Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə154/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   150   151   152   153   154   155   156   157   ...   314

  

311 


Bu qələbədən sonra xəlifə Mutəsim, Bizansa son zərbəni vurmaq üçün İs-

tan


bul üzərinə hərəkət etmək istəsə də, ordu daxilində yaranan ixtilaflar səbəb-

ilə paytaxt Samirəyə qayıtdı.

481

 

 



Abbas ibn Məmunun əmisi Mutəsimə qarşı çevriliş cəhdi 

Hələ Mutəsimin xilafətinin əvvəlində Abbas ibn Məmun ona qarşı çıxmaq 

is

təsə də, sonradan fikrindən daşınıb ona xəlifə kimi beyət etmişdir. Bu hadi-



sədən sonra bütün imtiyazlardan məhrum edilən Abbas ibn Məmun xəlifənin 

nəzarəti altında yaşamağa başladı. 

Miladi 838-

ci  ildə,  Amuriyyənin  fəthindən  sonra  türk  əsilli  zadəganların 

üs

tünlük  qazanması  ərəb  mənşəli  əyanları  daha  çox  narahat  etməyə  başladı. 



Ərəb sərkərdələri sarayda və ordudakı nüfuzlarının aşağı düşməsindən, gəlir və 

qa

zanclarının  azalmasından  xeyli  pərişan  idilər.  Bunun  qarşısını  almaq  üçün 



ərəb əsilli sərkərdələrin bir hissəsi türklərə qarşı birləşərək, gizli ittifaq yaratdı-

lar. Bu ittifaqa Uceyf ibn Ənbəsə, Əmr Fərğani, Haris Səmərqəndi, Əhməd ibn 

Xəlil də daxil idi. Onların məqsədi başda xəlifə  olmaqla, məhşur sərkərdələr 

Əşnasla Afşini də aradan götürərək, Abbas ibn Məmunu xəlifə təyin etmək idi. 

Lakin onların planından xəbər tutan xəlifə bütün dəstə üzvlərini həbs etdir-

di.  Mutəsim  həbsdə  olanlara  nəzarəti  sərkərdələr  arasında  bölüşdürdü.  Afşin 

Ab

basa, İytax Uceyf ibn Ənbəsəyə, Əşnas isə Əhməd ibn Xəlilə nəzarət etmə-



yə başladı. Afşin Abbas ibn Məmuna duzlu xörəklər verdikdən sonra, onu su-

suz saxlayıb öldürdü. Digər məhbuslar da müxtəlif üsullarla öldürüldülər.

482

 

 



Əbu Hərb Mübərqenin üsyanı 840-842-ci illər (hicri 226-227) 

Əslən  yəmənli  olan  Əbu  Hərb  Fələstində  yaşayırdı.  Xilafət  əsgərlərinin 

təhqirinə dözməyən Əbu Hərb əsgərlərdən birini öldürərək, dağlara qaçıb xila-

fətə qarşı üsyan etdi. Tanınmasın deyə, üzünü niqabla örtən Əbu Hərbə “Mü-

bərqe” (niqablı, üzü örtülü) ləqəbini vermişdilər. 

Dövlət  məmurlarına  qarşı  mübarizə  aparan  Mübərqenin  ətrafına  əsasən 

əkinçi və maldar kəndlilər toplanırdı. Qiyamçılar arasında Yəmən əsillilər də 

çox idi. Üsyan hicrətin 226-cı ili (miladi 840-841) başladı.  

Bundan xəbər tutan xəlifə Mutəsim üsyançıların üzərinə Rəca ibn Əyyubu 

min  nəfərlik  döyüşçü  ilə  göndərdi.  Mübərqenin  ətrafında  əsasən  əkinçilərin 

top

landığını görən Rəca ibn Əyyub, dərhal döyüşə başlamayıb, əkin-biçin vax-



tını gözlədi. Bahar fəsli gələndə kəndlilər Mübərqeni tərk edib, əkin sahələrinə 

da

ğılışdılar. Mübərqenin ətrafında cəmi min nəfər qaldı. 



Bundan istifadə edən Rəca ibn Əyyub hücuma keçərək Mübərqeni əsir gö-

türdü. 


Başçısını itirən dəstə də dağılıb getdi. Lakin xəlifə Mutəsim qələbə xə-

481


 Tarixi-Təbəri, V cild, səh-243-246. 

482


Tarixi-

Təbəri, V cild, səh-243-246. 

  

                                                           




 

312 


bərini eşidə bilmədi. Çünki bundan bir neçə ay əvvəl, xəlifə xəstə olduğu üçün 

vəfat etmişdir. 



 

Mutəsim və Əhli-beyt 

Digər Abbasi xəlifələri kimi Mutəsim də Əhli-beytə qarşı mənfi münasibətdə 

idi. Hicrətin 203-cü ili səfər aynını 30-da (miladi 818) İmam Rza (ə) xəlifə Mə-

mun tərəfindən şəhid edildikdən sonra, onun oğlu Hz.Məhəmməd Təqi (ə) səkkiz 

yaşında olarkən imamət məqamına yetişdi. Bir ildən sonra Məmun Hz.Təqini (ə) 

Bağdada gətizdirərək qızı Ümmü Fəzllə evləndirdi. Bir neçə il xəlifənin nəzarəti 

altında Bağdadda yaşayan İmam Təqi (ə) sonralar Mədinəyə qayıtdı. 

Məmunun vəfatından sonra xəlifə olan Mutəsim, hicrətin 220-ci ili (miladi 

835)  Hz.

Təqini (ə)  yenidən Mədinədən Bağdada gətirərək nəzarət altına aldı. 

Başda baş qazi İbn Əbu Duad İyadi olmaqla, digər Abbasi məmurları da xəlifə-

ni  Hz.


Təqini (ə) şəhid etməyə təhrik etdilər. Nəhayət, xəlifənin əmri ilə hicri 

220-


ci il zilqədə ayının 30-da (miladi 835) İmam Məhəmməd Təqini (ə) şəhid 

etdilər.  Müqəddəs  məzarı  Kazimeyndə  (İraq,  Bağdad  yaxınlığı)  babası  İmam 

Musa Kazimin 

(ə) məzarının yanındadır. 

Xəlifə Mutəsimin dövründə şəhid edilən Bəni-haşim seyidlərindən biri də 

Ab

dullah ibn Hüseyn ibn Abdullah ibn İsmail ibn Abdullah ibn Cəfəri-Təyyar 



ol

muşdur.  Abdullah  ibn  Hüseyn,  Abbasilərin  rəmzi  olan  qara  paltarı  geyin-

mədiyi üçün həbs edilmiş və bir müddət sonra Samirə zindanında vəfat etmiş-

dir.


483

 

Səkkizinci Abbasi xəlifəsi Mutəsim hicrətin 227-ci ili rəbiül-əvvəl ayının 



18-

də (miladi 842) Samirədə qırx yeddi yaşında vəfat etmişdir.

484

  

 



Hz.

İmam Məhəmməd Təqi (ə) 

O Həzrətin mübarək adı Məhəmməd, Təqi isə onun ləqəbidir. Atası Əli ibn 

Musa Rza 

(ə), anası isə Hz.Peyğəmbərin (s) həyat yoldaşı Mariya əl-Qibtiyyə-

nin qohumlarından olan Reyhanə və ya Dürrə adlı bir kənizdir. Tarixi mənbə-

lərdə  onun  adını  Xeyzuran,  Səbikə,  Zərrə  və  Sükeynə  kimi  də  qeyd  edirlər. 

Kün


yəsi Əbu Cəfərdir. İmam Təqi (ə) haqqında Hz.Peyğəmbərin (ə) buyurdu-

ğu kəlamda İmamın (ə) anası “Nubiyalı ən yaxşı, ağzı xoş ətirli kəniz” sözləri 

ilə təsvir edilir. Nubiya Afrikada Misirin cənubunda yerləşən bir vilayətdir. 

İmam  Təqi  (ə)  hicrətin  195-ci  ili  rəcəb  ayının  onunda,  miladi  810-cu il 

Abbasi  xəlifəsi  Əminin  xilafəti  dövründə  Mədinədə  anadan  olmuşdur.  İmam 

Təqinin  (ə)  mübarək  ömrü  cəmi  iyirmi  beş  il  olmuşdur.  Hz.Fatimədən  (s.ə) 

sonra  Əhli-beytin  içində  İmam  Təqi  (ə)  kimi  qısa  ömürlüsü  olmamışdır.  O 

Həzrət müsəlmanlara on yeddi il imamlıq etmişdir. 

483

Şeyx Abbas Qummi, Tətimmətul-muntəha, səh-204; Əbul Fərəc İsfəhani, Məqatilut-talibiy-



yin, səh-393; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-163. 

484


Tarixi-

Təbəri, V cild, səh-270-271. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə