Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə35/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   31   32   33   34   35   36   37   38   ...   314

 

72 


intiqam  almaq  istəyən  sasanilər  yenidən  Vələcə  adlı  məntəqədə  toplandılar. 

Lakin 633-

cü ildə baş verən Vələcə döyüşündə də Xalidin başçılığı altinda olan 

İslam  ordusu  sasaniləri  məğlub  etdi.  Vələcə  döyüşündə  Bəkr  ibn  Vail  qəbi-

ləsinə mənsub olan xristian ərəblərin öldürülməsi ilə əlaqədar olaraq intiqam 

al

maq istəyən Bəni Bəkrlilər Ulleys adlı məntəqədə toplandılar. Bundan xəbər 



tu

tan İran Kəsrası yardım olaraq Cabanın başçılığı altında olan ordunu Ulleysə 

gön

dərdi.  Buna  əsasən  Ulleysə  gələn  Xalid  ərəb  rəislərindən  olan  Malik  ibn 



Qeysi öldürməklə iran ordusunu məğlub etdi. Ulleysdəki qələbədən sonra İs-

lam ordusu Əmgişiyanıda ələ keçirdi.

88

 

 



Hirə şəhərinin fəthi 

Vələcə  və  Ulleys  hadisələrindən  sonra  Əmgişiyanı  ələ  keçirən  Xalid  ibn 

Vəlid Hirəyə doğru hərəkət etdi. Hirənin mərzbanı Azazbeh Xalidlə döyüşmə-

yə çalışsa da məğlub oldu. Mühasirədə olan Hirəlilər başqa çarə qalmadığını 

rüncə Xalid ibn Vəlidə cizyə verməyə razı oldular. Nəticədə 190 min dirhəm 



ciz

yə  vermək  şərtilə  sülh  bağlandı.  Hirənin  fəthindən  sonra  ətrafdakı  qəbilə 

rəisləri Hirəyə gəlib təslim oldular və vergilər təsbit edildikdən sonra Xalid Zi-

rar ibn Əzvarı, Zirar ibn Xəttabı, Kaka ibn Əmri və Müsənna ibn Harisi Dəclə-

yə qədər İrana aid olan torpaqlara vali təyin etdi. İranlıları İslama dəvət etdik-

dən  sonra  Xalid  ibn  Vəlid  Ənbar  şəhərinə  doğru  hərəkət  etdi.  Şəhərin  valisi 

Şirzad özünə toxunmamaq şərtilə Ənbar şəhərini müsəlmamlara təslim etdi.

89

  



Zibriqan ibn Bədri Ənbara vali təyin edən Xalid Aynut-təmir qalasına doğ-

ru hərəkət etdi. Qalanın əmiri olan Mehranın tabeliyində iran əsgərlərindən əla-

və  Aqqanın  başçılığı  altında  olan  Bəni-Nəmr,  Bəni-Tağlib  və  s.  qəbilələrdən 

iba


rət olan ərəb əsgərləri də var idi. İlk öncə Aqqa ilə döyüşən Xalid onu məğ-

lub edərək xeyli əsir ələ keçirdi. Aqqanın məğlubiyyətindən xəbər tutan qala-

nın əmiri Mehran əsgərləri ilə birlikdə qalanı buraxaraq qaçdı. Ələ keçən əsir-

lər Aqqa ilə birlikdə Xalidin əmrilə edam edildilər.

90

 

İyaz  ibn  Qənəmə  kömək  məqsədilə  Dumətul-Cəndələ  gələn  Xalid  ibn 



Vəlid burada xristian ərəb sərkərdəsi Ükeydir ibn Əbdülməlikin sülh istəməsi-

nə  baxmayaraq  onu  öldürdü.  Xalidin  Dumətul-Cəndəldə  olduğunu  öyrənən 

xris

tian ərəblər ilə iranlılar İslam ordusuna arxadan zərbə vurmaq üçün Husayd 



və Hənəfisdə toplandılar. Bunu öyrənən Xalid Husayda Kaka ibn Əmri, Hənə-

fi

sə isə Əbu Leylanı göndərərək düşmən ordusunu məğlub etdi.  



 

Müsənna ibn Harisin İraqdakı fəaliyyəti 

Xəlifə Əbu Bəkrin göstərişinə əsasən Xalid ibn Vəlid Müsənna ibn Harisi 

İraqda  qoyub  Suriyaya  doğru  hərəkət  etdi.  Bundan  xəbər  tutan  İran  Kəsrası 

88

Tarixi-



Təbəri, II cild, səh-310-315; Tarixi ibn Əsir, II cild, səh-384-389. 

89

Tarixi-



Təbəri, II cild, səh-323. 

90

Tarixi-



Təbəri, II cild, səh-324. 

                                                           




  

73 


Hör

müz Cazaveyhin başçılığı altında olan on min nəfərlik ordunu Müsənnanın 

üzərinə göndərsə də İran ordusu məğlub edildi. Dəcləyə qədər bütün əraziləri 

ələ keçirən Müsənna  yardım istəmək məqsədilə Mədinəyə xəlifə Əbu Bəkrin 

yan

ına  gəldi.  Lakin  həmin  gün  hicrətin  13-cü  ili  cəmadiəs-sani  ayının  21-də 



(miladi 634, 22 avqust) xəlifə Əbu Bəkr vəfat etmişdir.

91

 



 

Əbu Bəkrin Bizansa qarşı apardığı mübarizə 

Yərmuq döyüşü 634-cü il- Xəlifə Əbu Bəkr Xalid ibn Vəlidi İraqın fəthinə 

gön

dərdikdən sonra Şam və ətrafı üçün ayrı bir ordu hazırladı. 634-cü ildə ha-



zırlanan bu orduya Əmr ibn As, Yezid ibn Əbu Süfyan, Əbu Ubeydə əl-Cərrah 

və Şurahbil ibn Həsənə başçı təyin edildi. Bunlardan ilk üçü Qureyşli, sonun-

cu

su  isə  Qəhtanlı  idi.  Qələbə  qazanılacağı  təqdirdə  hansı  sərkərdənin  hansı 



məntəqəyə vali təyin ediləcəyi qabaqcadan deyilmişdi. Əmr ibn As Fələstinə, 

Ye

zid ibn Əbu Süfyan Şama, Şurahbil ibn Həsənə də Ürdündə vali olacaqdı. 



İslam ordusunun Şama doğru hərəkət etdiyini öyrənən Bizans imperatoru 

Herakli Xımsa gələrək döyüş hazırlığına başladı. İslam ordusunu dörd sərkər-

dənin idarə etdiyini öyrənən Herakli məmnun oldu. Çünki Herakliyə görə bu 

or

dunu ayrı-ayrı məğlub etmək daha asan olacaqdı. Heraklinin Şam, Cəzirə və 



Ərməniyyədən topladığı orduya Teador başçılıq edirdi. İslam ordusunu məğlub 

etmək istəyən bu ordu döyüş yeri olaraq Yərmuqu seçdi. Bunu öyrənən müsəl-

man

larda  birləşərək  Yərmuqa  doğru  hərəkət  etdilər.  Eyni  zamanda  Bizans 



ordu

sunun da Yərmuqda toplanmasından xəbər tutan xəlifə Əbu Bəkr Xalid ibn 

Vəlidə göstəriş verdi ki, Müsənna ibn Harisi İraqda öz yerində qoyub Yərmuqa 

get


sin. Yərmuqa gələn Xalid İslam ordusunun vahid sərkərdəsi oldu. 634-cü il-

də baş verən Yərmuq döyüşündə çətinliklə də olsa müsəlmanlar qalib gəldi. Bi-

zans ordusunun məğlub olduğunu öyrənən Herakli “Əlvida Suriya əbədiyyən 

əlvida” deyərək Suriyanı tərk etdi.

92

 

Yərmuq döyüşü davam edərkən Xalid ibn 



Vəlid  Mədinədən  Əbu  Bəkrin  vəfat  etdiyini,  onun  yerinə  Ömər  ibn  Xəttabın 

xəlifə seçildiyini xəbər almışdı. Xəlifə olan Ömər, dərhal Xalidin yerinə Əbu 

Ubeydə  əl-Cərrahı  ordu  başçısı  təyin  etdi.  Lakin  orduda  parçalanma  olmasın 

deyə Xalid bütün bu xəbərləri qələbədən sonra orduya açıqlamışdı. 

Birinci xəlifə Əbu  Bəkr ibn Əbu Quhafə 634-cü ildə vəfat  edib və qəbri 

Hz.


Peyğəmbərin  (s)  qəbrinin  şərq  tərəfindədir.

93

 



Cənazə  namazını  Ömər  ibn 

Xəttab qılmışdır. 



 

Əbu Bəkrin ailəsi 

1) 


Əbduluzzanın  qızı  Qatilə  ilə  evlənmiş  və  bu  evlilikdən  Abdullah  adlı 

oğlu və Əsma adlı qızı dünyaya gəlmişdir. 

91

Tarixi ibn Əsir, II cild, səh-415-418. 



92

Tarixi-


Təbəri, II cild, səh-335-345. 

93

Tarixi-



Təbəri, II cild, səh-348-350. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə