Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə40/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   36   37   38   39   40   41   42   43   ...   314

 

82 


d

ik, Sən də yağış göndərirdin. İndi biz Sənə Peyğəmbərimizin əmisinin vasitə-

silə təvəssül edirik. Bizə yağış göndər!” Bu zaman yağış yağırdı.

112


 

 

8) Amaves taunu – 639-cu il 

Suriyada  baş  verən  bu  xəstəlik  nəticəsində  xeyli  sayda  insan  ölmüşdür. 

Ölənlərin sırasında Suriyanın ümumi valisi Əbu Ubeydə əl-Cərrah, Yezid ibn 

Əbu Süfyan, Haris ibn Hişam, Süheyl ibn Əmr və Muaz ibn Cəbəl də var idi. 



 

9) 

Misirin fəthi – 641 ci il 

Suriya,  Fələstin  və  Ürdün  bölgələrinin  fəthindən  sonra  Əmr  ibn  As 

əmrindəki  3500  nəfərlik  əsgərlə  Misirə  getmək  üçün  xəlifədən  icazə  istədi. 

Misirdəki  vəziyyət  də  eynilə  Suriya  və  İrandakı  kimi  idi.  Bu  ölkə  miladi 

tarixinin ilk əsrində Rum imperiyasının tərkibinə daxil edilmişdi. Şərqi Roma 

imperiyası  yarandıqdan  sonra  paytaxtın  Konstantinopola  köçməsi  ilə 

xaçpərəstlik  bu  diyarda  geniş  surətdə  yayılmışdı.  Digər  tərəfdən  də  yüz  illər 

əvvəl Fələstini tərk etmiş yəhudilər də Misirdə məskunlaşmışdı. Beləliklə, Mi-

sirdə qibtilər, xaçpərəstlər və yəhudilər arasında ixtilaf üçün zəmin yaranmışdı. 

615-


ci ildə Xosrov Pərviz tərəfindən göndərilən Şəhrburaz 619-cu ildə Mi-

siri ələ keçirdi. Nəticədə Misir əhalisinin vəziyyəti daha da ağırlaşdı. 

Misirin özünü müdafiə etmək qüdrətində olmadığını anlayan Əmr ibn As 

Misirə doğru hərəkət etdi və heç bir müqavimətə rast gəlmədən Biblisə qədər 

irəlilədi. Orada kiçik bir döyüş oldu və ondan sonra Ummu Dunəyn adlı yerə 

qədər  irəlilədi.  Burada  onunla  imperiya  qoşunları  arasında  döyüş  baş  verdi. 

Xəlifə  Ömər  on  dörd  min  nəfərlik  bir  qoşunu  onun  köməyinə  göndərdi.  Bu 

qoşuna böyük səhabələrdən Zübeyr ibn Əvvam, Miqdad ibn Əsvər və Ubadə 

ibn Samit kimi səhabələr də daxil idi. Bu qüvvənin köməyi ilə Bizans ordusunu 

məğlub edən Əmr ibn As onlarla sülh bağladı. Lakin Herakl bu sazişi bir xə-

yanət kimi qəbul etdi. 641-ci il Heraklın ölümündən bir neçə ay sonra oğlunun 

da ölümü ilə 11 yaşlı nəvəsinin hakimiyyətə gəlməsi nəticəsində Misirin müda-

fiəsi daha da zəiflədi. Bundan istifadə edən Əmr ibn As Ayn-Şəms adlı məntə-

qədə Bizans ordusunu məğlub edərək Misiri fəth etdi. 



 

10) 

İsgəndəriyyənin fəthi 642-ci il 

Misirin  fəthindən  sonra Babilyonu  ələ  keçirən  Əmr  ibn  As xəlifə  Ömərə 

məktub yazaraq İsgəndəriyyənin üzərinə getmək üçün ondan icazə istədi. Xə-

lifə  Ömərin  icazəsindən  sonra  Əmr  ibn  As  642-ci  ildə  İsgəndəriyyəyə  doğru 

hərəkət etdi. Babilyon ilə İsgəndəriyyə arasında toplanan Bizans ordusu onun 

qarşısını almaq istəsələr də Karbun adlı məntəqədə baş verən döyüşdə məğlub 

ol

dular. İsgəndəriyyə hakimi Muqəfqis cizyə ödəmək şərtilə təslim olmaq is-



təsə də imperatorun qorxusundan bunu etmədi. Lakin buna baxmayaraq üç ay-

112


Səhihi-Buxari, II cild, səh-32. 

                                                           




  

83 


lıq mühasirədən sonra İsgəndəriyyə də müsəlmanlar tərəfindən fəth edildi. Eyni 

ildə Əmr ibn Asın təşəbbüsü ilə Fustat şəhərinin əsası qoyulmuşdur. 



 

Problemlərin meydana çıxması 

Əbu  Bəkrin  xəlifə  olduğu  dövrdə  əsgərlər  bir  tərəfdən  dindən  xaric  ol-

muşların üsyanını yatırmaqla məşğul olmuş, digər tərəfdən də xəzinəyə az gəlir 

g

əldiyindən  müsəlmanların  ictimai  həyatında  köklü  dəyişiklik  meydana  gəl-



mişdi. İctimai problemlərin Ömərin dövründə meydana gəlməsinə baxmayaraq, 

Ömər  onun  qarşısını  müəyyən  qədər  ala  bildi.  Ən  mühüm  problemlər  bunlar 

idi: 

1. 


Ömərin on illik xilafəti dövründə müxtəlif millətlər İslam dinini qəbul 

etdilər.  Mədəniyyət  və  adət-ənənə  baxımından  təkcə  Ərəbistan  əhalisi  deyil, 

səlman  olmuş  bütün  xalqlar  bir-biri  ilə  kəskin  şəkildə  fərqlənirdilər.  Nə-



ticədə  bu  adətlər  yavaş-yavaş  əhalinin  sadə  həyatına  daxil  olmağa  başladı. 

Ömər çalışırdı ki, ərəblərin əcnəbi adət-ənənələrini öyrənməsinin qarşısını alsın 

və  o,  bu  məsələdə  yeri  gəldikdə  onlarla  sərt  rəftar  edirdi.  Bəzən  Qureyş  qə-

biləsinin  böyüklərindən  bir  neçəsi  onun  yanına  gəlib  cihad  etmək  bəhanəsilə 

Ərəbistandan  xaricə  səfərə  getmələrini  istəmişlər.  Ömər  onların  əxlaqlarının 

dəyişməsindən ehtiyat edərək belə demişdi: “Peyğəmbər (s) zamanında etdiyin 

ci

had sənə kifayət edər, yaxşısı budur ki, evində otur, nə sən bir nəfəri gör və 



nə də bir kəs səni görsün.” 

2. 


Fəth olunmuş ölkələrin hər biri özünəməxsus məhsuldar əraziyə malik 

ol

duğundan bu torpaqlardan lazımınca istifadə etmək zərurəti meydana çıxdı. 



Bu  ərazilərdən  faydalı  surətdə  bəhrələnmək  üçün  təcrübəli  və  iş  bacaran  in-

sanlara ehtiyac duyulurdu, l

akin Mədinədə belə təcrübəli adamlar çox az idi. 

3. 


Sülh yolu ilə əldə olunmiş ərazilərin idarə olunması hökumət üçün çətin-

lik  törətmirdi.  Çünki  sülh  müqaviləsinə  əsasən  onlar  İslam  hökumətinə  vergi 

ödəyirdilər. Lakin əsgərlərin hücum edərək fəth etdikləri ərazilərin idarə olun-

ması yeni problemlər yaradırdı. Fəth olunmuş ərazilər əsgərlər arasında bölün-

məli idi. Aydındır ki, Hicazda yaşayan müsəlmanların hər il gəlib bu əraziləri 

əkib-becərib məhsulunu toplaması və sonradan geri dönməsi mümkün deyildi. 

Ömərin məsləhəti ilə həmin ərazilər orada çalışan əkinçilərə verildi və onlarla 

bu

nun müqabilində hər il vergi ödəmələri haqqında müqavilə bağlandı. İlk baş-



lan

ğıcda  belə  bir  addımın  problem  doğuracağı  elə  də  nəzərə  çarpmadı,  lakin 

son

ralar  Osmanın  xilafəti  dövründə  bu  məsələ  böyük  bir  çaxnaşmaya  səbəb 



oldu. 

4. 


Hakimlərin,  şahzadələrin,  zadəganların  və  torpaq  sahiblərinin  qoyub 

qaç


dıqları ərazilər, beytul-mala aid olundu və ondan əldə olunan gəlir də xə-

zinəyə daxil edildi. 

Xəlifə  Ömər  məsləhət  gördü  ki,  fəth  olunmuş  ərazilərin  siyasi  cəhətdən 

idarə edilməsi əvvəldən orada hakim olan məmurların öhdəsində qalsın, lakin 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə