Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə46/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   42   43   44   45   46   47   48   49   ...   314

 

94 


ve

rərkən Hz.Peyğəmbər  (s) belə buyurmuşdur: “Ya Əli! Allah mənə  göstəriş 

ver

mişdir ki, Fatiməni (s.ə) sənə ərə verim. Mən onu sənə dörd yüz misqal gü-



müş mehriyyə müqabilində verirəm.”

130


 

Mədinəyə hicrətdən sonra Hz.Peyğəmbərlə (s) müşriklər arasında bir çox 

döyüşlər  baş  vermişdir.  Bu  döyüşlərin  iyirmi  yeddisində  Hz.Peyğəmbər  (s) 

şəxsən özü iştirak etmiş və bu döyüşlər İslam tarixində “qəzvə” adlanır. Bu dö-

yüşlərin  yalnız birində , Hz.Peyğəmbərin son qəzvəsi olan Təbuq qəzvəsində 

Hz.


Əli iştirak etməmişdir. Bu döyüşdə Hz.Əli Hz.Peyğəmbərin (s) göstərişinə 

görə  Mədinədə  qalmışdı  ki,  münafiqlərin  çevriliş  cəhdinin  qarşısını  alsın. 

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Hz.Əliyə “Zəyğəmul-ğəzavat” (yəni 

döyüşlər  şiri)  deyirdilər.  Hz.Əlinin  qəhrəmanlıq  göstərdiyi  döyüşlərə  Bədr, 

Uhud, Bəni-Nəzir, Əhzab, Xeybər, Məkkənin fəthi, Hüneyn və Taif döyüşlərini 

göstərmək olar. Biz bu döyüşlərdən  yalnız ikisi Bədr və Uhud haqqında qısa 

məlumat verməyə çalışacağıq. 

 

Hz.

Əli Bədr döyüşündə 

Müşriklərdən üç nəfər Utbə ibn Rəbiə, Şeybə ibn Rəbiə və Vəlid ibn Utbə 

meydana çıxıb qarşı tərəfdən mübariz istədi. Hz.Peyğəmbərin (s) göstərişi ilə 

müsəlmanlar  tərəfindən  Hz.Əli,  Hz.Həmzə  və  Ubeydə  ibn  Haris  meydana 

çıxdı. Hz.Əli Vəlidi öldürdükdən sonra yoldaşlarının köməyinə gedərək onları 

da öldürdü. Utbə, Şeybə və Vəlidin ölümü ilə müşrik ordusu məğlub şəkildə 

Məkkəyə  qayıtdı.  Düşmənin  yetmişdən  çox  döyüşçüsü  qətlə  yetirildi,  bir  o 

qədəri  də  əsir  alındı.  Tarixçilərin  yazdığına  görə  düşmənlərin  yarıdan  çoxu 

Hz.

Əlinin  qılıncı  ilə  cəhənnəmə  vasil  olmuşdur.  Hz.Əlinin  qətlə  yetirdiyi 



şəxslər  arasında  As  ibn  Səid,  Hənzələ  ibn  Əbu  Süfyan,  Umeyr  ibn  Osman, 

Nofəl ibn Xuveylid, Tueymə ibn Ədiyy kimi Qureyş başçıları da var idi.

131

 

 



Hz.

Əli Uhud döyüşündə 

Uhud Mədinənin yaxınlığında yerləşən bir dağın adıdır. Bu döyüş hicrətin 

III ili şəvval ayının yeddisində Uhud dağının ətəyində baş vermişdir. Qureyşin 

hörmətinin  aradan  getməsi  ilə  nəticələnən  Bədr  məğlubiyyəti  yeni  bir  döyüş 

üçün şərait  yaratmışdı.  Bədrdə qətl  edilənlərin  ailələri,  İkrimə ibn Əbu  Cəhl, 

Səfvan ibn Umeyyə kimiləri hələ də Məkkədə yas içində idilər. Bunlar Məkkə 

əhlini müsəlmanlarla döyüşə təhrik edirdilər. Qureyş kafirlərinə başçılıq edən 

Əbu Süfyan ibn Hərb xalqı ətrafına toplayıb onları müharibəyə səsləyirdi. 

Bu 

məsələdən xəbərdar olan Hz.Peyğəmbər (s) səhabələri ətrafına toplaya-



raq onlarla məşvərət etdi. Uzun söhbətdən sonra yeddi yüz nəfərlik İslam or-

dusu Uhud dağı ətrafında öz yerini tutdu. Hz.Peyğəmbər (s) arxadan edilən hü-

cu

mun qarşısını almaq üçün Eyneyn adlı keçidə  Abdullah ibn Cubeyrin  baş-



130

Usuli-


Kafi, III cild, səh-360. 

131


əs-Sirətun-nəbəviyyə, II cild, səh-273; Tarixi ibn Əsir, II cild, səh-125. 

                                                           




  

95 


çılığı ilə 50 nəfərlik oxçu yerləşdirdi. Baş verən bu döyüşdə də Qureyş döyüş-

çü

lərinin  çoxu  Hz.Əlinin  qılıncı  ilə  dünyasını  dəyişmişdir.  Müşriklərin  bay-



raqdarı olan Təlhə ibn Əbu Təlhə olduqca güclü bir adam idi və ona Nəbşul-

Kəsibə  (döyüşçülərin  qoçu)  deyirdilər.  Təlhə  də  daxil  olmaqla  müşriklərin 

doqquz  bayraqdarı  Hz.Əli  tərəfindən  qətlə  yetirildi.  Qureyş  döyüşçülərinin 

ardıcıl olaraq qətlə yetirilməsi düşmən ordusunda qorxu yaratdı. Müşrik ordusu 

qaçmağa başladı. Bu vaxt Peyğəmbərin (s) keçiddə qoyduğu dəstə onun göstə-

rişinə  zidd  olaraq  Abdullahın  əmrindən  çıxıb  qənimət  toplamaq  üçün  keçidi 

tərk etdi. Bu məqamı gözləyən Xalid ibn Vəlid müsəlmanlara arxadan hücum 

etdi. Qaçmaqda olan düşmən ordusu yenidən döyüşə başladı. Müsəlmanlar iki 

tərəfdən hücuma məruz qaldığı üçün qaçmağa başladılar. Döyüşdə Hz.Həmzə 

Əbu Süfyanın arvadı Hindənin göstərişinə əsasən Vəhşi tərəfindən şəhid edildi. 

Uhud döyüşündə Hz.Əli və iki nəfərdən başqa Hz.Peyğəmbəri qoruyan yox idi. 

Hz.


Əlinin Uhud döyüşündəki qəhrəmanlığı onun həyat tarixçəsində parlaq bir 

səhifədir.  Bu  səhifənin  qızılı  sətirlərindən  Hz.Cəbrailin  Hz.Əli  haqqındakı 

nidaları  ucalır:  “Zülfüqardan  başqa  qılınc,  Əlidən  başqa igid yoxdur.”

132


 

Hz.


Əlinin və bir neçə nəfərin dözümü sayəsində müşriklər gözlərini Mədinə-

dən  çəkib  Məkkəyə  qayıtdılar.  Hz.Əli  özü  ağır  yaralansa da Peyğəmbəri 

gözdən  qoymurdu.  Hz.Əli  Peyğəmbərin  yaralarını  təmizlədikdən  sonra 

Hz.


Peyğəmbər  (s)  belə  buyurdu:  “Öz  Peyğəmbərinin  üzünü qana bulaşdıran 

qövm Allahın qəzəbinə gəlsin.” (Tarixi Yəqubi). Mədinəyə qayıtdıqdan sonra 

Hz.

Peyğəmbər (s) Hz.Fatiməyə (s.ə) buyurdu: “Ey Fatimə! Götür qılıncı, ərin 



öz borcunu əda etdi. Allah onun qılıncı vasitəsilə Qureyş böyüklərini məğlub 

etdi.”


133

 

Bütün  tarixçilərin  yazdığına  görə  Hz.Əli  Uhud  döyüşündən  alnıaçıq  çıx-



mışdır. Bədr döyüşündə olduğu kimi, Uhud döyüşündə də Hz.Əlinin təkbaşına 

öldürdüklərinin sayı digər müsəlmanlar tərəfindən qətlə yetirilənlərin sayından 

a

rtıq  idi.



134

 

Görkəmli  sünni  tarixçilərindən  olan  İbn  İshaq  yazır:  “Uhud 



döyüşündəki qalibiyyət Əlinin səbr və dözümü sayəsində əldə olundu.”

135


  

 

Hz.

Əlinin imaməti haqqında 

Hicrətin onuncu ilində Hz.Peyğəmbər (s) həcc əməllərini yerinə yetirmək 

üçün 120 min 

səhabə  ilə  Məkkəyə  yola  düşdü.  Bu  həcc  mərasimi  Hz.Pey-

ğəmbərin (s) sonuncu həcc ziyarəti olduğu üçün İslam tarixində “Həccətul-vi-

da” (vida həcci) adlanır. Hz.Peyğəmbər (s) əməllərini başa vurub Mədinəyə qa-

yıdarkən zilhiccə ayının on səkkizinci günü “Qədiri-xum” adlı məntəqədə da-

yandı. Çünki ona çox mühüm bir vəhy nazil olmuşdu. Hz.Peyğəmbər (s) Alla-

132

Sireyi ibn Hişam, II cild, səh-100; Tarixi ibn Əsir, II cild, səh-107; Nəhcül-bəlağənin şərhi, 



XIV cild, səh-251. 

133


Kəşful-ğummə, səh-54. 

134


İhqaqul-həqq, VIII cild, səh-359 

135


İhqaqul-həqq, VIII cild, səh-374.  

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə