Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə31/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   27   28   29   30   31   32   33   34   ...   314

  

63 


3) 

Təqriri – Hz.Peyğəmbərin səhabələr bir iş görəndə onu təsdiqləməsi və 

ya susması və ya onu təsdiqləməməsi.  

 

Təfsir elmi 

Qurani-


Kərimin  ayələrini  izahlı  şəkildə  açıqlayan  elmə  təfsir  elmi  deyilir. 

Təfsir elmi Hz.Peyğəmbər  (s)  dövründə  təşəkkül  tapmağa  başlamışdır.  Bütün 

faktlar göstərir ki, Allah kəlamının ilk təfsirçisi də elə Hz.Peyğəmbərin (s) özü 

olmuş, izahları ilə təfsir elminin əsasını qoymuşdur. “Qurani-Kərimin mənasını 

yalnız  Muhəmməd  (s)  anlayar”  hədisi  bunu  açıq-aydın  sübut  edir.  Səhabələr 

Quranda  yazılmış  ayrı-ayrı  sözlərin  və  gizli  məqamların  təfsirini  Hz.Peyğəm-

bərdən (s) xahiş edir, özlərinin həyatında onun cavablarından istifadə edirdilər. 

İlk  təfsirçi  Hz.  Peyğəmbərdən  (s)  sonra  Abdullah  ibn  Abbas  sayılır.  O, 

“Tərcümanul-Quran”  təfsirinin  müəllifi  kimi  tanınmış,  miladi  tarixi  ilə  686-cı 

il

də vəfat etmişdir. 



 

Hicri  təqviminin  ilk  iki  əsrində  müsəlman  aləmində  yazılı  Quran  təfsiri 

de

mək olar ki, yox idi. Ayrı-ayrı səhabələr və tabeindən olan şəxslər tərəfindən 



Qu

ranın bəzi ayələrinə şərhlər verilsədə, bunlar bütöv Quranı əhatə etməməklə 

yan

aşı,  həm  də  şifahi  formada  idi.  Hz.Əli  (ə)  ibn  Əbu  Talib,  Abdullah  ibn 



Abbas, Abdullah ibn Məsud, Ubeyy ibn Kəb, Cabir ibn Abdullah, Həsən Bəsri 

və  b.-nın  dilindən  rəvayət  edilən  və  Quranın  seçmə  ayələrini  əhatə  edən  təf-

sirlər çox sonralar toplanaraq qələmə alındı. Təfsirlə adətən, mühəddislər-hədis 

alimləri məşğul olurdular.Təfsirin mənbəyi olaraq Quran, Peyğəmbərin hədis-

ləri və səhabələrin sözləri əsas götürülürdü. Yəhya ibn Ziyad Fərra hicri 3/mi-

ladi 9-


cu əsrin ortalarına kimi yaşamış alimlər arasında bəlkə də yeganə şəxsdir 

ki, Quran təfsirində kamil və müstəqil kitab yazmağa müvəffəq olmuş və hə-

min kitab günümüzə qədər gəlib çatmışdır. IX əsrin ikinci yarısından başlaya-

ra

q, sırf təfsir kitabları yazılmağa başlandı. Artıq Quran tədqiqatçıları bu və ya 



digər  ayənin  nazil  olma  səbəblərini,  möhkəm  ya  mütəşabih  olduğunu,  nəsx 

olub-


olmadığını müstəqil şəkildə araşdırmağa başladılar. 

X əsrin əvvəllərindən etibarən, təfsirçilik inkişaf etməyə başladı. Yazılan 

təfsirlər əsasən iki hissəyə bölünürdü: 

1) 


Rəvayət təfsirləri – belə təfsirlərdə yalnız hər bir ayə haqqındakı hədis 

və rəvayətlər toplanırdı. Müəllif yalnız bu və  ya digər ayənin barəsində Pey-

ğəmbərdən,  səhabədən  və  imamlardan  rəvayət  olunmuş  hədisləri,  səhabə  və 

tabeinin əxbarını qeyd etməklə kifayətlənir, özündən heç bir şərh vermirdi. 

2) 

Dirayət  təfsirləri  –  belə  təfsirlərdə  isə  müəllif  yeri  gəldikcə  hədislərə 



raciət etsədə, öz ictihadından faydalanmağı da unutmurdu. Bu dövrün təfsir-

ləri arasında “Təfsiri-Təbəri”, “Təfsiri-Təbərsi” əsərləri xüsusi yer tutur. Qura-

ni-


Kərimin  Azərbaycan  dilinə  tərcüməsi  Qaraqoyunlu  dövründə  başlanmış

70



lakin  təəssüf  ki,  bu  tərcümələr  əlyazma  şəklində  qalıb  nəşr  edilməmişdir. 

70

 Əzizə Cəfərzadənin araşdırması 



  

                                                           




 

64 


Quranın Azərbaycan dilində “Kəşf əl-həqaiq ən nukət əl-ayati vəd-dəqaiq” adı 

altında nəşr edilmiş ilk tərcümə və təfsiri Bakı qazisi Mir Məhəmməd Kərim 

Ağaya məxsusdur. Üç cilddən ibarət olan bu tərcümə-təfsir “Kaspi” qəzetinin 

Buxariyyə  mətbəsində  I-II  cildlər  1904;  III  cild  isə  1906-cı  ildə  nəşr 

olunmuşdur. 

Bundan iki il 

sonra Şeyxülislam Məhəmməd Həsən Mövlazadə Şəkəvinin 

“Kitabul-

bəyan  fi  təfsir  əl-Quran”  adlı  iki  cildlik  tərcümə-təfsiri  1908-ci  ildə 

Tif


lisin “Qeyrət” mətbəsində çap olundu. Şəkəvi orijinal yolla gedərək Quran 

ayələrinin tərcüməsini əsasən dırnaq içində, təfsirini isə dırnaqdan kənarda ver-

mişdir.  

  

Hədis elmi 

Peyğəmbər  və  məsumlardan  bizə  gəlib  çatan  kəlamlara  hədis  deyilir. 

Hədislərin yazılması Peyğəmbərin (s) vəfatından sonra qadağan edilmişdir. Bu 

qa

dağa əməvi xəlifəsi Ömər ibn Əbdüləziz tərəfindən götürülmüşdür. Abbasi-



lər xilafətinin ilk dövründə yaşamış məhşur hədis alimlərinin fəaliyyəti yalnız 

bir sahə ilə məhdudlaşmır, onlar hər tərəfli biliyə malik, hədis, rical, təfsir, ərəb 

qram

matikası və s. elmləri mükəmməl mənimsəmiş insanlar idi. Hicri ikinci əs-



rin ortalarında yaşamış bu şəxslər bir növ “rəvayət körpüsü” rolunu oynayırdı-

lar.  Bunların  ən  məşhurları  Süleyman  ibn  Mehran,  Əməş  (v.765),  Əbdürrəh-

man ibn Ovzai (v. 774) və Süfyan Səvri (v. 779) idi. Təsadüfi deyildir ki, hədis 

kita


blarının əksəriyyəti hicrətin I əsrinin sonlarından V əsrədək olan dövrlərdə 

tərtib edilmişdir.

71

 

Əhli-sünnənin “Kitabus-sittə” adlandırılan altı hədis toplusu bunlardır:  



1) 

“Səhihi-Buxari” (810-870)    

2) 

“Səhihi-Müslim” (821-875)     



3) 

“Sünəni-Əbu Davud” (817-889)  

  

4) 


“Sünəni-Tirmizi” (815-893)  

5) 


“Sünəni-ibn Mace” (824-887)  

  

6) 



“Sünənin-Nəsai” (829- 915) 

Bunlardan başqa aşağıdakı əhli-sünnə alimlərini də qeyd edə bilərik:    

1) 

Malik ibn Ənəs – “Əl-Müvətta” 



2) Abdullah ibn Mübarək – “Kitabus-sünən”    

3) 


Təyalisi – “əl-Müsnəd” 

4) 


Əhməd ibn Hənbəl – “əl-Müsnəd”  

Əhli-şiənin “Kitabu-ərbəə” adlanan dörd məşhur hədis toplusu bunlardır:  

1) 

Şeyx-Küleyni (878-941) – “Üsuli-Kafi”  



  

2) 


Şeyx Səduq (928-992) – “Mən lə yəhziruhul fəqih”    

3) Şeyx Tusi (998-1067) – “Əl-İstibsar”  

  

71

 Geniş məlumat üçün bax: İbrahin Quliyevin “Hədisşünaslığın əsasları” Bakı, Elm-2013, 



əsərinə 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə