Şahlar şahbaz oğlu şƏRİfov


dün ya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qa-



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə17/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   13   14   15   16   17   18   19   20   ...   314

  

35 


dün

ya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qa-

lacaqlar!”  

Bu ay


ənin  nazil  olmasından  sonra  Hz.Peyğəmbər  (s)  qənimətləri  müsəl-

man


lar arasında bölüşdürdü. 

16. 

Zeyd ibn Haris səriyyəsi: 

Səfvan ibn Umeyyənin başçılığı altında olan böyük müşrik karvanının Şama 

doğru hərəkət etdiyini öyrənən Hz.Peyğəmbər (s) Zeyd ibn Harisi yüz nəfərlik 

ordu ilə Qirədə adlı məntəqəyə göndərdi. Səfvan ibn Umeyyə müsəlman dəstəsi-

nin  gəldiyini  gördükdə ətrafındakı adamlarla birlikdə karvanı buraxaraq  qaçdı. 

Zeyd ibn Harisdə karvandakı qənimətləri götürərək Mədinəyə qayıtdı. 



17. Hz.

Peyğəmbərin (s) qızı Ruqiyyə vəfat etdi. 

603-


cü  ildə  Məkkədə  anadan  olan  Ruqiyyə,  əvvəlcə  Əbu  Ləhəbin  oğlu 

Utbə ilə evlənmişdir. Lakin sonra Hz.Peyğəmbərin (s) peyğəmbərliyini qəbul 

etməyən Əbu Ləhəb Həzrətə əzab vermək üçün Ruqiyyəni oğlu Utbədən ayır-

m

ışdır. Bu ayrılıqdan sonra Ruqiyyə gələcək xəlifə Osman ibn Əfvan ilə evlən-



mişdir. 

18. Hz.

Əli (ə) ilə Hz.Fatimə (s.ə) zilhiccə ayının birində ailə qurmuşdur. 

Bu izdivac nəticəsində Hz.Əlinin (ə) İmam Həsən (ə), İmam Hüseyn (ə)

Hz.Zey

nəb və Hz.Ümmü Gülsüm adlı övladları dünyaya gəlmiş, Möhsün adlı 



öv

ladı isə ana bətnində altı aylıq olarkən siqt olaraq düşmüşdür.

38

 

 



Hicrətin üçüncü ili baş verən hadisələr (miladi 625) 

1. 

Məhəmməd ibn Məsləmə səriyyəsi: 

Yəhudi bir şair olan Kəb ibn Əşrəf öz şeir və qəzəllərində Hz.Muhəmmədi (s) 

və müsəlmanları təhqir edərək onlara əzab verirdi. Hz.Peyğəmbər (s) bunun qarşı-

sını almaq üçün belə buyurdu: “Kəb ibn Əşrəfi öldürənə cənnət vacib olmuşdur.” 

Bu

na əsasən Məhəmməd ibn Məsləmə kiçik bir dəstə ilə Kəbin qardaşı Əbu Nailə 



ilə əlbir olaraq onu öldürüb, şərini müsəlmanların üzərindən götürdü. 

2.  Hz.

Peyğəmbər  (s)  Ömər  ibn  Xəttabın  qızı  Həfsə  və  Huzeymənin  qızı 

Zey

nəb ilə evləndi. Lakin bu iki xanımdan Hz.Peyğəmbərin (s) heç bir övladı 



dün

yaya gəlməmişdir. 



3. 

Osman ibn Əfvan Ruqiyyənin vəfatından sonra Hz.Peyğəmbərin (s) di-

gər  qızı  Ümmü  Gülsüm  ilə  evləndi.  Bu  evliliyə  görə  Osmana  islami  mənbə-

lərdə “Zunnu-reyn” (iki nur sahibi) deyilir. 



4. 

Suyuq qəzvəsi: 

Müşriklərin Bədr döyüşündəki məğlubiyyətindən sonra Əbu Süfyan and iç-

mişdi ki, müsəlmanlardan intiqam almayınca hamamlanmayacaq, bədəninə yağ 

sürt


məyəcək və arvadlarına  yaxınlaşmayacaq. Bunları nəzərə alan Əbu Süfyan 

ki

çik bir dəstə ilə Mədinə kəndlərindən birinə hücum edib bir-iki nəfəri öldür-



38

 İbn Quteybə, Tarixul-Xuləfa (əl-İmamətu vəs-Siyasət), Darul-Əzva nəşriyyatı və mətbəətu 

əmir, Qum-1413 h/q, səh-211; Şeyx Abbas Qumi, Müntəhal-amal, Hz. Fatimənin həyatı fəsli 

  

                                                           




 

36 


dük

dən sonra mal-qaranı yığıb aparır. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) ki-

çik bir dəstə Əbu Süfyanın üzərinə hərəkət etdi. Müsəlmanların gəldiyini öyrə-

nən Əbu Süfyan və ordusu özləri ilə götürdükləri qovrulmuş unu ataraq qaçdılar. 

Ərəb dilində qovrulmuş una suyuq deyildiyi üçün bu qəzvə islam tarixində Su-

yuq qəzvəsi adlandı. 



5. 

Uhud döyüşü: 

Bədr  döyüşünün  intiqamını  almaq  üçün  Məkkə  müşrikləri  Əbu  Süfyanın 

başçılığı altında olan 3000 min nəfərlik ordu ilə Mədinəyə doğru hərəkət etdi. 

Müşriklərin ordusunda olan qadın dəstəsinə Əbu Süfyanın arvadı Hində başçılıq 

edirdi. Hindin atası Utbə, əmisi Şeybə, qardaşı Vəlid, oğlu Hənzələ Bədr döyü-

şündə  öldürüldüyü  üçün  and  içmişdi  ki,  Uhud  döyüşündə  Hz.Peyğəmbər  (s)

Hz.

Həmzə və Hz.Əlidən (ə) intiqam alsın. Buna görə Həbəşli qul olan Vəhşiyə 



gös

təriş verir ki, əgər bu üç nəfərdən biri öldürülsə onu sərbəst buraxacaq. 

Bundan xəbər tutan Hz.Peyğəmbər (s) səhabələrlə məşvərət etdi. Bəziləri 

Mədinədə qalıb müdafiə olunmağı üstün tutsa da, əksəriyyət şəhərdən kənarda 

yüşməyə üstünlük verdi. Buna görə iki ordu Uhud dağı kənarında qarşılaşdı. 



Hz.

Peyğəmbər (s) düşmən ordusu arxadan hücum etməsin deyə Uhud dağında 

yer

ləşən Eyneyn keçidinə Abdullah ibn Cübeyrin başçılığı ilə 50 oxçu yerləşdi-



rərək onlara göstəriş verdi ki, onun əmri olmadan kimsə yerini tərk etməsin. 

Döyüş başladıqdan sonra həmin keçidin əhəmiyyətli bir yer olduğu məlum 

olur. Müsəlmanların qazanılmış qələbəni əldən verməsinin də səbəbi oxatanla-

rın həmin mövqeyi tərk etməsi olmuşdur.  

Üç 

hissəyə ayrılmış düşmən ordusunun bayrağını Əbduddar oğulları tutur-



du. Qureyş bayraqdarlarının hamısı Hz.Əli (ə) tərəfindən öldürüldükdən sonra 

düşmən ordusu qaçmağa başladı. Qaçan düşməni qovmaq əvəzinə müsəlman-

ların  əksəriyyəti  qənimət  toplamağa  başladılar.  Bu  mənzərəni  müşahidə  edən 

ke

çiddəki oxçular da başçıları Abdullah ibn Cübeyri dinləməyib qənimət topla-



maq üçün dağdan aşağı endilər. Bu məqamı gözləyən Xalid ibn Vəlid ətrafında 

olan 200 nəfərlik dəstə ilə hücuma keçib keçiddə qalan on nəfər oxçunu şəhid 

edərək islam ordusunu arxadan vurmağa başladı. Nəticədə qaçan düşmən or-

dusu da qayıdıb döyüşməyə başladı. Güclü hücuma məruz qalan islam ordusu 

məğlub şəkildə döyüş meydanını tərk edərək Uhud dağına sığındı. 

Qureyş qadınları zahiri qələbə ilə kifayətlənməyib müsəlman şəhidlərinin 

bu

run,  qulaq  və  s.  əzalarını  kəsməyə  başlayırlar.  Əbu  Süfyanın  arvadı  Hind 



səlmanların bədən üzvlərindən özü üçün boyunbağı düzəldir. Hz.Peyğəmbə-

rin (s) 

əmisi Hz.Həmzənin ciyərini çıxarıb yeməyə çalışsa da bacarmır. Hindin 

bu hərəkəti onun müsəlmanlar arasında ciyəryeyən qadın kimi tanınmasına sə-

bəb olur. Hətta onun övladlarına da ciyəryeyənin oğlu deyilirdi. 

Döyüşdən sonra bu mənzərəni görən Hz.Peyğəmbər (s) əhd edir ki, bir də 

müşriklərə qalib gəlsə eyni aqibəti onların başına gətirəcək. Bu zaman aşağıda-

kı ayə nazil oldu: 

(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza ve-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə