Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə54/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   50   51   52   53   54   55   56   57   ...   314

 

110 


Hz.

Əlinin künyələri: Əbəl Həsən, Əbəl Həsəneyn, Əbus-Sibteyn-əkizlərin 

atası, Əbu Turab. 



Hz.

Əlinin  ləqəbləri:  Mürtəza,  İmamul-müttəqin-yəni  Allahdan  qorxan-

ların  imamı,  Babul-mədinə,  Zülqərneyn,  Siddiqi-əkbər,  Əxur-Rəsul,  Zövcul-

Bətul, Lisanus-sidq, Hadi, Validul-əimmə, Sahibul-liva, Əmirul-qəzavət, Əmir-

əlmöminin. 



Hz.

Əlinin  üzüyündə  bu  yazı  yazılmışdır:  “Əl-mulku lil-lahil-vahidul-

qəhhar” – Mülk və Səltənət Vahid və Qəhhar Allaha məxsusdur. 



 

Hz.

Əlinin ailəsi 

1.  Hz.


Fatimə (s.ə) – Hz.Əli ilə Hz.Fatimə (s.ə) hicrətin ikinci ili zilhiccə 

ayının biri (miladi 624) ailə qurmuş və bu izdivacdan Hz.Əlinin İmam Həsən 



(ə), İmam Hüseyn (ə), Hz.Zeynəb, Hz.Ümmü Gülsüm adlı övladları dünyaya 

gəlmiş, Möhsün adlı övladı isə ana bətnində altı aylıq olarkən siqt olaraq düş-

müşdür.  

2.  Ümmül-

Bənin  binti Hizam  –  Əsl  adı  Fatimədir.  Hz.Əbul-Fəzl  Abbas, 

Abdul


lah,  Cəfər  və  Osmanın  anasıdır.  Bunların  dördü  də  Kərbəla  faciəsində 

Hz.Hüseynin 



(ə) qarşısında şəhid olmuşlar. 

3. 


Xavlə binti Cəfər əl-Hənəfiyyə – Məhəmməd Hənəfiyyənin anasıdır. 

4. 


Leyla binti Məsud – Abdullah və Əbu Bəkrin anasıdır. 

5. 


Əsma binti Umeys – Yəhya və kiçik Məhəmmədin anasıdır. 

6. 


Səhbə binti Rəbiə – Ömər və Ruqəyyanın anasıdır. 

7. 


Umama binti Əbul As – Hz.Peyğəmbərin (s) qızı Hz.Zeynəbin qızıdır. 

Ortancıl Məhəmmədin anasıdır. 

8. Ümmü 

Səid binti Məsud – Ümmül Həsən və Rəmlənin anasıdır. 

9. Mehyad binti Qeys – 

kiçik yaşda ölən Cariyənin anasıdır. 

Ümumiyyətlə  tarixi  mənbələrdə  imamların  övladları  müxtəlif  saylarda 

göstərilir.  Bəzi  mənbələrin  qeyd  etdiyinə  görə  Hz.Əlinin  on  səkkiz  oğlu,  on 

doqquz qızı olmaqla otuz yeddi övladı olmuşdur. Hz.Əlinin oğlanları bunlardır: 

1) 


İmam Həsən (ə), 2) İmam Hüseyn (ə), 3) Məhəmməd Hənəfiyyə, 4) Hz.Ab-

bas, 5)  Abdullah, 6) 

Cəfər, 7) Osman, 8) Məhəmmədül-əsğər, 9) Abdullah-əsğər, 

10) 


Abdullah Əbu Əli, 11) Ovn, 12) Yəhya, 13) Məhəmmədül-ovsət, 14) Osmanul-

əsğər, 15) Abbasul-əsğər, 16) Cəfərul-əsğər, 17) Ömərul-əsğər, 18) Ömərul-əkbər. 

Həzrətin qızları bunlardır: 1) Hz.Zeynəbi-Kubra, 2) Zeynəbi-Suğra (Ümmü 

Gülsüm), 3) 

Rəmlətul-kübra, 4)  Ümmül-Həsən,  5)  Nəfisə,  6)  Ruqəyyətul-

kübra, 7) 

Ruqəyyatul-suğra,  8)  Rəmlətul-suğra,  9)  Meymunə,  10)  Zeynəbi-

suğra, 11) Ümmi-Hani, 12) Fatimeyi-suğra, 13) Umamə, 14) Xədiceyi-suğra, 

15)  Ümmü Gülsüm, 16) 

Ümmü  Sələmə,  17)  Ümmi-Kiram, 18)  Ümmül-

Hüseyn, 19) 

Xədiceyi-kübra. 



 

Hz.

Əli Qurani-Kərimdə 


  

111 


Cəlaləddin Siyutinin “Əddurrul-mənsur” əsərində “Fatihə” surəsinin birin-

ci ayəsi olan “Bismillahir-rəhmanir-rəhim”in bəyanında Hz.Əlidən belə bir hə-

dis  nəql  olunur:  “Bilin  ki,  bütün  səmavi  kitabların  sirləri  Qurandadır  və  Qu-

randa olan 

bütün sirlər də Fatihədədir. Fatihədə olan bütün sirlər Bismillahda-

dır. Bismillahda olan bütün sirlər isə ondakı “bə” hərfində və “bə”də olan bü-

tün sirlər də onun altındakı nöqtədədir. Mən “bə”nin altındakı nöqtəyəm.”  

Ümumiyyətlə hər iki məzhəb alimləri qeyd edirlər ki, Hz.Əli haqqında üç 

yüzdən çox ayə nazil olmuşdur. Onlardan bəzilərini qeyd edirik:  

1.“Maidə surəsi 67-ci ayə və ya “Təbliğ” ayəsi: 



“Ya Peyğəmbər, Rəbbin 

tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yeri-

nə  yetirməmiş  olarsan.  Allah  səni  insanların  şərindən  qoruyacaq.  Allah 

ka

fir  camaatı  düz  yola  yönəltməz.”  Bu  ayə  Qədiri-xum  adlı  məntəqədə 

Hz.


Əlinin  xilafəti  ilə  əlaqədar  olaraq  nazil  olmuşdur.  Bu  həqiqəti  aşağıdakı 

islami mənbələrdə təsdiqləyir:  

1. Tarixi 

ibn Əsakir, II cild, səh-298 

2. 

Fəxrəddin Razi, Məfatihul-ğeyb, III cild, səh-636 



3. 

Siyuti, Əd-Durrul mənsur, II cild, səh-298 

4. Alusi, Ruhul-

məani, VI cild, səh-172 

5. Qunduzi-

Hənəfi, Yənabiul-məvəddət, səh-120 

6. 

Təfsiri-Sələbi 



7. 

Təfsiri-Təbəri 

8. 

İbn Səbbağ Maliki, Fisulul-muhimmə 



9. Əllamə Əmini, Əl-Qədir 

10. Əllamə Qazi Nurullah Şuştəri, Ehqaqul-həqq. 

11. Şərəfuddin Amuli, Əl-Müraciət 

12. Təfsiri-Təbərsi 

13. Şeyx Tusi, ət-Tibyan 

14. Əllamə Məclisi, Biharul-ənvar. 

2.  “

Maidə”  surəsi  55-ayə  və  ya  “Vilayət”  ayəsi:  “Sizin haminiz ancaq 



Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) na-

maz  qılır  və  rükuda  olduqları  halda  zəkat  verirlər.”  Məhşur  əhli-sünnə 

alimi Fəxrəddin Razi Əbuzər Ğəffaridən belə nəql edir: “Bir gün Hz.Peyğəm-

bərlə (ə) birgə günorta namazı qılırdım. Bu zaman bir yoxsul məscidə girib kö-

mək  istədi  və  heç  kəs  ona  kömək  etmədi.  Yoxsul  əlini  göyə  qaldırıb  dedi: 

“İlahi, şahid ol! Mən Peyğəmbərin məscidində kömək istədim, lakin heç kim 

mənə  kömək  etmədi.”  Hz.Əli  namaz  halında  ikən  o  yoxsula  sağ  əli  ilə  kiçik 

barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə 

gedib  üzüyü  Hz.

Əlinin  barmağından  çıxartdı.  Hz.Peyğəmbər  (s) dedi:  “İlahi! 

Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun pey-

ğəmbərliyinə şərik olmasını istəyəndə, ona buyurdun: “Mən tezliklə səni qar-

daşın  vasitəsilə  gücləndirəcək,  sizə  qüvvət  və  qələbə  bəxş  edəcəyəm.”  İlahi! 

Mən Məhəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişlən-

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə