Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə151/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   147   148   149   150   151   152   153   154   ...   314

  

305 


dərildi. Bağdada gətirilən Məhəmməd ibn Qasim xəlifə tərəfindən həbs edilmiş 

və bir müddət sonra həbsdən qaçmışdır.

471

 

Ümumiyyətlə, Məhəmməd ibn Qasimin həbsdən qaçması və ya həbsdə öl-



məsi barədə müxtəlif məlumatlar vardır. Bəzilərinə görə o, həbsdən qaçmamış 

və xəlifə Mutəsimin əmri ilə həbsdə olarkən zəhərlədilib şəhid edilmişdir. Bə-

zi

lərinə görə Ramazan ayının sonunda həbsdən qaçmış və bir daha ələ keçiril-



məmişdir. Bəzilərinə görə isə zindandan qaçan Məhəmməd ibn Qasim Vasitə 

gələrək orada vəfat etmişdir. 



 

Hind əsilli Zütlərin qiyamı hicri 219-220 (miladi 834-835) 

Əslən Hindistandan olan bədəvi zütlərin İraqa nə vaxt daxil olmaları haqqın-

da dəqiq məlumat  yoxdur. Onlar  əsasən Bəsrə və Vasit şəhərləri  ətrafında  ya-

şayırdılar. Tarixi mənbələrə əsasən, İslamdan əvvəl İran hökmdarı Bəhram Gu-

run hakimiyyəti dövründə Hindistandan gələn on mindən artıq adam hökmdarın 

icazəsi  ilə  İraq  torpaqlarında  yerləşdi.  Əvvəlcə  Sasani  ordusunda  xidmət  edən 

zütlər, onların süqutundan sonra İslam ordusunda xidmət etməyə başladılar. 

İmam Əli (ə) Cəməl döyüşündən qayıdarkən, zütlərdən yetmiş nəfər onunla 

görüşərək, Hz.Əlini (ə) Allah saydıqlarını bildirdilər. Hz.Əli (ə) onları düz yola 

gətirmək üçün nəsihət etsə də, heç bir nəticəsi olmadı. Sonda Hz.Əlinin (ə) əmri 

ilə onları edam etdikdən sonra yandırdılar.

472


 

Əməvilər dövründə İraq valisi olan Həccac ibn Yusif əs-Səqəfinin dövrün-

də  (694-714),  Hindistandan  gələn  zütlərin  bir  hissəsi  ondan  sığınacaq  istədi. 

Züt


lərin istəyini yerinə yetirən Həccac ibn Yusif onları Bəsrə və Vasit arasın-

da

kı ərazilərdə yerləşdirdi. 



Zütlər  əvvəlcə hicri 205-206-cı illərdə (miladi 820-822) xəlifə Məmunun 

döv


ründə qiyam etdilər.  Bundan xəbər tutan xəlifə onların üzərinə böyük bir 

or

du göndərərək onları məğlub etmişdir. Lakin Məmunun Bizans müharibələri 



ilə məşğul olması zütlərin yenidən fəallaşmasına şərait yaratmışdır. 

Xəlifə Mutəsimin dövründə zütlər Dəclə çayının bir hissəsini ələ keçirərək 

Bağdada su yolu ilə nəqliyyat və mal gətirilməsinin qarşısını aldılar. Bəsrə ət-

ra

fındakı kəndləri qorxu içində saxlayan zütlər, yerli əhalinin əmlakını qarət et-



məklə yanaşı, yoldan keçən karvanları da soyurdular. Bundan narahat olan xə-

li

fə Əhməd ibn Səidin başçılığı ilə zütlərin üzərinə qoşun göndərsə də, bu qo-



şun zütlər tərəfindən məğlub edildi.  

Xilafət ordusunun məğlub olduğunu öyrənən xəlifə bu dəfə zütlərin üzəri-

nə hicrətin 219-cu ili (miladi 834) daha təcrübəli sərkərdə olan Uceyf ibn Ən-

bəsəni göndərdi. On min nəfərlik ordu ilə Bağdaddan çıxan Uceyf ibn Ənbəsə 

Va

sit şəhəri yaxınlığında düşərgə saldı. Baş verən döyüşdə zütləri məğlub edən 



Uceyf ibn Ənbəsə iyirmi min nəfərlik əsirlə birlikdə hicrətin 220-ci ili (miladi 

835) Bağdada daxil oldu. Xəlifənin göstərişinə əsasən zütləri Bizansla sərhəd 

471

 Tarixi-Təbəri, V cild, səh-207; Tarixi ibn Əsir, VI cild, səh-442-443. 



472

Seyyid Mustafa Hüseyn Dəşti, Məarif və məariyf, IV cild, səh-103. 

  

                                                           




 

306 


böl

gələrdə yerləşdirdilər. Sonralar Bizans ordusunun hücumu nəticəsində zütlər 

ta

mamilə qılıncdan keçirilmişdir.



473

 

  



Mazyarın üsyanı hicri 224-225-ci illər (miladi 839-840) 

Təbəristan hakimlərinin nəslindən olan Mazyarın mənsub olduğu Qarinilər 

laləsi Sasanilər dövründə Təbəristanı idarə edirdilər. Sasinlərin varlığına son 



qo

yan  ərəblər  Təbəristanı  da  özlərinə  tabe  etdilər.  Qarinilər  sülaləsi  yenə  də 

ver

gi ödəmək şərti ilə Təbəristanı idarə etdilər.  



Hicrətin 169-cu ili (miladi 785) Abbasi xəlifəsi Mehdinin dövründə Qarini 

laləsinin lideri Vindadhürmüz xilafətə qarşı üsyan etdi. Bundan xəbər tutan 



xəlifə Mehdi oğlu Hadini üsyançıların üzərinə göndərdi. Lakin o, üsyançılarla 

haribə edərkən, atasının vəfatı ilə əlaqədar olaraq tələsik Bağdada qayıtdı. 



Bun

dan istifadə edən Təbəristan hakimləri yenidən hakimiyyəti ələ aldılar. 

Sonralar Təbəristan hakimi olan Mazyar, Mutəsimin xilafətinin əvvəllərin-

də mərkəzi hakimiyyətə tabeçilik göstərir, özünü xəlifənin vassalı kimi aparır-

dı. Sonra xəlifə Mazyara göstəriş verdi ki, xilafətə ödədiyi vergini Xorasan va-

lisi  Abdullah  ibn  Tahirə  versin.  Lakin  Abdullah  ibn  Tahirlə  düz  gəlməyən 

Maz

yar  vergini  ona  ödəməkdən  imtina  etdi.  Digər  tərəfdən  xilafətin  məşhur 



sərkədəsi Afşin Mazyarı Abdullah ibn Tahirə qarşı üsyana həvəsləndirdi. Çün-

ki əvvəldən Xorasan valisi olmaq eşqilə yaşayan Afşinin də Abdullahdan xoşu 

gəlmirdi.  Sonda  Afşinin  dəstəyinə  arxalanan  Mazyar  müstəqillik  elan  edərək 

hic


rətin 224-cü ili (miladi 839) xilafətə qarşı üsyan etdi. 

Xəlifə Mutəsimin əmrinə əsasən Abdullah ibn Tahir Mazyarın üzərinə bö-

yük bir qoşun göndərdi. Onun göndərdiyi qoşun Mazyarın ixtiyarında olan Sa-

ri

yə şəhərini mühasirəyə aldı. Uzun mühasirədən sonra təslim olan Mazyar hic-



rətin 225-ci ili (miladi 840) xilafətin paytaxtı Samirəyə gətirildi. Artıq bu za-

man Afşin də Samirə zindanında idi. Çünki onun Mazyara yazdığı məktublar 

xəlifənin əlinə keçmişdi. Məhkəmədə bu iki nəfərin üzləşməsindən sonra Maz-

yar xəlifənin əmri ilə edam edilmişdir.

474

 

Mazyarın qətlindən sonra xəlifə Mutəsimin əmrinə əsasən Afşində zindana 



atıldı. Beləiklə, xilafətin ən şanlı sərkərdəsi Afşin ibn Kavus hicrətin 226-cı ili 

(mi


ladi 841) Mutəsimin zindanında acından öldü.

475


 

 

Xürrəmilər üsyanının yatırılması 

Xəlifə Məmunun dövründən davam edən xürrəmilər üsyanını yatırmaq is-

təyən  xəlifə  Mutəsim,  Babəkin  əleyhinə  xilafətin  demək  olar  ki,  bütün  hərbi 

cünü və məşhur sərkərdələri səfərbər etdi. Uzun hazırlıqdan sonra ilk öncə 



473

Tarixi-


Təbəri, V cild, səh-207-208, 321-322; Natiq Rəhimov, İslam Tarixi, II cild, səh-164. 

474


Tarixi-

Təbəri, V cild, səh-248-260; Tarixi-Məsudi, IV cild, səh-61; Tarixi ibn Əsir, VI cild, 

səh-494-504, 510. 

475


Tarixi-

Təbəri, V cild, səh-261-268; Tarixi ibn Əsir, VI cild, səh-510-518; İbn Kəsir, əl-Bida-

yətu vən-Nihayə, X cild, səh-292-293. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə