Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə23/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   19   20   21   22   23   24   25   26   ...   314

  

47 


ağacı altında toplanaraq Osmanın intiqamını almayana qədər geri qayıtmayacaq-

la

rına and içdilər. Bu hadisə İslam tarixində “Beyəti-Rizvan” adlanır. 



Bundan xəbər tutan Əbu Süfyan Süheyl ibn Əmri Hz.Peyğəmbərin (s) ya-

nına göndərərək sülh təklif etdi. Sülh Hüdeybiyyə quyusu ətrafında bağlandığı 

üçün bu sülhə İslam tarixində Hüdeybiyyə sülhü deyilmişdir. Sülhün şərtlərini 

Süheyl ibn Əmr demiş və Hz.Peyğəmbərin (s) göstərişi ilə Hz.Əli (ə) yazmış-

dır. Hüdeybiyyə sülhünün şərtləri aşağıdakılardır: 

1. 


Müsəlmanlar bu il Məkkəni ziyarət etmədən geri qayıdacaqlar. 

2. 


Gələn il müsəlmanlar Məkkəni ziyarət edə bilərlər, yalnız Məkkədə üç 

gün


dən artıq qalmamaq şərtilə. 

3. 


Əgər Məkkə əhlindən bir nəfər islamı qəbul edib Mədinədə müsəlmanla-

ra sığınarsa, müsəlmanlar dərhal onu Məkkəyə geri qaytaracaqlar. Əksinə Mə-

di

nə əhlindən bir nəfər Məkkəyə gedib müşriklərə sığınsa, geri qaytarılmaya-



caq. 

4. 


Sülhün müddəti on il davam edəcək. 

5. 


İstənilən qəbilə hər hansı bir tərəflə müttəfiq olmaqda azaddır. Buna əsa-

sən Bəni-Bəkr və Kənanə qəbilələri müşriklərlə, Bəni-Xüzaə isə müsəlmanlarla 

müt

təfiq oldu.  



7. 

Xeybərin fəthi: 

Xeybər  məntəqəsi  Mədinənin  şimalında  yerləşirdi.  Xeybər  yeddi  qaladan 

iba

rət idi: 1) Nəim, 2) Qamus, 3) Kətibə, 4) Şiq, 5) Nəstat, 6) Vətih, 7) Səlalim. 



Xey

bərin  bol  sulu  və  torpağının  münbit  olmasına  görə  yəhudilər  əkinçiliklə 

məşğul olur, qazandıqları pulla silah-sursat alıb toplayırdılar. Xeybərdə təxmi-

nən iyirmi min yəhudi yaşayırdı.

51

 

Aşağıdakı amillər səbəb oldu ki, Hz.Peyğəmbər  (s) Xeybər  yəhudilərinin 



üzərinə hərəkət etdi. 

Xeybər yəhudilərinin birinci günahı o idi ki, ərəb qəbilələrini İslama qarşı 

təhrik edirdilər. Məlum olduğu kimi Xəndək döyüşündə müşriklər məhz Xey-

bər yəhudilərinin maddi dəstəyi ilə Mədinəyə qədər gəlib çıxmışlar. Onların bu 

hərəkətinə görə Hz.Peyğəmbər (s) onları tərki-silah etmək qərarına gəlir. Çünki 

on

lar xeyli pul xərcləyib yenidən ərəb qəbilələrini müsəlmanlara qarşı qaldıra 



bi

lərdilər ki, bu da Xəndək döyüşünün təkrarlanması demək idi. Həmçinin yə-

hu

dilər  islamı  qəbul  etməkdə  daha  çox  inad  edidilər.  Buna  görə  də  minlərlə 



müşrik iman gətirdiyi halda, bir yəhudi iman gətirmirdi. 

İkinci amil bundan ibarət idi ki, Hz.Peyğəmbər (s) əksər ölkə başçılarına 

məktub  göndərərək,  onları  İslama  dəvət  etmişdi.  İndi  ola  bilərdi  ki,  İran  və  

B

zans  yəhudilərdən  İslama  qarşı  istifadə  edə  bilərdilər.  Və  yaxud  yəhudilər 



İran və Bizans imperatorlarını İslama qarşı təhrik etsinlər. 

51

Tarixi–



Yəqubi 2-ci cild, səh-46 

  

                                                           




 

48 


Bütün bu amillər səbəb oldu ki, Hz.Peyğəmbər (s) Ərəbistan yarımadasın-

da

kı son yəhudi mərkəzinə hücum etmək üçün müsəlmanlara hazırlaşmağı tap-



şıraraq buyurur: Yalnız Hüdeybiyyədə iştirak edən şəxslər bu döyüşə gedə bi-

lərlər. Hüdeybiyyədə olmayanlar da könüllü olaraq iştirak edə bilərdilər, ancaq 

onlara dö

yüş qənimətindən pay çatmayacaqdı. 

Hicrətin altıncı ilində Hz.Peyğəmbər (s) Qiylə Leysini Mədinədə öz yerin-

də qoyub 1500 nəfərlik ordu ilə Xeybərə doğru hərəkət etdi. Bundan xəbər tu-

tan yəhudilər qalalara daxil olub mübarizəyə başladılar. 

Yəhudilərin ürəklərinə qorxu düşdüyündən arvad-uşaqlarını Kətibə qalası-

na yerləşdirdilər. Nəim qalasının içində yemək-içmək toplayıb anbara yığdılar. 

yüşçülər isə məsləhətləşməkdən ötrü Nəstat qalasına toplandılar. Belə qəra-



ra gəldilər ki, hər qalanın döyüşçüləri qalanın üstündən ox, daş və digər vasitə-

lərlə qalanı müdafiə etsinlər. Yəhudi döyüşçüləri sonadək bu plana sadiq qalır-

lar. Bu səbəbdən bir aya yaxın müqavimət göstərə bilirlər. Müsəlmanlar bəzən 

bir qalanı ələ keçirmək üçün on gündən çox vaxt sərf edir, amma bir nəticə əl-

də olunmurdu. 

Tarixi mənbələrdən məlum olur ki, İslam ordusu qalaları tək-tək mühasirə 

edir, bir qalanın digər qalalarla əlaqəsini kəsdikdən sonra onu ələ keçirir, növ-

bəti qalanın mühasirəsinə başlayırdılar. Bəzi tarixçilər belə hesab edirlər ki, bö-

yük çətinliklərdən sonra müsəlmanların ilk ələ keçirdikləri qala Nəim qalası ol-

muşdur. Qalanın fəthi İslam sərkərdəsi Mahmud ibn Məsləmə Ənsarinin qətli 

və əlli döyüşçünün yaralanması bahasına başa gəlir. 

Nəim qalasının fəthindən sonra Hz.Peyğəmbər (s) Kətibə qalasını mühasirə 

et

məyi  əmr  edir.  Bir  qədər  sonra  müsəlman  döyüşçülərin  fəallığı  nəticəsində 



qa

la fəth edilir və sonralar Hz.Peyğəmbərin (s) xanımı olmaq şərəfinə nail ol-

muş Səfiyyə binti Huyeyy əsir düşür. 

Bu iki qalanın fəthindən sonra müsəlmanlar daha möhkəm qala olan Qa-

mus qalasını mühasirəyə alırlar. Daha güclü müqavimətə rast gələn İslam ordu-

su nə qədər çalışsa da ağır itkilər verib nəticəsiz geri dönür. 

Səhər açılan kimi bütün səhabələr Hz.Peyğəmbərin (s) yanına gəlir. Əvvəl-

ki iki gündə məğlub olmuş sərkərdələr də yeni təyin olunacaq sərkərdənin kim 

ola

cağını səbirsizliklə gözləyirdilər. Sükutu pozan Hz.Peyğəmbər (s) buyurdu: 



“Əli haradadır!” Həmin vaxt Hz.Əli (ə) gözləri ağrıdığı üçün bir az kənarda is-

ti

rahət edirdi. Hz.Peyğəmbərin (s) göstərişi ilə Hz.Əlini (ə) bir dəvəyə mindirib 



onun yanına gətirirlər. Hz.Peyğəmbər (s) mübarək əlini onun gözlərinə sürtərək 

dua edir. Bu dua o qədər təsirli olur ki, Hz.Əli (ə) ömrünün sonuna qədər göz 

ağrısı nədir bilmədi. Bundan sonra Hz.Peyğəmbər (s) Hz.Əliyə (ə) hücum əmri 

ve

rərək tapşırır ki, döyüşdən qabaq qaladakıları İslama dəvət etsin. Əgər qəbul 



et

məsələr,  cizyə  ödəməklə  İslam  bayrağı  altında  yaşaya  biləcəklərini  çatdır. 

Yox əgər buna da razı olmasalar, onda onlarla vuruş! Hz.Peyğəmbərin (s) Əlini 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə