Şahlar şahbaz oğlu şƏRİfov


Yelkənlər  döyüşü  655  –



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə43/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   39   40   41   42   43   44   45   46   ...   314

 

88 


Yelkənlər  döyüşü  655  –  Müsəlmanlar  Bizansı  Şimali  Afrika,  Kipr  və 

Ana


doluda  sıxışdırdığından  Bizans  imperatoru  müsəlmanların  dəniz  donan-

masını  yox etmək üçün böyük bir donanma hazırlayıb Ağ dənizə Suriya və 

Misir sahil

lərinə göndərdi. Bu donanmanın gəmilərinin sayı beş yüzdən çox 

olduğu  və  dəniz  üzərində  yelkən  meşəsi  meydana  gətirdiyi  üçün  bu  döyüşə 

“əs-Səvari” yəni Yelkənlər döyüşü deyilmişdir. Bizans donanmasının başında 

imperator Kons

tantin, İslam donanmasının başında isə Abdullah ibn Səd du-

rurdu. Baş verən döyüşdə Bizans donanması məğlub olmuş və imperator ya-

ralanmışdır.

118

 

 



II Bələncər döyüşü 653 – Azərbaycana ilk basqından sonra (639-cu il xə-

lifə Ömərin dövründə) 646-cı ildə Arrana hücum edən islam ordusuna sərkərdə 

Sal

man ibn Rəbiə başçılıq edirdi. Onun ordusu Naxçıvandan çıxaraq Şəki və 



Go

rus  istiqamətində  hərəkət  etdi.  Arran  ərazisinə  daxil  olub  Beyləqanı  fəth 

edən islam ordusuna yerli əhali cizyə və xərac verməyə razı oldu. Beyləqanın 

fəthindən  sonra  Bərdəyə  gələn  müsəlmanlar  Tərtər  çayı  sahilində  düşərgə 

saldılar.  Bərdə  əhalisi  bir  neçə  gün  müqavimət  göstərsə  də  sonda  xərac  və 

cizyə  vermək  şərtilə  müqavilə  bağladı.  Şəmkirin  fəthindən  sonra  şərq 

is

tiqamətində  hərəkət  edən  müsəlmanlar  bir-birinin  ardınca  Qəbələni,  Şəkini, 



Şirvanı,  Şabranı  da  fəth  edərək  əhalini  xərac  və  cizyə  verməyə  razı  etdilər. 

Sonra  Dərbəndə  yetişən  müsəlmanlar  Xəzərlərlə  üz-üzə  gəldi.  653-cü  ildə 

İslam  ordusu  ilə  Xəzərlər  arasında  baş  verən  II  Bələncər  döyüşündə  də 

müsəlmanlar məğlub oldu və sərkərdə Salman ibn Rəbiə öldürüldü. 



 

Xəlifə Osmanın ailəsi 

1) Hz.


Peyğəmbərin (s) qızı Ruqiyyə ilə evlənmiş, Abdullah adlı oğlu dün-

ya

ya gəlsə də yaşamamışdır. 



2) 

Ruqiyyənin vəfatından sonra Hz.Peyğəmbərin (s) digər qızı Ümmü Gül-

sümlə evlənsə də övladı olmamışdır. 

3) F


əhitə binti Qəzvan ilə evləndi və Abdullah adlı oğlu doğulmuşdur. 

4) 


Ümmü Əmr binti Cundəblə evləndi və Ömər, Xalid, Əban, Əmr və Mər-

yəm adlı övladları dünyaya gəldi. 

5) 

Fatimə binti Vəlidlə evlənmiş və Vəlid, Səid və Ümmü Səid adlı övlad-



ları dünyaya gəlmişdir. 

6)  Ümmül-

Bənin binti Uyeynə ilə evlənmiş və Əbdülməlik adlı oğlu do-

ğulmuşdur. 

7) 

Rəmlə binti Şeybə ilə evləndi və Aişə, Ümmü Əban və Ümmü Ömər ad-



lı övladları dünyaya gəlmişdir. 

8) 


Nailə binti əl-Qarafisə ilə evləndi və Məryəm adlı qızı doğuldu. 

 

118


Tarixi-

Təbəri, II cild, səh-618-620. 

                                                           



  

89 


Hz.

Əli ibn Əbu Talib 656-661 (hicri 35-40) 

Hz.


Əlinin  mübarək ömrü beş hissəyə bölünür: 

1) Hz.


Əlinin doğumundan Hz.Peyğəmbərin (s) besətinə qədər  

2) Hz.


Peyğəmbərin (s) besətindən hicrətinə qədər 

3) 


Hicrətdən Hz.Peyğəmbərin (s) vəfatına qədər 

4) Hz.


Əli (ə) xəlifələr dövründə 

5) Hz.


Əlinin (ə) xilafət dövrü 

Tarixi mənbələrə görə Hz.Əli (ə) Amul-filinin otuzuncu ilində, rəcəb ayı-

nın on üçü, miladi tarixi ilə 599 və ya 600-cü il cümə günü Məkkədə Allahın 

evi  Kəbənin  içində  anadan  olmuşdur.  Atası  Bəni-Haşim  böyüklərindən  olan 

Məkkənin rəisi Əbu Talib ibn Əbdüllmüttəlib, anası isə Fatimə binti Əsəddir. 

Hz.


Əli həm ata, həm də ana tərəfdən Haşimi soyundandır. Əbu Talibin Hz.Əli-

dən  başqa  üç  oğlu  və  iki  qızı  olmuşdur:  Talib,  Cəfər  və  Əqil,  Ümmü  Hani 

ləqəbilə  tanınan  Faxinə  və  Cəmanə.  Hz.Əlinin  anası  Fatimə  binti  Əsəd 

allahpərəst olmuş və Hz.İbrahimin (ə) hənif dinində həyat sürmüşdür. Hz.Əli-

 hamilə olan Fatimə daim Allah dərgahına münacat etmiş və qarşıdakı do-

ğuşun asan olması üçün Allaha  yalvarmışdır. Şeyx Səduq və Qəttal  Nişapuri 

Ye

zid  ibn  Qənəbdən  belə  nəql  edirlər:  “Mən,  Abbas  ibn  Əbdülmüttəlib  və 



Əbdül Uzza tayfasından bir neçə nəfər Kəbənin ətrafında oturmuşduq. Hz.Əli-

nin 

anası Fatimə binti Əsəd doqquz aylıq körpəyə hamilə vəziyyətdə ağrı çəkə-

çəkə  deyirdi:  “İlahi.  Mən  sənə,  peyğəmbərlərindən  gələnə,  Sənin  tərəfindən 

nazil olmuş kitablara iman gətirmişəm. Cəddim İbrahimin sözlərini təsdiq edi-

rəm. Bu evin bünövrəsini qoyan o olmuşdur. Səni and verirəm bu evi tikənin 

və bətnimdə olanın haqqına bu doğuşu mənim üçün asan et.” Yezid ibn Qənəb 

deyir: “Biz öz gözümüzlə gördük ki, Kəbənin divarı arxadan yarıldı və Fatimə 

binti Əsəd Kəbəyə daxil oldu. Fatimə gözdən itdikdən sonra divar yenə də əv-

vəl ki, kimi birləşdi. Biz çox çalışsaqda Kəbənin qapısını aça bilmədik. Üç gün 

sonra  Fatimə  qucağında  Hz.Əli  bayıra  çıxdı  və  belə  dedi:  “Mən  keçmişdəki 

bütün qadınlardan üstünəm. Çünki Asiya binti Məzahim Allaha elə bir yerdə 

gizlin pərəstiş edirdi ki, o yerdə yalnız çarəsizlikdən pərəstiş edilməsi mümkün 

idi. İmran qızı Məryəmi Beytul-Müqəddəsdə döğuş sancısı tutduqda ona nida 

edilir  ki,  bayıra  çıxsın.  Mən  isə  Allahın  evinə  daxil  oldum,  behişt  mey-

vələrindən yedim, bayıra çıxmaq istədikdə nida gəldi ki, ey Fatimə onun adını 

“Əli” qoy. Nida gəldi ki, “Mən ona öz adımdan götürdüyüm ad qoydum, onu 

Öz ədəbimlə tərbiyə etdim, ona gizli elmlərimdən agahlıq verdim, odur mənim 

evimdə bütləri sındıran, odur evimin damında azan deyən, məni pak bilən, xoş 

olsun o kəsin halına ki, onu dost tutar, ona itaət edər, vay o kəsin halına ki, onu 

düşmən tutar və ona müxalif olar.”

119


 Hz.

Əlinin dünyaya Kəbədə göz açmaqla 

qazandığı  iftixar  nə  keçmişdə  kimsəyə  nəsib  olub,  nə  də  gələcəkdə  kiməsə 

119


Şeyx  Səduq,  Əmali,  27-ci  məclis,  9-cu  hədis;  Tarixi-Məsudi,  II  cild,  səh-349;  Təzkirətul-

xəvass, səh-10.  

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə