Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə147/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   143   144   145   146   147   148   149   150   ...   314

  

297 


o, Xürrəmilərin öhdəsindən tam gəlmək üçün onlara qarşı növbəti müharibəyə 

qətiyyətli və olduqca rəhmsiz bir sərkərdə tapıb göndərsin. 

Ümumiyyətlə, Məmunun xilafət dövrünə təsadüf edən on yeddi il ərzində 

(hicri 201-218/ miladi 816-833) 

xürrəmilər xilafətin altı böyük ordusunu məğ-

lub etdilər. (819-cu il Yəhya ibn Muaz, 821-ci il İsa ibn Məhəmməd, 824-cü il 

Sədəqə ibn Əli Züreyq və Əhməd ibn Cüneyd İskafi, 829-cu il Məhəmməd ibn 

meyd və 830-cu il İbrahim ibn Leysin başçılığı altında olan ordular xürrəmi-



lər tərəfindən məğlub edilmişdir.) 

 

Məmun və elm 

Abbasilər zamanında yunan, hind (sanskrit), fars (pəhləvi), siryani, qibti və s. 

dillərdə olan ədəbiyyat nümunələri daha geniş həcmdə tərcümə olunmağa başladı. 

Xəlifə Mənsurun (754-775) dövründə yaşamış fars əsilli Əbu Məhəmməd Abdul-

lah ibn Müqəffe hind dilində yazılmış, sonralar fars dilinə tərcümə olunmuş “Kə-

lilə və Dimnə” kitabını və Aristotel ilə Porfirinin əsərlərini ərəb dilinə tərcümə et-

di. Bunlardan başqa xəlifə Mənsur Hippokrat, Qalen, Aristotel kimi qədim dünya 

alim


lərinin bir neçə əsərini, o cümlədən, Ptolemeyin “Almagest” (“əl-Məcəsti”) 

və Evklidin ”Əsaslar” kitablarını ərəb dilinə tərcümə etdirdi. 

“Xilafətin  qızıl  dövrü”  adlandırılan  xəlifə  Harunun  dövründə  yunan,  fars 

və  hind  irsi  üzərində  tədqiqat  işləri  daha  da  sürətləndi.  Harunun  göstərişi  ilə 

pay

taxt Bağdadda “Xəzanət-ül-hikmə” adlı böyük bir kitabxana inşa edildi. Bu 



kitabxana

da yalnız müsəlman alimlərin əsərləri deyil, qədim dünya filosofları-

nın da kitabları saxlanılırdı. “Xəzanət-ül-hikmə”  yalnız kitabxana kimi deyil, 

həm də elm mərkəzi kimi fəaliyyət göstərirdi. Xəlifə kitabxananın yüksək sə-

viy

yəli  fəaliyyətini  təmin  etmək  üçün  buraya  bir  neçə  fars,  yəhudi  və  yunan 



mənşəli alimlər cəlb etmişdi. Bunların sırasında bacarıqlı təbib kimi ad qazan-

mış, Harunun və sonrakı bir neçə xəlifənin saray həkimi olmuş siryani mənşəli 

Yu

hənna ibn Masiveyh  və fars əlyazmalarını ərəb dilinə tərcümə etmiş, eyni 



zamanda Harunun saray mü

nəccimi  işləmiş  fars  mənşəli  Əbu  Səhl  Fəzl  ibn 

Nov

bəxt öndə gedirdilər. 



Məmunun  hakimiyyət  illərində  “Xəzanət-ül-hikmə”  daha  da  inkişaf  etdi. 

Məmun zamanında bu elm mərkəzini “Dar-ul-hikmə” və “Beyt-ul-hikmə” (yə-

ni “Hikmət evi”) adlandırmağa başladılar. “Dar-ul-hikmə” iki bölmədən ibarət 

idi: “Xəzanət-ül-hikmə” adını qoruyub saxlamış birinci bölmə xəlifə Harunun 

döv

ründə  yaradılmış kitabxananın fondu üzərində qurulmuşdu. “Dar-ut-tərcü-



mə” adlı ikinci bölmə isə yunan, pəhləvi və hind mənbələrinin ərəbcəyə tərcü-

mə mərkəzi kimi fəaliyyət göstərirdi. 

“Dar-ül-

hikmə”nin hansı ilə qədər fəaliyyət göstərməsi dəqiq bilinmir. Mə-

lum olan budur ki, “əl-Fihrist” kitabının müəllifi İbn Nədimin (v. 995) sağlı-

ğında mərkəz öz işini davam etdirirmiş. Ehtimala görə, bu möhtəşəm elm və 

maarif mərkəzi monqolların Bağdada hücumuna qədər (hicri 656/ miladi 1258) 

möv


cud olmuşdur.  

  



 

298 


Abbasi xəlifəsi Əbul-Abbas Abdullah Məmun hicrətin 218-ci ili rəcəb ayı-

nın 18-də (miladi 833-cü il avqustun 9-da) Tarsus şəhəri yaxınlığında olan Bə-

dəndun adlı məntəqədə vəfat etmişdir. Cənazəsini Tarsusa gətirərək orada dəfn 

et

mişlər.



452

  

 



Hz.

Əli ibn Musa Rza (ə) 

Həzrətin mübarək adı Əli, Rza isə onun ləqəbidir. Rza – razılıq mənasındadır, 

yəni Allah, Hz.Peyğəmbər (s) və digər imamlar ondan razı qalıblar. Bu keyfiyyət 

di

gər  imamlarda  da  olmuşdur,  lakin  Hz.Rzanın  (ə)  xüsusiyyəti  odur  ki,  həm 



onunla müvafiq olanlar, həm də müxalif olanlar ondan razı qalıblar. İmam Rza (ə) 

hicrətin  148-ci  ili  zilqədə  ayının  11-də  (və  ya  15-də)  miladi 763-cü il Abbasi 

xəlifəsi Mənsur Dəvaniqinin xilafəti dövründə Mədinədə anadan olmuşdur. Atası 

Hz.Musayi Kazim 



(ə), anası isə Zəngibar əhlindən olan Nəcmə adlı bir kəniz idi 

ki, zöhd və təqva baxımından misilsiz bir qadın idi. Tarixi mənbələrdə onun adını 

Əsma,  Səmanə,  Ərva,  Tuktəm  və  Xeyzəran  kimi  də  qeyd  edirlər.  Rəvayətlərdə 

deyilir ki, İmam Kazimin (ə) anası Həmidə Nəcmə adlı kənizi yenicə almışdı ki, 

yuxuda Hz.

Peyğəmbəri (s) gördü. O Həzrət (s) buyurdu: “Ey Həmidə, Nəcməni 

oğlun Musaya bağışla, ondan yer əhlinin ən yaxşı adamı doğulacaq.” 

Həmidə bu əmrə əməl edib, Nəcməni İmam Kazimə (ə) bağışladı. O pakizə 

qadın  İmam  Rzanı  (ə)  dünyaya  gətirəndən  sonra  Həmidə  ona  Tahirə  yəni 

pakizə qadın adını verdi. 

İmam Rza (ə) ilə Mədinədən Tusa qədər yol yoldaşı olan İbrahim ibn İsmail 

deyir:  “Onun  kiməsə  zülm  etdiyini,  danışanın  sözünü  kəsdiyini,  möhtacı  rədd 

etdiyini,  kiminsə  yanında  ayağını  uzatdığını,  bizimlə  birlikdə  oturarkən  belini 

nəyəsə söykədiyini və kimisə təhqir etdiyini görmədim.” 

İmam Rza (ə) imam olduğu müddətin on ilini Harun ər-Rəşidlə bir dövrdə 

ya

şamışdır. Bu müddət Harunun özbaşınalıq, azğınlıq mühiti olması ilə yanaşı, 



həm də İmam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi fəaliyyəti dövrü hesab 

edilir. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam (ə) açıq 

şəkildə fəaliyyət aparmışdır. Harunun İmam Rzanı (ə) nisbətən azad buraxma-

sının səbəbi bəlkə də, onun İmam Kazimin (ə) qətlindən yaranan narahatçılı-

ğıdır. Harun bu böyük cinayətin üstünü örtməyə çalısa da bacarmamışdır. Mə-

həmməd ibn Sənandan rəvayət olunur ki, Harun xəlifə olduğu vaxt İmama (ə) 

de

dim: “Harunun qılıncından hələ də qan damcıladığı halda, siz İmamət məqa-



mınızı  aşkar  edərək  atanızın  yerinə  keçmisiniz.”  İmam  Rza  (ə)  buyurdu: 

“Babam  Peyğəmbərin  (s)  sözü  mənə  qüvvət  verərək  məni  qüvvətləndirir.  O 

Həzrət (s) buyurmuşdur: “Əgər Əbu Cəhl mənim başımdan bir tük əskik edər-

452


Tarixi-

Təbəri,  V  cild,  səh-195-197; Tarixi-Məsudi,  IV  cild,  səh-42-45; Siyuti, Tarixul-

xüləfa, səh-312-313. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə