş adamlarını azad edəcək, özünə 

də  yüz  baş  dəvə  bağışlayacağam.”  Bundan  xəbər  tutan  Malik  ibn  Ovf  İslamı 

qəbul  edib  müsəlmanlara  qoşulmaq  qərarına  gəlir.  Bu  məqsədlə  Ciranə  məntə-

qəsinə gələrək İslamı qəbul edir. Hz.Peyğəmbər (s) də verdiyi sözə əməl edir və 

onu Nəsr, Səmalə və Sələmə qəbilələrindən olan müsəlmanların başçısı təyin edir. 

4. 

Ovtas döyüşü: 

63

Sireyi ibn Hişam, 3-cü cild ,səh-493 



64

Məğazeyi Vaqidi, 3-cü cild, səh-915-916. 

  

                                                           




 

56 


Ovtas  məntəqəsinə  sığınan  Səqif  qəbiləsini  məğlub  etmək  üçün  Hz.Pey-

ğəmbər  (s) Əbu  Amir  Əşərini  göndərdi.  Baş  verən  döyüşdə  Əbu  Amir  şəhid 

edil

dikdən  sonra  onu  qardaşı  oğlu  Əbu  Musa  Əşəri  əvəz  etdi.  Əbu  Musanın 



başçılıq etdiyi ordu Səqif qəbiləsini məğlub etdikdən sonra Taifə, Hz.Peyğəm-

bərin (s) yanına qayıtdı. 



5. Hz.

Peyğəmbərin (s) oğlu İbrahim anadan oldu. 



6.  Hz.

Peyğəmbərin (s) qızı Hz.Zeynəb (600-630) vəfat etdi. Zeynəbin Əli 

adlı oğlu və Ümamə adlı qızı dünyaya gəlmişdir. Əli kiçik yaşlarında vəfat et-

miş,  Ümamə  isə  Hz.Fatimənin  vəsiyyəti  əsasında  Həzrətin  vəfatından  sonra 

Hz.

Əli ilə evlənmişdir. Zeynəbi dəfn etmək üçün Hz.Peyğəmbərin (s) göstərişi 



ilə tabut düzəldilmişdir. Eyni zamanda bu islamda düzəldilən ilk tabut idi. 

7. 

Yəhudi şair Kəb ibn Züheyr islamı qəbul etdi. 



8. Hz.

Peyğəmbər (s) umrə ziyarətini yerinə yetirdi. 



 

Hicrətin doqquzuncu ili baş verən hadisələr (miladi 631) 

1. 

Təbuq qəzvəsi: 

Təbuq Suriya sərhədi ilə Hicr və Şam arasında yerləşən bir bulağın adıdır. 

Şamdan gələn bir nəfər Hz.Peyğəmbərə (s) xəbər verdi ki, Bizans ordusu bö-

yük bir or

du ilə Mədinəyə hücum edib islamiyyəti  yox etmək istəyir. Həmin 

ordu hal-ha

zırda  Mədinə  yaxınlığında  olan  Bəlqa  məntəqəsinə  çatmışdır.  Bu 

or

duda Ləxim, Amilə, Qəssan və Cəzzam qəbilələri də iştirak edirdilər.



65

 

Bundan xəbər tutan Hz.Peyğəmbər (s) dərhal göstəriş verir ki, Bizansa qar-



şı döyüşmək üçün ordu toplansın. Həmin vaxt Mədinədə məhsul yığımı vaxtı 

oldu


ğu üçün Hz.Peyğəmbər (s) ordu toplamaqda çətinlik çəkirdi. Təbuq döyü-

şünə İslam tarixində “fazihə” döyüşü də deyilir. Çünki bu döyüşdə münafiqlə-

rin ço

xu rüsvay olmuşdur. Təbuq döyüşünün digər bir adı isə “ceyşul-uşrət”dir. 



Çün

ki bu döyüşdə iştirak edən əsgərlər çətinlik və qıtlıqdan əziyyət çəkmişlər. 

Ey

ni zamanda Təbuq döyüşü əsl möminləri münafiqlərdən ayırmaq üçün gözəl 



bir fürsət idi. Çünki bu döyüşdə bəzi şəxslər müxtəlif bəhanələr gətirərək ordu-

dan yayınmağa çalışırdı. 

Təbuq döyüşündə iştirak etməyənlər bir neçə qrupa bölünür: 

1) 


Şəhvətpərəstlər: Hz.Peyğəmbər (s) münafiqlərdən olan Cədd ibn Qeysi 

yüşə çağırdıq da o, qadınpərəst olduğunu bəhanə gətirərək ordudan yayınır. 



Bu zaman Qurani-

Kərimin Tövbə surəsinin 49-cu ayəsi nazil olur. Ayədə de-

yilir: “Onlardan 

(münafiqlərdən): “Mənə (döyüşə getməməyə) izn ver, mə-

ni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüş-

lər. Şübhəsiz ki, Cəhənnəm kafirləri qaplayacaqdır!”  

2) 


Münafiqlər: Bəzi münafiqlər də özləri döyüşə getməməklə yanaşı digər-

lərini də döyüşə getməkdən yayındırmağa çalışırdılar. Onlar havanın isti olma-

sını  bəhanə  gətirərək  ordudan  yayınırdılar.  Onların  bəhanəsinə  cavab  olaraq 

65

Təbəqati ibn Səd, 2-ci cild, səh-165 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə